Obyektinə basqın edildiyi deyilən aktyor: “Bizim kassada yeddi manat olmur”

23.11.2015 - 10:40

ejderAkademik Milli Dram Teatrının tanınmış aktyoru, əməkdar artist Əjdər Həmidov mağazasının qarət olunması barədə xəbərə münasibət bildirib.

Aktyor Ölkə.az-ın əməkdaşı ilə söhbətində ona məxsus mağazanın qarət olunmadığını söyləyib:

“Tamamilə yanlış informasiyadır. Əgər belə bir şey olsaydı, deyərdim ki, qarət ediblər. Bir də onu deyim ki, bizim kassada yeddi manat olmur”.

Qeyd edək ki, criminal.az Sabunçu rayonu, Bakıxanov qəsəbəsindəki Uğur-2 kompleksində yerləşən ticarət obyektlərindən oğurluq edilməsi barədə xəbər yaymışdı. Qeyd olunurdu ki, naməlum şəxslər iki mağazanın qapısını sındıraraq içəri daxil olublar. Mağazalardan birindən 700 manat dəyərində ərzaq məhsulları aparıblar.

Qarət olunan digər mağaza isə tanınmış aktyor Əjdər Həmidova məxsusdur. Aktyorun mağazasında kassadan cəmi 7 manat pul aparıblar. Bundan başqa bir neçə mağazanın qapısını qırmağa cəhd ediblər.

Oğurluq edən şəxslər artıq Sabunçu rayon Polis İdarəsinin 13-cü bölməsi tərəfindən saxlanılıblar.

Short URL: http://www.cumhuriyyet.net/?p=40513

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930