Səfər Əbiyevin keçmiş müavini əsas şahidləri tələb etdi

20.11.2015 - 13:39

seferBu gün Bakı Ağır Cinayətlər Məhkəməsində 1995-1999-cu illərdə müdafiə nazirinin müavini olmuş Mehman Səlimovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Virtualaz.org saytının prosesdə iştirak edən müxbirinin veridyi məlumata görə, prosesə hakim Zeynal Ağayev sədrlik edib.

Ötən prosesdə məhkəmə şahidlərin məcburi gətirilməsi ilə bağlı qərar qəbul etmişidi. Həmin qərara əsasən şahidlərin – Miradil Həsənov, Rauf Aşurov və Hüseyn Vəliyevin bugünkü məhkəmədə iştirakı təmin edildi. Hakim şahidlərə məhkəməyə hörmətsizlik etdiklərinə görə iradını bildirdi.

Şahid qismində dindirilən Miradil Həsənov dəmir məmulatları və armatur satışı ilə məşğul olduğunu, “STŞ” MMC-yə armatur satdıqlarını, ödəmələrin bank hesabı vasitəsilə köçürüldüyünü dedi.

Şahid Rauf Aşurov ifadəsində Mehman Səlimovu tanıdığını, Müdafiə Nazirliyinin nəzdindəki hərbi şəhərcikdə 3 mərtəbəli, 24 mənzilli yaşayış binasının və 800 nəfərlik əsgər yeməkxanasının işçi layihələrini hazırlamaq üçün müqavilə bağladıqlarını göstərdi: “2011-ci ilin sonlarında Müdafiə Nazirliyində işləyən tanışım Nəriman Müftəliyev həmin sənədləri mənə təqdim etdi. Tikinti işlərinin Mehman Səlimovun rəhbərlik etdiyi “STŞ” MMC tərəfindən həyata keçirildiyini bildirdi. Üç layihə idi, sonra birindən imtina etdim.

Səlimovla görüşdük, layihələri təhvil verdim. Hər bir obyekt üzrə 11800 manat pul ödənilməli idi. Amma bu günə qədər mənə pul verilməyib”.

M.Səlimov isə pulları N.Müftəliyevə verdiyini dedi: “Müstəntiq də heç cür başa sala bilmədim ki, bu işin içində 8 min manat var”.

Hakim bununla bağlı növbəti prosesə Nəriman Müftəliyevin dəvət olunacağını, məsələnin aydınlaşdırılacağını dedi.

Şahid qismində dindirilən Hüseyn Vəliyev ifadəsində “STŞ” MMC ilə müqavilə bağladıqlarını və həmin firmaya kərpic gönrədiklərini, pulun bank vasitəsilə köçürüldüyünü bildirdi.

M.Səlimov isə əsas şahidlərin məhkəməyə gəlmədiklərini dedi: “Əsas şahidlər qalıb, gəlmirlər. Əslində onlar gəlib burada ifadə verməlidir”.

Məhkəmə prosesi noyabrın 27-ə kimi təxirə salınıb.

1995-1999-cu illərdə müdafiə nazirinin siyasi və ictimai işlər üzrə müavini vəzifəsində işləmiş Mehman Səlimov ötən ilin noyabr ayında həbs olunub. Ona qarşı Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israf etmə), 192.2.2 (qanunsuz sahibkarlıq, külli miqdarda gəlir eldə etməklə törədildikdə), 213.2.2 (külli miqdarda vergi ödəməkdən yayınma), 308.2. (vəzifə səlahiyyətlərindən sui-istifadə, ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.

Qeyd edək ki, Mehman Səlimovun işdən çıxarılmasının səbəbi kimi onun Baş Qərargah rəisi Nəcməddin Sadıqova qarşı mətbuatda səsləndirdiyi ittihamlar göstərilir. M.Səlimov 1999-cu ildə mətbuata verdiyi açıqlamalarda Nəcməddin Sadıqovun ünvanına kəskin ittihamlar səsləndirmişdi. O, baş qərargah rəisinin müdafiə naziri olmaq üçün səylər göstərdiyini, faktiki olaraq həmin vaxt müdafiə naziri olan Səfər Əbiyevə qarşı iş apardığını bildirmişdi. Bu açıqlamalardan sonra Mehman Səlimov tutduğu vəzifədən azad edilmişdi.

Short URL: http://www.cumhuriyyet.net/?p=40329

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728