Ağdam səhiyyəsində korrupsiya qalmaqalı böyüyür
Ağdam rayon hüquq-mühafizə orqanlarında çalışan mənbəmiz cumhuruyyət. az-a bildirir ki, bu ilin uyul ayının sonlarında mərhum Nuşirəvan Aslanovun sırf həkim səhlənkarlığı nəticəsində dünyasını dəyişməsindən sonra, mərhumun yaxınlarının dövlətin ayrı-ayrı strukturlarına etdikləri saysız-hesabsız şikayətləri, eləcə də baş verənlərin mütamadi şəkildə kiv-də ictimailəşdirilməsi dövlət strukturlarını tam hərəkətə gətirdi. Nəticədə maliyyə nazirliyinin yoxlaması rayon səhiyyəsində xeyli maliyyə vəsaitlərinin mənimsənildiyini, üzə çıxardı. Bu məsələ rayonda onsuz da ağır olan durumu daha da çətinləşdirdi. Mənbə qeyd edir ki, cərəyan edən hadisələr barəsində artıq ölkə rəhbərliyinə məruzə olunub. Ölkə rəhbərliyinin yaxın zamanlarda Ağdam rayon səhiyyəsi ilə bağlı konkret qərar verəcəyi də qeyd edilənlər sırasındadır.
Ağdam səhiyyəsində maliyyə vəsaitlərinin yeyintisinin milyona yaxın məbləğdə olduğu bildirilir. Mənbə cumhuriyyet.az-a bildirir ki, hazırda bu məsələ araşdırılıb sona çatmaq üzrədir. Rayon səhiyyəsində çalışan yüzlərlə şəxsin öz işindən kənarlaşdırılacağı gözlənilir. Çünki rayon səhiyyəsinə qanunsuz olraq, bir nəfər üçün nəzərdə tutulmuş bir ştat yerə 1000-1500 azn rüşvət müqabilində 2-ya 3 nəfər işə götürülüb. Artıq xeyli səhiyyə işçiləri işdən kənarlaşdırılacağı təqdirdə verdiyi pulu geri tələb edəcəyini bildirir. Ağdamdakı mənbə cumhuriyyət. az-a yaxın günlərdə daha dəqiq informasiyanı ötürəcəyini bildirdi. Mövzunu diqqətdə saxlayacayıq.
Elçin İsmayıllı. Cumhuriyyət. az
Short URL: http://www.cumhuriyyet.net/?p=40429