Azərbaycanda intiharlar son həddədir.
ər il Azərbaycanda müxtəlif yaşlarda 40-60 uşaq intihar edir və daha çox sayda uşaq intihara cəhd edir”.Hər il Azərbaycanda müxtəlif yaşlarda 40-60 uşaq intihar edir və daha çox sayda uşaq intihara cəhd edir”.
O bildirib ki, ötən il intihar edən ən kiçik uşağın 9 yaşı olub. N.Seyidovun sözlərinə görə, intihara cəhdlə bağlı ölkədə doğru statistika yoxdur və toplanılmır. Onun fikrincə, əgər bununla bağlı daha düzgün statistika aparılsa, vəziyyətin daha acınacaqlı olduğu ortaya çıxar:
“Hər il depressiya, həyəcan və digər psixi pozuntulardan minlərlə uşaq və yeniyetmə əziyyət çəkir, o cümlədən minlərlə uşaq cinayət əməlləri, zorakılıq və məişət zorakılığının şahidi olur. Son 2 il ərzində 300-ə yaxın uşaq müxtəlif zorakılıq halları ilə üzləşib. Yalnız Bakı şəhəri üzrə son 2 il ərzində 40-a yaxın uşaq cinsi zorakılıq və istismara məruz qalıb”.
Short URL: http://www.cumhuriyyet.net/?p=4060