Robert Prosineçki: “Hamısı bərbad durumdadı”

23.11.2015 - 14:04

prosinecki“Barselona” matçının əvvəlindən hər şey bəlli idi. Kataloniya təmsilçisi rəqibini aşkar üstələyirdi”. Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki deyib.

Xorvatiyalı mütəxəssis İspaniya çempionatının “Real” – “Barselona” oyunu haqqında fikirlərini açıqlayıb.

Hazırda vətənində olan mütəxəssis futbolçu kimi şərəfini qoruduğu iki nəhəngin “El Klasiko”sunu dəyərləndirib: “Öz qüvvəsinə əmin olan “Barselona” “Real”ı darmadağın etdi. “Real”dakı böhran təsadüfi deyil. Bu komandada oyun da, nəticələr də, münasibətlər hamısı bərbad durumdadı. Futbolçuların ustalıq səviyyəsi də ürəkaçan deyil. Kriştianu Ronaldo əvvəlki oyununu nümayiş etdirmir, Kərim Benzema şəxsi problemlərinə görə futbola köklənə bilmir. Xames Rodriges isə çoxdan faydalılığını itirib. Belə vəziyyətdə “Real” indiki “Barselona” ilə oyuna çıxa bilməz”.

Prosineçkinin fikrincə, problem bütün komandadadı: “Madrid klubu meydanda da çox pis təsir bağışlayırdı. Onlar heç bir komponentdə “Barselona” ilə ayaqlaşa bilmir. Görünür ki, ayrı-ayrı futbolçuların narazılıqları klubdaxili problem də yaradıb. “Barselona” ilə qarşılaşanda isə 11 oyunçunun hamısı ən yaxşı formasında olmalıdı. Amma son görüşdə “Real” təsadüfi komandaya bənzəyirdi”.

Qeyd edək ki, “Real” ev oyununda 0:4 hesabı ilə uduzub.

Short URL: http://www.cumhuriyyet.net/?p=40610

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728