Avropa Azərbaycan oliqarxlarını hədəf alıb
Qərbin Azərbaycanla bağlı şok planı “Yeni Cumhuriyyət”də
Dünyanın bir sıra mərkəzlərindən Azərbaycan
iqtidarına qarşı hərəkətlənmələr müşahidə olunmaqdadır
2010-cu ildən bəri 6 nəfərə yaxın oliqarx-məmurun
bank hesablarından giriş və çıxışlara qadağalar qoyulub
Son
vaxtlarAzərbaycanın oliqarx-nazirləri ilə bağlı dünya mediasında çox ilginc faktlar
yayılmaqdadır. Dövlət
başçısı İlham Əliyevin sərvətləri ilə yanaşı fövqəladə hallar naziri Kəmaləddin
Heydərov, vergilər naziri
Fazil Məmmədov, ARDNŞ prezidenti Rövnəq Abdlullayev haqqında beynəlxalq
miqyasda məlumatlar yayılıb. Həmçinin
nüfuzlu media orqanlarında hakimiyyətin böyük məbləğlərlə ölçülən
korrupsiyaları barədə araşdırmalar dərc olunub. Bir sözlə dünyanın bir sıra mərkəzlərindən
Azərbaycan iqtidarına qarşı hərəkətlənmələr müşahidə olunmaqdadır.
Əksər
müşahidəçilər bu baş verənləri heç də daxili auditoriyaya hesablanmış hansısa
arqument kimi qəbul etmirlər. Hətta bəziləri bir qədər də irəli gedərək bəyan
etdilər ki, məmurlara qarşı baş verən bu faktlar onların Avropaya girişini məhdudlaşdıracaq.
Bu fərziyyənin nə qədər doğru olduğunu deyə bilmərik, amma bir məqam dəqiqdir
ki,Azərbaycanda məmurlar bu məsələ ilə bağlı olaraq təşviş içindədirlər. Məlumatlara
əsasən azərbaycanlı nazirlərin Avropanın maliyyə dairələrinin siyasi hədəfinə
çevrilməsi səbəbindən onların vəziyyəti bir qədər də ağırlaşıb. Xüsusilə də
onların arasında Avropada sərvətlərini saxlayan məmurların da narahatlıq
keçirdikləri bildirilir.
“Yeni
Cumhuriyyət”ə Avropada yaşayan siyasi mühacirlərimizdən daxil olan məlumatlara əsasən,
2010-cu ildən bəri 6 nəfərə yaxın oliqarx-məmurun bank hesablarından giriş və
çıxışlara qadağalar qoyulub. Məlumatda bildirilir ki, xüsusilə də nəqliyyat
naziri Ziya Məmmədovun bank hesabları ilə heç bir əməliyyat apara bilməməsi
artıq ən yüksək dairələrdə də bəllidir. Eyni zamanda daha bir neçə iri nazirin
də hesablarının dondurulduğu barədə informasiyalar verilir. Bildirilir ki, hələlik
bəlli olmayan səbəblər üzündən azərbaycanlı oliqarx-nazirlərin hesablarından
pul çıxarılması məhdudlaşdırılıb. Onların hesablarına pulun yatırılması məsələsi
isə mümkündür. Bu barədə danışhan mənbə bildirir ki, əslində həmin oliqarx-məmurlar
topladıqları pullarını offşor zonalara daşımaq istəsələr də buna da məhdudiyyətlər
tətbiq edilməyə başlayıb. Mənbəmiz son günlərdə Türkiyə mediasında azərbaycanlı
nazirlərin hədəfə alınmasını da təsdaüfi hal kimi qiymətləndirmir.
Avropada
yaşayan və nüfuzlu araşdırma mərkəzlərindən biri ilə əməkdaşlıq edən
soydaşımızın “Yeni Cumhuriyyət”ə verdiyi məlumata görə yaxın vaxtlarda nazirlərin
şəxsi təşəbbüsləri ilə talanan pullar barədə informasiyalar yayılacaq:
“Yuxarıda qeyd etdik ki, əslində bu informasiyalar heç də daxili adutoriya üçün
yayılmayıb. İnformasiyalar əslində beynəlxalq maliyyə qurumlarına paylanılır və
bununla da Azərbaycanın dünyadakı biznes reytinqlərində göstəriciləri aşağı
düşür. Reytinqlərdə gerniləmə, biznes mühitinin olmaması, rüşvət və korrupsiya
faktlarının da mövcudluğu əslində məmurların hədəfə alınması ilə sonuclanır. Məsələ
burasındadır ki, Azərbaycanın dövlət olaraq adının reytinqlərdə geriləməsi əslində
məmurların günahı üzündən baş verdiyindən onlar da cəzalandırılırlar. Bununla
da ortada olan faktlar məhz onların şəxsi olaraq zəiflədilməsi ilə nəticələnir.
Hədəfə alınan məmurlar Avropada diaspora fəaliyyəti təşkil etmək üçün ilk növbədə
bir sıra məqamlara aydınlıq gətirmək istəyirlər. Hədəf Azərbaycanı hansısa
Avropa ölkəsindətanıtmaq onun dünya miqyasındakı mövqelərini möhkəmləndirmək
deyil, məhz özlərinin bu ölkələrdəkipullarının taleyini siyasi olaraq
qarantiyaya almaq istəyirlər”.
Bizə
daxil olan məlumatlara münasibət bildirmək üçün söhbətləşdiyimiz siyasi şərhçilər
məlumatların həqiqətə çox yaxın olduğunmu bildirərək əsas diqqəti məhz son
zamanlar Rəsmi Bakının “Avropadan astaca qaçış planı” nı icra etməsinə yönəltdilər.
Onların fikirincə ayrı-ayrı oliqarx-məmurların Avropadan yaxa qurtarmaq istəməsi
barədə cəhdlər artıqca, Avropanın da onlara təzyiqləri şiddətlənir. Bundan
başqa, Azərbaycanda demokratiya və insan hüquqlarına riayət olunması sahəsində
pisləşmə və bu sahədə Avropa standartlarından açıq-aşkar uzaqlaşma müşahidə
olunub və baş verənlər əslində Avropanın rəsmi Bakıya qarşı başlatdığı mühim
planın tərkib hissəsidir.
Elçin
Əmirov
Short URL: http://www.cumhuriyyet.net/?p=4034