Əliyevin ÜTT açıqlamasına ABŞ-dan reaksiya

10.02.2014 - 21:30

ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar bu gün ADA Universitetində ənənəvi Qlobal Perspektivlər- Mühazirələr Silsiləsi çərçivəsində keçirilən tədbirdə çıxış edib.
O, bir sıra məsələlərlə yanaşı Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzvlüyü mövzusuna da toxunub.
Azərbaycanın təşkilata üzv olması iqtisadi artım üçün əlavə imkanlar yaradacaq. R.Morninqstar bildirib ki, ÜTT-yə üzvlük çox sayda iş yerləri, daha çox ticarət və investisiya deməkdir: “Biz Azərbaycanın təşkilata üzvlüyü məsələsində dəstək oluruq”. ABŞ səfiri onu da bildirib ki, Azərbaycan ÜTT-yə üzv olması üçün vacib addımlar atmalı və iqtisadi islahatlar aparmalıdır.
Ölkə regionlarının iqtisadi inkişafı üzrə bir neçə gün qabaq keçirilmiş konfransda prezident İlham Əliyev də ÜTT-yə daxil olmaq məsələsindən danışmışdı. “Hər bir ölkə öz bazarını qorumalıdır və Azərbaycan da bu yolla gedir. Bizi bu quruma israrla dəvət emələrinə baxmayaraq, hələ ki, ÜTT-yə daxil olmamışıq”, – deyə İ.Əliyev bildirmişdi.
O, Azərbaycanın mövqeyini yerli istehsalçıların müdafiəsi ilə əlaqələndirmişdi: “Biz əvvəlcə öz fermer və şirkətlərimizə şərait yaratmalıyılq. Biz öz bazarımızı keyfiyyətsiz, ucuz xarici əmtəələrin daxil olması üçün başqa cür aça bilmərik, belə olsa yerli istehsal ölər, fermerlər əziyyət çəkər. Azərbaycan ÜTT-nin üzvü olacaq, amma bunun nə vaxt olmasını Azərbaycan özü həll edəcək. Azərbaycan ÜTT-yə kənd təsərrüfatı və sənaye ixrac yönlü olanda daxil olacaq. O zaman baxıb gərərik ki, indi bizi israrla bu quruma çağıranlar onda da çağıracaqlarmı?”.
ÜTT-yə üzvlük Avropa İttifaqı ilə sərbəst ticarət haqqında saziş imzalmağı da nəzərdə tutur.
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=4066

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Sentyabr 2024
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30