İran polisi azərbaycanlı dinc fəalı saxladı

20.11.2015 - 10:42

hesenİranın Qəzvin şəhərində azərbaycanlı dinc fəal Həsən Heşməti Əfşar tutulub. Fəal 8 gün əvvəl həbs edilsə, bu barədə məlumat yenicə yayılıb.
İran Kəşfiyyat Nazirliyinin (ETTELAT) Qəzvin şöbəsinin əməkdaşları Azərbaycanın Tikantəpə şəhərindən olan Həsən Heşməti Əfşarı noyabrın 11-də tutub naməlum istiqamətə aparıblar. Fəalın hazırda harada saxlandığı və konkret nədə günahlandırıldığı bilinməsə də, onun həbsi, son günlərdə Güney Azərbaycanın müxtəlif şəhərlərində fars irqçiliyinə qarşı kütləvi etiraz aksiyalarının keçirilməsi ilə əlaqələndirilir.

Xatırladaq ki, noyabrın 6-da , İranın dini lideri ayətullah Əli Xamneyinin birbaşa nəzarətində olan Dövlət Televiziyasından yayımlanan “Fitilə” adlı proqramda Azərbaycan türkləri iyrənc bir şəkildə təhqir edilərək alçaldılıb.

Noyabrın 9-da İranın azərbaycanlılar yaşayan bütün əyalətlərində yüz minlərlə insan küçələrə axışaraq fars irqçiliyinə qarşı etiraz yürüşləri keçiriblər. Nəticədə Təbriz və Urmiyada ən azı 130 azərbaycanlı fəal tutulub, bir neçə adam bədən xəsarəti alıb, bir nəfər isə polis tərəfindən öldürülüb.

Günaztv

Short URL: http://www.cumhuriyyet.net/?p=40231

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728