Heydər Əliyevin “Bala Stalin” intiqamı…
“Heydər Əliyev istəmirdi
ki, özündən başqa respublikada böyük nüfuza malik, tanınmış partiya və
təsərrüfat rəhbəri olsun və istəmirdi ki, özündən başqa kiminsə SSRI rəhbərliyi
ilə bilavasitə əlaqəsi olsun”
“Bəzi mənbələrdə Kürdəmir rayon partiya Komitəsinin
birinci katibi Məmməd Məmmədovun həbsə atılmasının səbəbi kimi onun Əliyevi
“Şah Abbas” adlandırması göstərilir”
“Heydər Əliyev istəmirdi
ki, özündən başqa respublikada böyük nüfuza malik, tanınmış partiya və
təsərrüfat rəhbəri olsun və istəmirdi ki, özündən başqa kiminsə SSRI rəhbərliyi
ilə bilavasitə əlaqəsi olsun”
“Bəzi mənbələrdə Kürdəmir rayon partiya Komitəsinin
birinci katibi Məmməd Məmmədovun həbsə atılmasının səbəbi kimi onun Əliyevi
“Şah Abbas” adlandırması göstərilir”
12 dekabr Azərbaycan tarixinin ötən 60 illik
dövründə böyük rol oynamış Heydər Əliyevin həm də rəsmi vəfat günüdür. Bu ərəfədə
bir daha onun kimliyi, keçdiyi həyat yolu, fəaliyyəti, indiyə qədər haqqında
deyilən və deyilməyənləri, bildiklərimizi və bilmədiklərimizi ümumiləşdirib bu
günün prizmasından yaxın tariximizə işıq salmaq istədik. Qəzetimizin bir neçə
sayında bu barədə yazılar dərc etdik. Mövzunu yalnız sabiq dövlət başçsının
ölüm günü ilə bağlı olduğundan yekunlaşdırmaq istədik. Amma… Redaksiyamıza
müraciət edən çoxsaylı oxucular mövzunun davam etdirilməsini xahiş etdilər.
Oxucularımızın istəyi ilə mövzuya “davam” dedik. Yazıda qeyd olunanlarla bağlı
maraqlı şəxslərin, adı keçənlərin yaxınlarının, oxucularımızın da fikirlərinə
yer ayırmağa hazırıq. Yeganə məqsədimiz yaxın tariximizə işıq tutmaqdır…
(Əvvəlini burdan http://www.cumhuriyyet.net/eks/3893-heyder-eliyev-repressiyasinin-qurbanlari-memmed-sgenderov.htmloxuya bilərsiniz)
Biliyinə görə “Bla Lenin”,
ötkəmliyinə görə “Bala Stalin”
Heydər Əliyevin o zamankı fəaliyyətini təftiş edən araşdırmaçılar və bir
çox tarixçilər onun haqqında yazırlar ki, o həddən artıq qapalı, hakimiyyət və
şöhrətpərəst olduğu qədər də qısqanc və kinli idi. O, istəmirdi ki, özündən
başqa respublikada böyük nüfuza malik, tanınmış partiya və təsərrüfat rəhbəri
olsun. Və istəmirdi ki, özündən başqa kiminsə SSRI rəhbərliyi ilə bilavasitə
əlaqəsi olsun. Hamısını ləkələyib, damğalayırdı. O belə şəxsləri özünə rəqib
sayır və həmin şəxslərin aradan qaldırılması, sıradan çıxarılması üçün əlindən
gələni edir. Maraqlı, gözlənilməz və çox amansız kominasiyalar qurur. Heç nəyə
və heç kimə acımadan rəqiblərinə divan tutur. Onları tam zərərsizləşdirməyənə
qədər əl çəkmir. 1970- ci illər Azərbaycan tarixinin həm də mülayim 37- ci
illəridir. O zaman xeyli sayda insanlar, partiya fəalları, tanınmış və görkəmli
dövlət xadimləri, ziyalılar Əliyevin amansız repressiyasının qurbanları olur.
Onun qəzəbinə və repressiyalarına düçar olanlardan biri də Azərbaycan
Kommunst partiyası MK- nin Kürdəmir rayonunun o zamankı birinci katibi Məmməd
Rəhman oğlu Məmmədov olmuşdu. Bu adam 20 ildən artıq rəhbər vəzifələrdə
çalşmışdı. Uzun müddət Mərkəzi Komitədə şöbə müdiri, Lənkəran və Əlibayramlı
rayonlarının birinci katibi işləmişdi. Ensiklopedik biliyə malik olmaqla
bərabər, respublikanın kənd təsərrüfatını da çox gözəl bilirdi. Onu tanıyanlar,
onunla əlaqəsi olanlar Məmməd müəllimi Azərbaycanın canlı ensiklopediyası
adlandırırdılar. Biliyinə görə bəziləri ona “bala Lenin”, ötkəm xarakterinə
görə isə “Bala Stalin” deyirdilər. Sov.IKP MK katibi Liqaçovla da yaxınlığı
vardı. O biri tərəfdən də Moskvanın tapşırığına əsasən Vəli Axundov tərəfindən
AKP MK birinci katibi vəzifəsinə təyin olunmaq üçün yazdığı siyahıda onun da
adı vardı. Belə adamları Heydər Əliyev özünə rəqib sayırdı, ləkələnməsi labüd
idi.
Heydər Əliyevə “Şah Abbas”
dediyinə görə həbs olunur..
Bəzi
tarixçilərin və araşdırmaçıların apardığı araşdırmalara görə Heydər Əliyevin qəzəbinə
düçar olan, repressiyalarına məruz qlan insanların bir çoxunun ya adı Məmməd,
ya da soyadı Məmmədov olub. Respublikanın baş prokuroru Qambay Məmmədovdan
tutmuş Ali Sovetin sədri Məmməd İsgəndərova, yerli payon partiya komitəsinin
birinci katiblərinə qədər 1969-1983- ü illər arasında vəzifəsindən və
partiyadan çıxarılıb həbsə atılan, müəmmalı şəkildə dünyasını dəyişən onlaral vəzifəli
şəxsin soyadı Məmmədov olub. Baş prokuror Qambay Məmmədova
qədər Əliyev daxili işlər naziri Məmməd Əlizadə ilə vidalaşmışdı. Məhz Əlizadə
1950-ci ildə “KQB”-nin müavini olanda zabit Əliyevin keçmişinə işıq salmaq istəmişdi.
Əliyevin nədənsə Məmmədov soyadını daşıyanlarla heç bəxti gətirmirdi. Bəzi mənbələrdə Kürdəmir rayon
partiya Komitəsinin birinci katibi Məmməd Məmmədovun həbsə atılmasının səbəbi
kimi onun Əliyevi “Şah Abbas” adlandırması göstərilir. Nəinki Kürdəmirdə o
zaman respublikanın özündə və hətta Moskvada onu hamı öz işini bilən, zəhmətkeş,
qabaqcıl partiya işçisi kimi tanıyır və hörmət edirdilər. Məhz bu müsbət
xüsusiyyətlərinə görə o, uzun müddət müxtəlif rayonlarda rəhbər vəzifələrdə
çalışıb. Düzlüyünə görə “Bala Lenin” adı alan M. Məmmədovun bu müsbət xüsusiyyətləri,
onun daha da irəli getməsi əvəzinə “vurulmasına” və həbsxanaya atılıb müəmmalı
şəkildə vəfat etməsi ilə sonuclanır. Birinci katibin faciəli həyat tarixi onun
yaşadığı dövrün sərt tələblərindən irəli gələn, insanlıq adına yaraşmayan, eybəcər
xüsusiyyətlərdən qaynaqlanırdı.
“Məni gecə DTK- ya aparıb dedilər ki, M.Məmmədovun
üzünə durmalısan”
M.Məmmədovla bağlı həbs olunanlardan üç nəfər: Kürdəmir rayonunun
“Bolşevik” heyvandarlıq sovxozunun müdiri Soltan Soltanov, Yağ-pendir zavodunun
müdiri Yadı Axundov və bu zavodun baş ustası Soltanməcid Soltanov 1976-1977-ci
illərdə 5-ci kalonda saxlanılır. Həmin vaxt onlarla bir yerdə günahsız cəza
çəkənlərdən biri də dissident Nadir Ağayev olur. N. Ağayev sonradan o
xatirələrində və kitablarında bu barədə geniş qeydlər edir və bildirir ki, adı
çəkilən şəxslərlə həbsxanada çox yaxın münasibətləri olur (http://nadir.info.az/?p=100) ; Soltan Soltanovla
yaxınlıq edib, bir yerdə çörək yeyirdik. Münasibətlərimiz də çox yaxşı idi.
Onun söylədiklərindən: 1975-ci ildə gecə saat 02-də qapım döyüldü. Gələnlər iki
DTK əməkdaşı idi. Onlar məni Şamaxı rayonunun DTK-na apardılar. Makinada
yazılmış bir kağızı oxumaq üçün mənə verdilər. Oxuyanda başımın tükləri dik
qalxdı. Orada M.Məmmədova qarşı ağlagəlməz böhtanlar yazılmışdı. Dedilər bu
faktlarla M.Məmmədovun üzünə durmalısan. Dedim belə ağ yalanla onun üzünə dura
bilmərəm. Dedilər onda özün gedəcəksən həbsxanaya. Onlar mənə çox hədə-qorxu
gəldilər. Razılıq vermədim. Öz fikrimdə qəti olduğumu gördükdən sonra dedilər
ki, əgər bu barədə nə vaxtsa bir adama danışsan, bütün nəslin gedəcək. Səhər
məni azad edib, Kürdəmirə yola saldılar. Bu əhvalatı mən gecə-gündüz yaddan
çıxara bilmirdim. Uzun illər rayonda rəhbər vəzifələrdə çalışmışam. Bizim
rayona çox katiblər gəlib-gedib. Inanın ki, M.Məmmədov kimi xalqın qayğısına
qalan, yüksək mədəniyyətə və böyük rəhbərçilik qabiliyyətinə malik adam
görməmişəm. Belə bir şəxsi ləkələmək ağlasığmazlıqdır. Mən bilmirəm buna nə ad
vermək olar? Bir gün rayonun Üzümçülük sovxozunun müdiri Əlsahib Abdullayevlə
çay içirdik. O mənə dedi ki, səni çox pərişan görürəm, bəlkə səhhətin yaxşı
deyil? Ə.Abdullayev rayonun ən hörmətli adamlarından biri idi. Uzun illər idi
ki, biz dostluq edirdik. Dedim Əlsahib, səhhətimdən narazılığım yoxdur. Məsələ
başqadır. Başıma gələnləri ona danışdım. O soruşdu bu nə vaxt olub? Vaxtını
deyəndən sonra, o, dedi, sən nə danışırsan? Həmin gəcə, həmin vaxtda mənim də
evimə gəlib, məni Şamaxı rayonunun DTK-na aparıblar. M.Məmmədova qarşı yazılan
böhtanla tanış ediblər. Onların hədə-qorxularına baxmayaraq, mən də böhtan
faktlarla R.Məmmədovun üzünə durmaqdan imtina etdim. Səni xəbərdar etdikləri
kimi, məni də xəbərdar etdilər. Biz razılaşıb, bir yerdə M.Məmmədovun yanına
gedib, baş vermiş əhvalatı ona söylədik ki, işini bilsin. O, bizim hər ikimizə
minnətdarlığını bildirib dedi ki, Heydər Əliyevi mən yaxşı tanıyıram və bilirəm
o nə qədər qəddardır. O, qəddarlığını davam etdirəcək, şəxsiyyətsiz və simasız
adamlar tapıb, məni ləkələyəcək.
Hakim dedi ki, bu işə baxmaq
məsuliyyətini öz üzərimə götürmürəm
Çox çəkmədi ki, müdiri olduğum sovxoza biri-birinin ardınca cürbəcür
yerlərdən komissiyalar gəldi. Əsaslı heç bir qanun pozuntusu tapa bilmədilər.
Axırda gülünc bir şeydən yapışdılar. 1975-ci il dekabrın 15-də illik süd
planını yerinə yetirməyim barədə sovxozlar nazirinə raport göndərmişdim. Nazir
də əmr göndərmişdi ki, dekabrın 16-dan südü qaymaq halına keçirim, 1976-cı ilin
yanvarında təhvil verim. Nazir bu əmri öz təşəbbüsü ilə ona görə vermişdi ki,
birdən 1976-cı ildə süd planı dolmazsa, onda bu da planın dolmasına müəyyən
qədər kömək olar. Gələn komissiya hesabladı ki, əgər süd qaymaq halında deyil,
süd halında verilmiş olsaydı, onda dövlətə 830 manat çox gəlir verilmiş olardı.
Hakim dedi ki, bu işə
baxmaq məsuliyyətini öz üzərimə götürmürəm
Çox çəkmədi ki, müdiri olduğum sovxoza biri-birinin ardınca cürbəcür
yerlərdən komissiyalar gəldi. Əsaslı heç bir qanun pozuntusu tapa bilmədilər.
Axırda gülünc bir şeydən yapışdılar. 1975-ci il dekabrın 15-də illik süd
planını yerinə yetirməyim barədə sovxozlar nazirinə raport göndərmişdim. Nazir
də əmr göndərmişdi ki, dekabrın 16-dan südü qaymaq halına keçirim, 1976-cı ilin
yanvarında təhvil verim. Nazir bu əmri öz təşəbbüsü ilə ona görə vermişdi ki,
birdən 1976-cı ildə süd planı dolmazsa, onda bu da planın dolmasına müəyyən
qədər kömək olar. Gələn komissiya hesabladı ki, əgər süd qaymaq halında deyil,
süd halında verilmiş olsaydı, onda dövlətə 830 manat çox gəlir verilmiş olardı. İttihamnaməsini oxudum. Yazılıb ki, S.Soltanov vəzifə səlahiyyətindən sui-istifadə edib, sovxozlar
nazirini çaş-baş salmışdır. Nazir də südün qaymaq halında verilməsi üçün əmr
verib. Nəticədə dövlətə 830 manat ziyan vurulub. Iş “baxılması” üçün Kürdəmir
Rayon Xalq Məhkəməsinə (O vaxt məhkəmələr Xalq Məhkəməsi adlanırdı – N.A.)
göndərilir. Hakim S.Soltanova deyir ki, mən sizi yaxşı tanıyıram və bu işin də
nə olduğunu gözəl bilirəm. Ona görə də bu işə baxmaq məsuliyyətini öz üzərimə
götürmürəm. Sonra iş “baxılması” üçün Ağsu Rayon Xalq Məhkəməsinə göndərilir.
S.Soltanov hakimin yanına adamlar göndərir. Hakim isə o adamları yaxşı
tanıdığına görə açıq deyir: mənlik heç bir şey yoxdur. Bu, yuxarıdan sifarişlə
olan bir işdir. Bu adama 4 il iş kəsiləcək. Heç bir vəkilə də ehtiyac yoxdur.
Heç bir adama da pul verməyin. Nəyi varsa, qoyun qalsın uşaqlarına.
(S.Soltanovun 7 uşağı vardı. Altısı qız, sonuncu uşaq isə oğlan idi.) Mənim
sizə hörmətim o ola bilər ki, məhkəməyə qədər bu adam zamində qalsın.
S.Soltanova CM-nin 167-ci maddəsinin 2-ci hissəsinə əsasən 4 il həbs cəza
kəsilir.
Həbsdən çıxmağa 1 həftə qalmış
yeni ittiham; 15 il həbs cəzası
Üzümçülük sovxozunda da Ə.Abdullayevin fəaliyyətini yoxlayan komissiya heç
bir cinayət faktı tapa bilmir. Sonda komissiya qərar çıxarır ki, guya o, 5
hektar artıq bostan bitkiləri əkibmiş. Komissiya sovxozun ərazisində belə bir
yerin olduğunu aşkar edə bilmir. Ona görə də “şahid” ifadələrinə əsasən
ittihamnamə yazılır. Biri deyir mən şumlayanda görmüşdüm, o biri də deyir ki,
göyərəndə görmüşdüm. Ortada konkret sübut olmadığına görə, Ə.Abdullayevə CM-nin
167-ci maddəsinin 1-ci hissəsinə əsasən 2 il iş kəsilir. O dövrün qanunlarına
əsasən, 3 ilə qədər cəza müddəti alan məhbuslar, 45 gündən sonra karyer,
tikinti və zavodlara məcburi işləmək üçün fəhlə göndərilirdi. Ə.Abdullayev də
45 gündən sonra məcburi işə göndərtilməli idi. Lakin onu göndərmirlər. Buna
səbəb Ə.Abdullayevin Moskvaya SSRI rəhbərliyinə və SSRI prokurorluğuna DTK
əməkdaşları tərəfindən aparılıb, M.Məmmədovun üzünə durmaq üçün ona böhtan
xarakterli faktların verilməsi, onun DTK-nın bu təklifi ilə razılaşmadığına
görə əsassız olaraq damğalanması barədə məlumat göndərməsi olur. İki ilin tamam
olmasına bir həftə qalmış həbsxanada ona saxta sənədlər əsasında tərtib olunmuş
dövlət əmlakının küllü miqdarda mənimsənilməsi barədə ittihamnamə təqdim
edirlər. Bu saxtalaşdırılmış ittihamlara əsasən məhkəmə ona 15 il cəza müddəti
kəsir, onun da 5 ilini bağlı rejimlə. Şuşa həbsxanasına göndərildikdən bir
müddət sonra orada müəmmalı şəkildə ölür.
M. Məmmədovun məhbus xəstəxanasında müəmmalı
ölümü
Bir gün Soltan Yadı kişi və Soltanməcidlə birlikdə tərtib etdikləri bir
siyahını göstərir. Düz 51 adam, hamısı ali savadlı, ailəli və əksəriyyəti də
vəzifəli şəxs (rayonun qaymaqları), saxta faktlara əsasən M.Məmmədovun üzünə
durmaqdan imtina etdiklərinə görə, 167-ci maddəyə əsasən cəzalandırılıb. Heydər Əliyev onunla olan prinsipini və mübarizəsini
sona qədər davam etdirir. Saxta sənədlərlə, böhtanla M.Məmmədovun üzünə durmağa
şəxsiyyətsiz və simasız adamlar tapılır və o, cəmiyyətdən təcrid edilir. Cəza
müddətinin qurtarmasına az qalmış məhbuslar üçün olan respublika xəstəxanasının
(UA-38/RB) terapiya şöbəsində müəmmalı şəkildə ölür. Dissident Nadir Ağayev
yazır ki, həmin vaxt mən də bu xəstəxananın başqa şöbəsində saxlanılırdım; O
“xəstəxanada” həmən zamanda baş verən hadisələrin canlı şahidi olduğumdan,
M.Məmmədovun öz əcəli ilə ölməsinə qəti inanmıram. Mən uzunmüddətli həbs
yerlərində olduğumdan, həbsxana əməkdaşlarından çoxlu sayda müsbət adamlarla
yanaşı, mənfi, insani simalarını itirmişlərə də rast gəlmişəm. Bu xəstəxananın
rəisi (baş “həkimi”) Eldar Hüseynzadə də belələrindən idi. “Qanun” jurnalında
(в„– 12, 1999-cu il və в„– 1,2. 2000-ci il) “Ilk dissident haqqının bərpasını tələb
edir!” başlıqlı yazımda bir neçə orqan əməkdaşları ilə yanaşı, E.Hüseynzadənin
də qeyri-insani əməlləri barədə məlumat vermişəm. Həmən dövrdə DTK-nın 5-ci
idarəsinin rəis müavini olmuş, filologiya elmləri doktoru, DTK generalı Yasif
Nəsirli “Dünya” adlı kitabında (Bakı, “Adiloğlu” nəşriyyatı, 2005-ci il)
göstərmişdir ki, “…türmədə (Türmələrin
mərkəzi xəstəxanasında – N.A.) R.Məmmədovun şipristlə qanını
sorub öldürdülər” (səh. 177). Ağ həkim xalatı ilə
maskalanmış Eldar Hüseynzadə kimi insaniyyətlikdən məhrum bir cəlladın belə bir
qeyri-insani əməl törətməsi məndə heç bir şübhə doğrultmur.
(Ardı var)
Short URL: http://www.cumhuriyyet.net/?p=4042