Misir Mərdanov prokurorluqda dindiriləcək

09.02.2014 - 12:23

Saxta diplom qalmaqalı böyüyür

 
Azərbaycanda “saxta diplom” qalmaqalı ilə bağlı Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində araşdırılan cinayət işi ilə bağlı sabiq təhsil naziri Misir Mərdanovun istintaqa dəvət olunacağı barədə məlumat yayılıb. Bununla bağlı “Yeni Müsavat” qəzetinin yazdığına görə, Azərbaycan Müəllimlər İnstitutunun filialları və Gəncə Dövlət Universiteti tərəfindən verilən saxta diplomlar aşkarlanıb. Bununla bağlı Gəncə Dövlət Universitetinin rəhbərliyinə və Müəllimlər İnstitutunun rektoru, deputat Aqiyə Naxçıvanlıya, eləcə də Təhsil Nazirliyinin bir sıra işçilərinə qarşı ciddi ittihamlar var, onlar haqda araşdırma aparılır. Bu şəxslərin bəziləri artıq Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən dindiriliblər, bəzilərinin ifadəsi isə bu günlərdə alınacaq.
Qəzetin məlumatına görə, Korrupsiyaya Qarşı Mübarizə İdarəsində açılan cinayət işində sabiq təhsil naziri Misir Mərdanovun da adı bir neçə məqam üzrə keçir: “Cinayət işinin açıldığı ilk günlərdə M.Mərdanovun adı işdə onun imzaladığı köçürülmə sənədinin saxtalaşdırılması ilə bağlı keçsə də, sonradan sabiq nazirin adı işə saxta diplomların verilməsində məsuliyyəti olan şəxs epizodu üzrə də salınıb”.
Qeyd edək ki, Müəllimlər İnstitutunun rektoru A.Naxçıvanlı da ona qarşı sərt ittihamlara cavab verərkən bu işdə M.Mərdanovun adını çəkib. Rektor bildirib ki, saxta diplomların verilməsində elə Təhsil Nazirliyinin vəzifəli şəxslərinin əli olub. Sitat: “O sənədlər sübut edir ki, filiallara saxta köçürmələri məhz nazirlik edib. Məsələn, keçmiş nazir Misir Mərdanovun 8 nəfərin köçürülməsinə verdiyi əmrə sonradan qoşma sənədlərlə daha 88 nəfər əlavə edilib. İndi də yeni nazir Mikayıl Cabbarov strukturu təmizləməklə məşğuldur”.
A.Naxçıvanlı həmçinin Müəllimlər İnstitutu tərəfindən verildiyi göstərilən saxta diplomlardakı imzaların onun olduğunu təsdiqləyib. Amma rektor bildirib ki, diplomlarda onun imzası və möhürü olan hissəni skaynerdən çıxarıblar. Qeyd edək ki, hazırda həm Gəncə Dövlət Universiteti, həm də Müəllimlər İnstitutu tərəfindən verilən saxta diplomlardakı imzaların ekspertizası keçirilir.
Saxta diplom qalmaqallarından sonra rəsmən elə də ciddi əsas göstərilmədən Müəllimlər İnstitutunun Gəncə, Sumqayıt, Mingəçevir və Salyan filiallarının bağlanacağı elan olunub. Qazax filialının isə məsələsinə baxılır. Məlum olub ki, testdən kənar qəbul, saxta köçürmə və saxta diplomları verən təhsil ocaqlarından biri də Müəllimlər İnstitutunun Qazax filialı olub.
Müəllimlər İnstitutunun Salyan filialının rəhbəri isə A.Naxçıvanlıya qarşı açıq ittihamlarla çıxış edir. Filialın rəhbəri deyir ki, bu postu tutmaq üçün A.Naxçıvanlıya 200 min manat rüşvət verib. A.Naxçıvanlının təkziblərinə baxmayaraq, filial rəhbəri ittihamlarını davam etdirir. Korrupsiyaya Qarşı Mübarizə İdarəsində iki maddə ilə başlanan cinayət işində bu epizod da əsas xətt olaraq keçir. Saxta diplom qalmaqalı, ittihamlar isə getdikcə böyüyür və bu günlərdə bu işə dələduzluq epizodu da əlavə edilib. Araşdırmaların nəticəsi olaraq həbslərin olacağı gözlənilir.
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=4027

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Oktyabr 2024
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
28293031