Qarabağ erməniləri dünya çempionatına buraxıldı

10.02.2014 - 12:50

AFFA-nın məktubuna rədd cavabı verildi;
Qondarma “Artsax Futbol Federasiyası” legitimləşdirilir

Azərbaycan
Futbol Federasiyaları Assosiasiyası (AFFA) futbol üzrə məsul beynəlxalq
şəxslərə Dağlıq Qarabağdan da komandanın qatılacağı və Futbol Assosiasiyaları
Konfederasiyası (ConİFA) tərəfindən tanınmamış dövlətlər arasında 1-ci dünya
çempionatının keçirilməsinə öz etirazını bildirib, – Azərbaycan mediası xəbər
verir.

Çempionatın
İsveçdə keçirilməsi nəzərdə tutulduğu üçün etiraz məktubları İsveç Futbol
Federasiyasına, həmçinin FİFA-ya göndərilib. Azərbaycanın etiraz məktubuna
cavab olaraq, ConIFA bəyan edib: “AFFA tələb edir ki, Dağlıq Qarabağın bizim
Dünya Futbol Çempionatında iştirakının qarşısını alaq, belə ki, Azərbaycan
Respublikası iddia edir ki, BMT və saysız-hesabsız siyasi birliklərin də
dəstəklədiyi kimi Dağlıq Qarabağ regionu onun bir hissəsidir.

Əslində
ConİFA məhz bunun üçün mövcuddur: tanınmayan bölgələr, insanlar, azlıqlar,
xalqlar və təcrid olunmuş ərazilərə özlərini futbol vasitəsilə göstərməyə şans
vermək. Siyasi vəziyyət, yaxud Dağlıq Qarabağın müstəqilliyi və ya asılılığını
mühakimə etmədən biz bu gün AFFA-ya yazılı şəkildə məlumat verməklə dəvətimizdə
israrlıyıq.

ConIFA
Dünya Futbol Turniri və ümumiyyətlə ConIFA tanınmayanı dünyaya təqdim etmək
üçündür. Bu faktdır ki, Dağlıq Qarabağ bu gün özü özünü idarə edir və xüsusilə,
bizim üçün əsas fakt ondan ibarətdir ki, Artsax Futbol Federasiyası nə
AFFA-nın, nə də FIFA-nın üzvüdür. Bu, o deməkdir ki, Dağlıq Qarabağda futbol
tamamilə dünya ictimaiyyətindən təcrid olunub və Dağlıq Qarabağ oyunçuları və
klublarının nə beynəlxalq oyunlara, nə də beynəlxaql kuboklara düşmək şansı
var.

Düşünürük
ki, yer kürəsinin hər bir diyarından olan insanın öz mədəniyyətlərini təmsil
edərək beynəlxalq səviyyədə futbol oynamağa haqqı çatır! Buna görə AFFA-nın
məktubuna rədd cavabı verməkdən başqa yolumuz qalmamışdır. Dağlıq Qarabağ ilk
dəfə beynəlxalq futbol idarəetmə orqanı olan FIFA-ya daxil olmayan komandaların
arasında keçirilən Dünya Kubokunda iştirak edəcək on iki komandanın sırasında
olacaq. Turnir iyunun ilk həftəsi mərkəzi İsveçdə, Östersundda keçiriləcək”.

İyunun ilk
həftəsi mərkəzi İsveçdə, Östersundda keçiriləcək turnirə həm də Saamlar kimi
tanınan Sapmi xalqı ev sahibliyi edəcək. Bu FIFA-dan kənarda bütün futbol
komandaları üçün qlobal himayədar təşkilat olan ConIFA-nın sayəsində
keçiriləcək. Bütün dünyada beynəlxalq futbol oynamaq üçün beynəlxalq meydanları
olmayan 5500-dən çox etnik qruplar və idman sahəsində təcrid olunmuş yüzlərlə
region var. ConIFA FIFA, Qitələrarası Kubok, Beynəlxalq yarış və Mədəniyyət
Tədbirləri və Gənclərin Mübadiləsi birlik kuboklarından kənar komandalar üçün
rəsmi Dünya Çempionatı təşkil edir.

Təşkilatın
rəsmi veb səhifəsinə əsasən, 12 komandaya aşağıdakılar daxildir: Abxaziya,
Aramin Surioye, Kürdistan, Tamil Eelam, Zənzibar, Darfur Yunayted, Ellan
Vannin, Kvebek, Dağlıq Qarabağ, Padania, Sapmi və Okkitaniya. Yarış iyunun
1-dən 8-ə kimi davam edəcək.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=4059

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Sentyabr 2023
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
252627282930