Məmurların yeni səlahiyyət bölgüsü

10.02.2014 - 10:59

Hakimiyyətdə iki qurumu ələ keçirmək uğrunda mübarizə başlayıb

Hakimiyyətdə iki qurumu ələ keçirmək uğrunda mübarizə başlayıb
 
Hakimiyyət daxilində yeni səlahiyyət bölgüsü uğrunda mübarizə başlayıb. Bu barədə redaksiyamıza iqtidardakı mənbə məlumat verib. Mənbənin sözlərinə görə, kənd təsərrüfatı naziri Heydər Əsədov Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ilə Su və Meliorasiya Təsərrüfatını rəhbərlik etdiyi quruma birləşdirilməsinə çalışır. Bu məsələdə ona nəqliyyat naziri olan qudası Ziya Məmmədov və eyni regiondan olduğu Milli Məclisin spikeri Oqtay Əsədov dəstək verir.
Heydər Əsədov hesab edir ki, adıçəkilən hər qurumun funksiyası Kənd Təsərrüfatı Nazirliyinə aiddir. Lakin bu qurumlara başqa göz dikənlər də var. Mənbənin sözlərinə görə, fövqəladə hallar naziri Kəmaləddin Heydərov Su ve Meliorasiya Təsərrüfatının bəzı səlahiyyətlarinin, xüsusilə bəndvurma işlərinin bu qurumdan alınaraq Fövqəladə Hallar Nazirliyinə verilməsini istəyir. “Fövqəlnazir”ə görə bu iş bilavasitə rəhbərlik etdiyi quruma aiddir. Heydər Əsədov Su və Meliorasiya Təsərrüfatını tam ələ keçirmək istəsə də, mənbəmiz ehtimal edir ki, bu baş tutmayacaq. “Kənd Təsərrüfatı Nazirliyinə yalnız şoran torpaqların yuyulması, ümumiyyətlə Su və Meliorasiya Təsərrüfatının birbaşa aqrar sahəyə aid olan səlahiyyətləri verilə bilər. Heydər Əsədov da bunun fərqindədir. Ona görə də Ziya Məmmədov və Oqtay Əsədovun dəstəyinə ehtiyac duyub”, – deyə mənbə bildirib.
Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə gəlincə, bu qurumu ələ keçirmək istəyənlərdən biri də əmlak məsələləri üzrə dövlət komitəsinin sədri Kərəm Həsənovdur. Mənbə deyir ki, Kərəm Həsənov uzun müddətdir ki, buna çalışır. Dövlət Reyester Xidmətinin Əmlak Məsələləri üzrə Dövlət Komitəsinə birləşdirilməsinə nail olan Kərəm Həsənov bu istəyinin də reallaşması üçün dayanmadan iş aparır. “Doğrudur torpaq sahələrinin özəlləşdirilməsi zamanı onsuz da Əmlak Məsələləri üzrə Dövlət Komitəsinə müraciət edilir. Lakin Kərəm Həsənov bununla kifayətlənmək istəmir və torpaq sahələri ilə bağlı bütün prosesi nəzarətinə götürmək istəyir”, – deyə mənbə əlavə edib.
Beləliklə, bu iki qurumla bağlı bir neçə oliqarxın maraqları toqquşur. Kimin qalib gələcəyini isə zaman göstərcək.
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=4055

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Dekabr 2022
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031