Şəmsəddin Hacıyevin “qara kassa”sı haqda şok məlumatlar
Deputat-rektorun gəlir mənbələrinin siyahısı açıqlandı
“Narxoz” rəhbəri prezidentin və
konstitusiyanın səlahiyyətlərini mənimsəməyə cəhd edib
Azərbaycan
Dövlət İqtisad Universitetinin professoru, iqtisad elmləri doktoru, Dövlət
mükafatı laureatı, Türk Dünyası Beynəlxalq araşdırmalar Aka demi yası nın
akademiki, 8 guşəli qızıl ulduz meda lı na layiq görülən, “Respub lika nın 100
gör kəmli alimləri”, “Respublikanın iqtisadi inkişafında rolu olan 100
persona”, “XXI əsrin görkəmli ziyalıları və s.i. külliyyatlar siyahısına
daxil olan, 20 ildən çox Təhsil Nazirliyində “iqtisad” böl məsinə rəhbərlik
edən Bədirxan Musayev prezident İlham Əliyevə, Heydər Əliyev Fondunun
prezidenti, millət vəkili, xanım Mehriban Əliyevaya, Prezident
Administrasiyasının rəhbəri Ramiz Mehdiyevə, Milli təhlükəsizlik naziri Eldar
Mahmudova, Baş prokuror Zakir Qaralova, təhsil naziri Mikayıl Cabbarova,
ədliyyə naziri Fikrət Məmmədova və digər instansiyaların rəhbərlərinə şok
müraciətlər edib.
Mövzuya
keçməzdən əvvəl qeyd edək ki, Bədirxan Musayev sıradan bir elm adamı deyil. O,
respublikada yeni elmi istiqamətin – iqtisadi kibernetikanın yaradıcısı və
təşkilatçısı olub. O, İqtisad Universitetində rektordan başqa bütün vəzifələrdə
işləyib. Son vəzifəsi isə rektor Şəmsəddin Hacıyevin müşaviri və kafedra müdiri
vəzifələri olub. İki il əvvəl isə Ş.Hacıyev ömrünün 60 ilini həsr etdiyi və
laborantlıqdan elmin ən yüksək zirvəsinə qədər yüksəlmiş Bədirxan Musayevi
saxta ittiham və əsaslarla işdən azad edib. Tərəflər arasında iki ildir silsilə
məhkəmə çəkişmələri hələ də davam edir.
Universitet, yoxsa “qarakassa” əməliyyatı…
Professor
yazır ki, Şəmsəddin Hacıyev rektor təyin olunduğu gündən etibarən,
universitetdə çox gərgin abı-hava hökm sürür. İş o yerə çatıb ki, universitetdə
arvad ərinin üzünü durdularaq, işdən azad etdirilir, beləliklə, ailələrin
dağılması kimi çirkin oyunlara belə, əl atılır: “Bu hadisə həllə mən müşavir
işlədiyim zaman aktlaşdırılıb, həmin aktı və digər faktları da sənədlərlə birgə
tələb olunan instansiyalara təqdim etməyə hazıram. Sözüm odur ki, bu cür mənəvi
yoxsulluq keçirən biri 10 ildir universiteti şəxsi təsərrüfatı kimi idarə
etməklə yetmir, hətta vəzifəsinə, deputat mandatına yaraşmayan qanunsuz
əməllərlə məşğuldur. Ş.Hacıyev burada yaxın ətrafından ibarət 3-5 nəfərlik
dəstə formalaşdıraraq, tələbələrin qanını sorur, dövlətin ayırdığı milyonları
mənimsəyir, buranı korrupsiya və cinayətkar dəstə yuvasına çevirib. Təsəvvür
edin ki, bu adam Gəncədən İqtisad Universitetinə tələbə köçürmək üçün 15 min
manat rüşvət alır, kitabxanada qeydiyyata duran hər tələbədən 2 manat, 8 il
ərzində universitetin Dərbənd filialına tələbə qəbulundan 145-150 milyon manat,
daxili və xarici köçürmələrdən 80-100 milyon manat, digər əməliyyatlardan
350-400 milyon manat rüşvət əldə edib. Universitetdə təmir-tikinti işlərinə
sərf olunan xərclərin ən azı 40 faizi mənimsənilib.
Sadalanan
faktları təkcə mən demirəm, bu, Azərbaycanda nəşr olunan nüfuzlu mətbu
orqanları da yazılıb. Lakin bu günədək Şəmsəddin Hacıyev bunların heç birinə
cavab verə bilməyib. Əksinə, o, korrupsiya şəbəkəsinin ifşa olunmasının
qarşısını almaq üçün media orqanlarına basqı qurdurur, onların böyük
əksəriyyətini satın alaraq, karyera ömrünü uzatmağa çalışır. Lakin bu yolla nə
karyera, nə də azadlığın ömrünü çox uzatmaq mümkün deyil. Artıq Hacıyev yolun
sonuna gəlib. O, Azərbaycanda bəlkə də ilk həbsxana həyatı yaşayacaq
deputat-rektor kimi tarixə düşəcək”.
“Vətən xaini” kimdir: Bədirxan Musayev,
yoxsa, rektor?
Bədirxan
Musayev yazır ki, Dövlət İqtisad Universitetində rüşvət qiymətlərinin
qaldırılması, həmçinin universitetin rektoru Ş.Hacıyevin 10 milyonlarla pulu
mənimsəməsi və digər maliyyə fırıldaqları ilə bağlı iki ay əvvəl “Yeni Müsavat”
qəzetində dərc olunan yazıdan sonra Ş.Hacıyev ilk dəfə mətbuata açıqlama
verməklə, deputat-rektor kimi cahil bir adam olduğunu təsdiqləyib: “Diqqətinizə
çatdırım ki, həmin yazıda universitet üzrə 1200 qrupdan pul yığıldığı bildirilib.
Bu da orta hesabla semestr ərzində 8 milyondan çox pulun yığılması deməkdir.
İllik isə əyani şöbədən təkcə test imtahanlarından orta hesabla 16 milyon pul
yığılır. Dövlət imtahanlarından 3 milyon pul yığılır. Qiyabilər üçün
imtahanlara buraxılmayan tələbələrin hər birindən 2-3 min manat pul alınır; əks
halda, onları universitetdən qovulurlar. Qovulanları sonradan 5 min manat pul
alaraq bərpa edirlər. Orta hesabla hər semestrə qayıblardan 1 milyon manat pul
yığılır. İxtisasdəyişmə adı ilə tələbələrin dərisini soyurlar. Məsələn, tələbə
Ümumi İqtisadiyyat fakültəsinə qəbul olunur. Dekan tələbəyə deyir ki, sən
500-1000 manat verməsən, səni zəif ixtisasa göndərəcəyəm. Tələbələrin hamısını
bu yolla soyurlar. Maliyyə, Beynəlxalq iqtisadi münasibətlər ixtisaslarına daha
çox tələbələr qəbul edilir. Hər birindən 500 manat alınır ki, onların ixtisası
təsdiq edilsin. Bu qədər cinayət əməllərinə yol verən Şəmsəddin Hacıyev
ittihamlara deputat-rektor səviyyəsinə uyğun cavab verməkdənsə, bu ittihamı
yönəldənləri bir kənara qoyaraq, mənə məkrli böhtanlar atıb. O, həmin qəzetdəki
yazını mənim yazdığımı iddia etməklə bərabər, həm də mənə Cinayət Məcəlləsində
ən ağır suç sayılan “Vətən xaini” damğası vurmağa çalışıb. İndi mən ondan
soruşuram, Vətən xaini kimdir? Sənin cinayət əməllərini açan və bununla xalqına
və dövlətinə kömək etmək istəyən Bədirxan Musayev, yoxsa xalqın, dövlətin
milyonlarını mənimsəyərək şəxsi biznesini genişləndirən sən?”.
Rektor Konstitusiya və prezidentin
səlahiyyətlərini necə mənimsəməyə cəhd edib?
Ş.Hacıyevin
“Bədirxan Musayevə “vətən xaini” damğası vuraraq işdən qovmuşam” ittihamına
aydınlıq gətirən professor yazır: “Təkrar qeyd edirəm ki, “Yeni Müsavat”da dərc
olunan şikayət məktubu xırda istisnalarla dəqiq olsa da, onun müəllifi mən
deyiləm. Mən, Ş.Haciyevin “fəaliyyəti” haqda 100-ə yaxın məqalə nəşr
etdirmişəm, müvafiq orqanlara 100-dən çox müraciət etmişəm, cənab Prezidentə
50-dən çox teleqram, 150-dən çox məktub yazmışam. Və bunların da hər birinə öz
imzamı atmışam. Puluna və mandatına güvənərək qanunları ayaq altına atan və
faşist jarqonları ilə cinayət xarakterli açıqlama verən Şəmsəddinin nəzərinə
çatdırıram ki, heç zaman imzasız məktub yazmamışam və yaz mağı da ətrafında
olan və korrupsiya şəbəkəsində ortaq olduğu dəstəsindən fərqli olaraq, özümə
şərəfsizlik hesab edirəm. Görünür, Hacıyevin milyonluq korrupsiya piramidasının
daha qabarıq açılması, onda şəkərin kəskin formasını yaradıb və bu, onun normal
düşünməsinə belə, imkan vermir. Görün, bu adam korrupsiya əməliyyatlarının
dəqiqliyi ilə açılmasından nə qədər qorxuya düşüb ki, şizofreniksayağı
açıqlamalar verərək, özünü daha gülünc vəziyyətə salıb. İş o yerə çatıb ki, o,
deputata və normal ölkələrə yaraşmayan faşist jarqonlu “Bədirxan Musayevə
“Vətən xaini” damğası vuraraq, işdən qovmuşam” sözünü işlətməklə, birbaşa
Konstitusiyanı ayaqlar altına atdığını təsdiqləyib, ölkə rəhbərliyinin
səlahiyyətini mənimsəməyə çalışıb.
Konstitusiyanın
53.1 maddəsində göstərilir: “Azərbaycan Respublikasının vətəndaşı heç bir halda
Azərbaycan vətəndaşlığından məhrum edilə bilməz”. Konstitusiyanın 53.2.
maddəsində deyilir: “Azərbaycan Respublikasının vətəndaşı heç bir halda
Azərbaycan Respublikasından qovula və ya xarici dövlətə verilə bilməz”.
İndi
mən sizlərdən soruşuram, Ş.Hacıyev kimdir ki, məhkəmə qərarı və cənab
Prezidentin sərəncamı olmadan mənə vətən xaini damğası vurub, vətəndən qovmağa
çalışır?
Ş.Hacıyevin
rüşvətxorluq, milli xəyanət, dələduzluq, saxtakarlıq və universiteti dəllal
yığnağına çevirməsinə qarşı mübarizə aparan şəxsi prezidentin və məhkəmələrin
səlahiyyətini mənimsəməklə, “vətən xaini” damğası vurub, vətəndən qovmağa
çalışırsa, bu, Ş.Hacıyevin həbsxana və ya Psixi dispanserdə “nodzor”ların
nəzarəti ilə müalicəyə ehtiyacı olmasını sübut etmirmi?
Qəzet
vasitəsiylə Ş.Hacıyevdən soruşuram: Tələbələrin cibini büzüşə-büzüşə girən,
dövlətin milyonlarını mənimsəyən, universiteti bir ovuc korrupsioner şəbəkənin
sərəncamına verən birisi olaraq, sən, Azərbaycanı və onun hörmətli prezidentini
“Vətən xaini” sözünlə hansı vəziyyətə gətirdiyinin fərqindəsənmi? Sən bu ifadə,
etiraf və təfəkkürünlə nəinki rektor və ya deputat, heç Azərbaycanda yaşamağa
layiq biri deyilsən”.
Rektorun korrupsiya siyahısı…
Professor
Bədirxan Musayev daha sonra rektorun korrupsiya və digər qanunsuz əməlləri ilə
bağlı umumiləşdirilmiş siyahı açıqlayıb:
1. Ş. Hacıyevə
kim icazə verib ki, Universitetdə özünün rəhbərliyi ilə “məişət pozğun”ları və
“qoluboy”lar cəmiyyəti yaradıb?
2. Ş.Hacıyevə
kim cəsarət verir ki, “qazandıqlarımın hamısını yuxarılara verirəm” kimi sərsəm
ifadələr işlətsin?
3. Ş.Hacıyevə
kim icazə verib ki, Dərbənd filialına tələbə qəbulundan 145-150 milyon manat,
daxili və xarici köçürmələrdən 80-100 milyon manat, digər mənbələrdən 350-400
milyon manat rüşvət əldə etsin və təmir-tikinti işlərinin lahiyə dəyərinin 40
faizini mənimsəsin? (B.Musayev bu yerdə bu faktların sənədlərini təqdim etmək
üçün cənab prezidentdən onu qəbul etməsini xahiş edir);
4. Ş.Hacıyev Ulu
öndər Heydər Əliyevin şəkilini cırıb, onun yerində öz liderinin şəklini asıb;
5. Ş.Hacıyev Ulu
öndər H.Əliyevin əleyhinə Moskvaya 300-dən çox şikayət ərizəsi və anonim məktub
yazdırmışdır. (“Maskovski novosti” qəzetinə baxa bilərsiniz)
6. Akademik
Cəlal Əliyevin də dediyi kimi, Ş.Hacıyev Ulu öndər H.Əliyevin əleyhdarlarının
şərəfinə skripka ifa edən olmuşdur.
7. Hər il ulu
öndərin dəfn olunduğu günü bayram edir.
8. Erməni
Aqanbekyana Pirşağa bağında 50 illik yubiley təşkil edib.
9. Hörmətli
cənab Prezidentin fəaliyyətinə kölgə salmaq məqsədi ilə: “cənab Prezident
göstəriş verib ki, 50 yaşdan yuxarılara vəzifə vermə”.
10.
Universitetin 80 illik tarix kitabında ulu öndər H.Əliyev və cənab Prezidentin
2-3 yerdə şəklini verdiyi halda, özünün 147 yerdə şəklini vermişdir.
11. Vəzifə
başında hər gün rüşvət almaqla millətin gələcəyini məhv edir.
12. Müxtəlif
qəzetlərdə tabeliyindəkilərə imza atdırmaqla, ulu öndər H.Əliyevə böhtan atır
və təhqir etdirir.
13. Avtoreferatı
və dissertasiyasında ulu öndər H.Əliyevə böhtan atan, şərləyən və təhqir edən
Zəfər Bayramovu özünə köməkçi, YAP-a sədr və indi də prorektor təyin etməsi
14.
Universitetdə mövcud olan 142 vəzifədən məkrli niyyətlə 20-dən çox naxçıvanlı
və ermənistanlı əsilli ziyalıları vəzifədən azad etməsi, yalnız qardaşının
qudası və onun “yetirməsi”ni vəzifədə saxlaması.
15. Özünün
Şirvanlı və arvadının Şəkili olmasından istifadə edərək regionlar arasında
nifaq salaraq, Şəki-Şirvan bəylər bəyliyinin yaratması.
16. Məni işdən
azad edəndən 14 gün sonra səhhətimlə əlaqədar Mərkəzi Klinikadan aldığı və
hüququ əsası olmayan arayışa istinad etməsi.
17. Məni işdən
azad edəndən 6 gün sonra otağımda axtarış apartdırıb, saxta akt tərtib
etdirməsi.
18.Haqqımda ictimai
rəy sorğusu ilə bərabər, müvafiq kafedra və ekspertlərin rəyi, təqdim etdiyim
sağlamlıq haqda arayışları, həmçinin, kafedra müdirliyindən 5, imtina ərizəmdən
4-ünü oğurlatması.
19. Məni iki
fakültədə imtahanlara nəzarət komissiyasının sədri təyin edib, 199 tələbənin
mənimsəmə faizinin “0” olması, bir həftədən sonra məni nəzarətdən uzaqlaşdırıb,
rüşvətin miqdarını 2-3 dəfə artıraraq, mənimsəməni 80-85 faizə qaldırması və
bunun nəticəsində 2 milyon manat rüşvət əldə etməsi.
20. Kitabxanadan
tələbələrə verilən hər bir kitaba 2 manat, mətbəədə nəşr olunan kitabın hər bir
nüsxəsindən 5 manat rüşvət alması (sənədləri istənilən vaxt təqdim edə bilərəm)
21.
Universitetdə xidməti otağındakı məxfi 5-ci qapının nəyə və hansı məqsədlərə
xidmət etməsi
22. Həyat
yoldaşını ərinin üzünə qoyub ailəni dağıtması (müvafiq akt və ərizələr
məndədir).
23. Kafedranın
professorluğundan azad olmaq haqda əmrim olmadan, 60 il ərzində 15 rektorla
bütün vəzifələrdə işlədiyim binaya daxil olmama qadağa qoyması.
24. Universiteti
diplom satan mağazaya çevirdiyi kimi, məhkəmə sistemini də alverxana mərkəzinə
çevirməsi və sair.
25.
Laborantlıqdan elmin ən yüksək səviyyəsinə çatmış, titulların sayına görə
təhsil sisteminin milli qəhrəmanı olmamın üzərindən saxta bir əmrlə xətt çəkməsinin
səbəbləri;
26. Orta məktəbi
qızıl medalla, İqtisad Universitetini fərqlənmə diplomu, İngiltərənin Notehgem
Universitetini qurtarmış, 4 xarici dil bilən, iqtisad elmlər doktoru qızımı
Universiteti tərk etməyə məcbur etməsi və sair;
Professor
yazır ki, son iki ayda ölkə prezidenti İlham Əliyevin qəbuluna düşmək üçün
tələbələri imzatoplama kampaniyasına start veriblər: “Artıq ölkədə 1000-dən çox
ziyalı və müxtəlif kateqoriyadan olan vətənpərvər insanlarımızdan imza
toplanılıb. Bunun 700-ə yaxının imzası ilə birgə cənab prezidentə məktub
göndərilərək, məni qəbul edilməsi xahiş olunub. Elə bu kampaniya başlayandan
bəri Ş.Hacıyev universitetdən yanıma “elçi”lər göndərərək, mənə barışıq təklifləri
etməyə çalışır. Bununla bərabər, o, məni susdurmaq üçün bir çox qanunsuz
addımlara və saxtakarlıqlara da imza atıb. Həmin qanunsuz və saxtakarlıqları
deşifrə edəcək materiallar da əlimdədir. Zamanı gəldikcə, bunları da cəmiyyətə
açıqlayacağam”.
Rektor-deputatla bağlı daha nələr var?
Professor
rektor Şəmsəddin Hacıyevlə bağlı şok yaradacaq olduqca maraqlı fakt və
ittihamlar da səsləndirib. Bunlardan belə aydın olur ki, Bədirxan Musayevi
susdurmaq üçün deputata və rektora cinayət əməllərinə əl atılıb. Maraqlı məqam
budur ki, Bədirxan Musayev onun susdurmaq üçün yanına göndərilənlərin səsini
yazıb, görüntüləri və edilən təklif və təhdidləri arxivləşdirib: “Mən, hələ ki
bunları açıqlamıram. Gözləyirəm, bu müraciətlərimə nə zaman cavab veriləcək.
Əgər cavab verilməyəcəksə, o zaman əlimdə olan bu faktları da mediaya
açıqlayacağam. Qoy ölkə rəhbərliyi də görsün ki, Şəmsəddin Hacıyev o vəzifəyə
layiqdir, yoxsa yox…”.
Son…
Son
olaraq onu da qeyd edək ki, İqtisad Universiteti ilə bağlı redaksiyamıza başqa
bir məktub da daxil olub. Həmin məktubda ad və soyad olsa da, onun anonim
olduğu ilk baxışdan sezilir. Lakin orada yer alan faktlar günümüzün reallığına
yaxın olduğundan, həm bu, həm də Bədirxan Musayevin təqdim etdiyi sənədlər
əsasında araşdırmalarımızı davam etdirəcəyik
Short URL: http://www.cumhuriyyet.net/?p=4038