Əsgər əsgəri güllələdi

10.02.2014 - 16:50

Azərbaycanda əsgər yoldaşını güllələdi

 
Ötən gecə Azərbaycan Ordusunun əsgəri hərbçi yoldaşını ehtiyatsızlıq nəticəsində güllələyib. ANS PRESS-in məlumatına görə, Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin əsgəri 20 yaşlı Zamin Malik oğlu Məmmədovun tabeliyindəki avtomat silahdan təhlükəsizlik qaydalarının pozulması nəticəsində atəş açıb. Açılan atəş nəticəsində güllə onun əsgər yoldaşı, 20 yaşlı Elnur Sahib oğlu Əhmədova dəyib. Ayağından güllə yarası alan əsgər hospitala yerləşdirilib. Müdafiə Nazirliyinin mətbuat xidməti ANS PRESS-ə açıqlamasında faktı təsdiqləyib. Ehtiyatsızlıq nəticəsində yaralanan Elnur Əhmədov Tovuz rayonundan həqiqi hərbi xidmətə çağırılıb. Onu vuran əsgər Zamin Məmmədov isə Qubadan çağırılıb.

Short URL: http://www.cumhuriyyet.net/?p=4063

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930