Yeltsinin ağlasığmaz hərəkətləri

10.02.2014 - 01:58

Yeltsinin ağlasığmaz hərəkətləriTualet əvəzinə təyyarının arxasına keçən “rus mujiki”nin şok olaylarıYeltsinin ağlasığmaz hərəkətləriTualet əvəzinə təyyarının arxasına keçən “rus mujiki”nin şok olayları

Rusiya Federasiyasının ilk prezidenti Boris Yeltsin xalq arasında populyarlığı ilə yanaşı, həyatındakı qeyri-adi olaylarla da yaddaşlarda iz buraxıb. Hətta dövlət başçısı olduğu dövrdə də prezident statusuna uyğun olmayan ağlasığmaz hərəkətləri ilə insanları təəcübləndirməyi bacarıb. Modern.az saytının məşhur dövlət xadimləri haqqındakı silsilə yazılarından növbətisi Boris Yeltsinə həsr olunub.
Məktəb illərində Yeltsin dərslərindən əla qiymətlər alsa da, dəcəlliyi ilə öz həmyaşıdlarından fərqlənib. İl boyu müəllimlərlə yola getməyən gələcək prezident davranışına görə yeddinci sinifdə oxuyarkən məktəbdən xaric olunub. Sonradan ağıllı olacağına söz verən məktəbli Boris yenidən təhsilini davam etdirib və orta məktəbi bütün fənlər üzrə əla qiymətlərlə bitirib. Uşaqlıqda dəcəlliyinin ucbatından Yeltsin sol əlinin iki barmağını da itirib. Belə ki, həmyaşıdları ilə birgə hərbi anbarın ətrafından tapdıqları qumbara onun əlində partlayıb. Bu səbəbdən də Yeltsin hərbi xidmətə çağrılmayıb. 

1955-ci ildə Ural Politexnik İnstitutunu bitirdikdən sonra Yeltsin bir sıra tikinti idarələrində çalışıb, əmək fəaliyyətində fərqlənən mütəxəssis kimi tanınıb və bunun nəticəsi olaraq cavan yaşlarından partiya işinə keçərək siyasi karyerasına başlayıb. 
 Boris Yeltsin kəskin çıxışları, bəyanatları ilə fərqlənən siyasətçi olub. Məhz bu kəskin çıxışlarına, 1987-ci ilin noyabrında Qorbaçovun siyasətini tənqid etdiyinə görə onu Moskva şəhər Partiya Komitəsinin birinci katibi vəzifəsindən azad ediblər. Bunu haqsızlıq kimi qəbul edən Yeltsin dəftərxana qayçısı ilə özünə qəsd etmək istəyib.  1989-cu ildə yenidən siyasətə qayıdan Yeltsin 1991-ci ildə Rusiya Federasiyasının ilk prezidenti seçilib. 
İlk dəfə Amerika Birləşmiş Ştatlarına səfərə gedərkən özünü saxlaya bilməyən Boris Yeltsin trapdan düşən kimi tualet əvəzinə təyyarənin arxasına keçərək özünü “rahatlayıb”. Təbii ki, onu qarşılamağa gələnlər bunu müşahidə ediblər. Yeltsin isə heç nə olmamış kimi əlini yumadan belə onlarla çox mehribancasına görüşüb.
Ziyafətlərdə Yeltsinin ən çox sevdiyi əyləncələrdən biri qaşıqları stola döycələyərək hansısa mahnının ritmini tutmaq olub.
1992-ci ildə Qırğısıstanda səfərdə olarkən Boris Yeltsin öz sevimli əyləncəsini Qırğızıstan prezidenti Əskər Akayevin başında sınayıb. 
Yeltsin hədsiz dərəcədə spirtli içkilərin aludəçisi olb. Rusiya qoşunlarının Almaniyadan çıxarılması ilə bağlı bu ölkəyə səfəri zamanı Yeltsin o qədər kefli olub ki, hərbi orkestrin qarşısından drijoru kənara itəliyərək öz “maharətini” göstərib. 
1995-ci ildə Amerika Birləşmiş Ştatlarında rəsmi səfərdə olarkən gecədən xeyli keçmiş kefli vəziyyətdə olan Yeltsin alt paltarında onun üçün ayrılmış iqamətgahdan çıxmaq istəyəndə mühafizəçilər prezidentin qarşısını kəsib. Sonradan məlum olub ki, Rusiya prezidenti pitsa almaq üçün çıxıb yolda taksi saxlatdırmaq fikrindəymiş. 
1991-ci ildə Rusiyada prezidentinin Yeni il münasibətilə ənənəvi təbriki baş tutmayıb. Bu missiyanı həyata keçirməyi tanınmış satirik Mixail Zadronova həvalə ediblər. Satirik əvvəlcə məsələnin nə yerdə olduğunu anlamayıb. Ona başa salıblar ki, Yeltsin ciddi məşğuldur. Zadronov gülümsəyərək deyib: 
– Hə, indi anladım, “zapoy…” 
Boris Yeltsin Krasnoyarskda olarkən vilayət rəhbərliyi onun istirahəti üçün Yenisey çayında teploxodla gəzinti təşkil edib. Dövlət başçısının vəziyyətinin “yaxşı” olduğunu görən prezidentin mətbuat katibi Vyaçeslav Kostikov zarafatla Yeltsinə ilişməyə başlayıb. Bundan hiddətlənən Yeltsin mühafizəçisinə əmr edib ki, mətbuat katibini çaya atsınlar. Əmr dərhal icra olunub. 
1992-ci ildə Rusiya hökuməti ilə Moskva hökuməti işçilərinin arasında futbol turniri keçirilib. Yeltsin bu oyunda azarkeş qismində iştirak edib. Oyun başlanandan bir neçə dəqiqə sonra Rusiya hökuməti komandasının qapıçısı zədə alıb və oyunu davam etdirə bilməyib. Qapıçını əvəz etmək problemi yarananda Yeltsinin gözünə vaxtilə SSRİ yığmasının qapıçısı, tanınmış idman şərhçisi Vladimir Masloçenko sataşıb. Yeltsin onun meydançaya çıxmasına göstəriş verəndə Masloçenko etirazını bildirib: 
– Boris Nikolayeviç, axı mən hökumətin strukturunda deyiləm. 
Yeltsinin cavabı məsələyə son qoyub: 
– Vladimir, mən səni bu gündən idman nazirinin müavini təyin edirəm. 
Əlacsız qalan Masloçenko meydançaya çıxıb. Amma sonradan ona təklif olunan vəzifədən imtina edib. 
1994-cü ildə Amerika səfərindən Rusiyaya qayıdarkən Boris Yeltsin içkinin təsirindən bir-neçə saat təyyarədən çıxa bilməyib. Elə bu səbəbdən də İrlandiyanın baş naziri ilə əvvəlcədən planlaşdırılmış görüş vaxtında baş tutmayıb. Rəsmi qonaqlara isə izah olunub ki, mühafizəçilərin günahı ucbatından Yeltsini vaxtında yuxudan oyatmayıblar. 
Boris Yeltsin hədsiz dərəcədə idman həvəskarı olub. Azerkeşlik etdiyi komanda məğlub olanda hətta həkim müdaxiləsinə də ehtiyac yaranıb. Özü isə ən çox voleybol və tennis oyunlarına üstünlük verib. Sol əlində iki barmağının olmamasına baxmayaraq Yeltsin voleybol üzrə idman ustası dərəcəsini alıb. 
1999-cu ilin dekabrın 31-də günorta saatlarında Boris Yeltsin Yeni il münasibətilə rus xalqını təbrik etdikdən sonra prezidentlik müddəti başa çatmadan istefa verdiyini bəyan edib. 

İlham Cəmiloğlu

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=4053

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Sentyabr 2023
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
252627282930