Hakimiyyətin Eurovision fırıldağı ifşa olundu
Azərbaycan səsvermə nəticələrinin rüşvət yolu ilə öz xeyrinə dəyişdirməyə cəhddə də ittiham olunur
“İsveçdə keçirilən ötən ilki müsabiqə zamanı Azərbaycanın səsləri almaq üçün rüşvət verməyə cəhd etdiyini isbatlayacaq dəlillər ortaya çıxıb. Ötən il İsveçdə keçirilən müsabiqə zamanı səslərin alınması faktı sübuta yetirildikdən sonra “Eurovision” mahnı müsabiqəsinin təşkilatçıları buna oxşar hadisələrdə adı hallanan ölkələrin üç il müddətinə müsabiqədən kənarlaşdırılması haqda qərar qəbul edib.
58 illik bir tarixə malik olan müsabiqənin təşkilatçısı – Avropa Yayımları Birliyi Cümə axşamı mövcud qaydaların müsabiqənin keçirldiyi son illər ərzində səsvermə zamanı rüşvət hallarına yol vermiş tərəflərə şamil ediləcəyi haqqında bəyanat yayıb. Azərbaycan yarışmada təmsil olunan münsiflər heyəti və ötən il Malmö şəhərində keçirilən müsabiqə zamanı Litvadan olan tələbələrə mobil telefon vasitəsilə keçirilən səsvermədə iştirak etməyə şərait yaratmaqda, səsvermə nəticələrinin rüşvət yolu ilə öz xeyrinə dəyişdirməyə cəhddə də ittiham olunur. Avropa Yayımları Birliyinin sorğusu nəticəsində belə qənaətə gəlinib ki, səsvermənin nəticələrinə təsir etmək cəhdləri olsa da, görülən yüksək təhlükəsizlik tədbirləri nəticəsində, bu cəhdlərin hamısı uğursuzluqla nəticələnib.
Həmçinin, yarışmanın təşkilatçılarının və ya onlardan hər hansı birinin səsvermənin təşkilində bu və ya digər formada iştirakını, habelə, onların səsvermənin nəticələri barədə öncədən xəbərdar olmalarını isbatlayacaq heç bir sübut aşkarlanmayıb. Təşkilatçılar həmçinin bildirib ki, əgər belə bir fakt aşkarlansaydı, yəni yarışmanı təşkil edən və ya iştirakçı olan hər hansı bir ölkənin səsvermə prosedurunun və onun nəticələrinin öncədən razılaşdırılmasında iştirakı sübut olunsaydı, həmin ölkə maksimum üç il müddətində bu yarışmada iştirakdan məhrum edilə bilərdi:”Yarışma rəhbərliyini təmsil edən Frenk Freylinq bunları deyib: “Futbol klubları prinsip etibarilə öz azarkeşlərinin hərəkətlərinə görə məsuliyyət daşıdıqları kimi, təşkilatçı və iştirakçı ölkələr də konkret vəziyyətdən asılı olaraq səsvermə prosedurunun və nəticələrinin pozulmasına görə məsuliyyət daşımalıdırlar.”
Litvanın yerli veb-saytlarından biri 2011-ci ildə keçirilən “Eurovision” mahnı müsabiqəsinin final günündə Malmödə gizli kamera ilə lentə alınmış videogörüntülər yayıb. Görüntülərdə bir gəncin rus dilində danışan digər şəxslərə yarışmada həmin il qalib olmuş Azərbaycanı dəstəkləmək üçün nəğd pul verməsinin təsvirləri yer alıb. Azərbaycan təmsilçisi Fərid Məmmədov yarışmada Danimarka təmsilçisi olan Emili De Forestdən sonra 234 səslə ikinci yeri tutub. 1997-ci ildə Katrinanın ifa etdiyi “Waves love shine a light” mahnısı ilə qalib gələn İngiltərə təmsilçisi isə Boni Taylerin “Believe In Me” mahnısı ilə 23 ölkə arasında 19-cu olub. Bu isə, 2012-də ölkəni təmsil edən və 25-ci olan Engelbert Hamperdinkin nəticəsi ilə müqayisədə o qədər də böyük fərq deyil. Səsvermənin gedişatı isə 2009-cu ildə ümumi verilən xallardan 50/50 sistemi ilə əvəzlənib, (50% – sms səsverməsinin nəticəsi, 50% – münsiflər heyəti).
Ötən ilin sentyabr ayında Avropa Yayımları Birliyi şəffaflığı təmin etmək üçün münsiflər heyətinin adlarının elan edilməsi də daxil olmaqla onlara aid bəzi yeni qaydaları da açıqlamış oldu. Müsabiqənin icraçı prodüseri Yan Ola Sand MediaGuardian-a açıqlamasına deyib: “Sözü gedən məhdudiyyət üç ilədək nəzərdə tutulub və bir daha səsvermənin nəticələri ətrafında neqativ hallar aşkarlandığı təqdirdə, bizim sərt tədbirlər görəcəyimizə heç kimin şübhəsi olmasın.”
“Bu – qəti qərardır, bu işdə biz hamımız eyni fikirdəyik və biz bundan sonra da brendimizin adına xələl gətirə biləcək halların baş verməməsindən tamamilə əmin olmalıyıq. Mən təşkilatçılardan bu cür hallarla qarşılaşacaqları təqdirdə onları bizə dərhal bildirmələrini xahiş edirəm. Əgər məndə tüstülənə silah və ya hər hansı bir sübut varsa, mən dərhal tədbirlər görəcəyəm.Lakin, əgər bunların heç biri yoxdursa, deyilənlərin hamısı şayiədirsə, o zaman mən şayiələrə inanıb yalnıç addımlar ata bilmərəm.” Norveçli televiziya mütəxəssisi Yan Ola Sand deib ki, onun yayılmış görüntülər barədə ilk təəssüratları həmin görüntülərin saxta olduğu barədə olub, lakin, indi isə o həmin videonun gerçək olduğu qənaətindədir.
“Mən bundan çox sarsıldım, hiddətləndim. Biz təhqiqatı əlimizdə olan vasitələrlə apardıq, lakin, biz polisin üsullarına və təhqiqat aparılması texnikasına malik deyilib.” – deyə O, bildirib. Yan Ola Sand əlavə edib ki: “Biz təşkilatçı ölkənin bu işdə təqsirkar olmadığından tam əminik. “Biz indi təşkilatçıların üzərinə daha çox məsuliyyət qoymaqla həm münsiflər heyətinin, həm də telefon vasitəsilə səsvermə prosedurlarının təkmilləşdirilməsi üzərində işləyirik. Çünki, araşdırmalar nəticəsində təşkilatçı ölkənin səsvermə proseduruna heç bir halda təsir etmədiyi və nəticələr barədə öncədən məlumatlı olmadığı aşkar edilib. Biz hər kəsə xəbərdarlıq edirik ki, gələcəkdə belə halların təkrarlanacağı təqdirdə, bu işdə adı hallanan istənilən tərəf ziyan çəkmiş olacaq.”.
Avropa Yayımları Birliyi səsvermənin gedişatının və rüşvətalma faktlarının qarşısının alınması üçün münsiflər heyətinin hər bir üzvünün izlənməsini həyata keçirəcək PwC təmsilçilərindən ibarət xüsusi nümayəndələr təyin edib.
35 ildən artıq müddətdə yarışmanın aparıcısı olmuş BBC-nin əməkdaşı Ser Terri Voqan qonşu ölkələrin bir-birini dəstəklənməsi ilə yaranan 2008-ci ilin məlum qalmaqaldan sonra müsabiqəni siyasiləşdirmək ittihamı ilə edilən şikayətlərdən sonra yarışmanın aparıcılığından kənarlaşdırılıb. Növbəti il “Eurovision” müsabiqəsinin qaydalarında dəyişiklik edilərək, sms səsverməsi ilə yanaşı yarışmaya milli münsiflər heyəti də dəvət edilib. Yan Ola Sand müsahibəsində bildirib: “Mənim müsahibəyə yenicə rəhbərlik etdiyim dövrlərdə digər şayiələrlə yanaşı qonşu ölkələr arasında səslərin mübadiləsinə dair çoxsaylı faktlar mövcud idi. Biz getdikcə bu qaydaları təkmilləşdirməyə çalışırıq və bunun nəticəsi olaraq qonşu ölkələrin bir-birinə səs vermələrini əngəlləmək, səsverməni balanslaşdırmaq üçün biz 2009-cu ildə yarışmaya münsiflər heyətini dəvət etdik.
“Mən buna etiraz etmirəm lakin, düşünürəm ki, insanların həqiqətən rəğbət bəslədikləri ölkə təmsilçisinə səs vermələri daha doğru olardı. Bu qərar Britaniyada bir çoxlarının gülüş hədəfinə çevrildi, lakin, bu qayda digər ölkələrdə daha populyardı və həmin ölkələr buna çox ciddi yanaşır. Biz səsvermənin nəticələri ilə bağlı dələduzluq faktlarını aşkarlamaq üçün çox mükəmməl sistem işləyib hazırlamışıq.”.
Short URL: http://www.cumhuriyyet.net/?p=4025