VHP Gənclər Təşkilatının rəhbərliyi dəyişdi

Toplantıda ilk olaraq VHP üzvü, gənc fəal Ömər Məmmədovun həbsi ilə bağlı məsələ müzakirə olunub. VHP Gənclər Təşkilatının üzvü Tural Hüseynli Ömər Məmmədovun həbsi, onun müdafiəsi üçün görülən işlər, vəkillərlə qurulan əlaqə və digər məsələlər barədə geniş məlumat verib.
Çıxış edən digər Məclis üzvləri Ö.Məmmədovun həbsini pisləmiş, bunu gənclərə qarşı repressiyaların tərkib hissəsi olduğunu bildirmiş və gəncin dərhal azad olunmasını tələb etmişlər. Gündəlikdə olan növbəti məsələ ilə bağlı. VHP Gənclər Təşkilatının sədri Pünhan İmamlı çıxış edərək ölkədəki mövcud siyasi proseslər, gənclər sektorunda baş verən məsələlər barədə danışıb.
Məclis üzvləri son vaxtlar ölkədə gənclərə qarşı aparılan təzyiq-təqib kampaniyasından və gənclərin sistematik həbslərindən ciddi narahatçılıq keçirdiklərini ifadə edib. Hakimiyyətin müvafiq strukturlarını cəmiyyəti narahat edən və ölkədə süni qarşıdurma yaradan, vətəndaş həmrəyliyini pozan münasibəti tezliklə dəyişdirməyə, qanunsuz addımların qarşısını almağa və həbsdə olan gənclərin dərhal azadlığa buraxılmasını tələb ediblər.
Sonra təşkilati məsələlər müzakirə olunub. Məclisə boş qalan 4, NTQ-ya isə 1 yerə seçkilər keçirilib. Məclis, Tural Hüseynlini sədrin birinci müavini, Günay Əsgərlini isə katib seçdi. Həmçinin Gənclər Təşkilatının sədri Pünhan İmamlının təqdimatı ilə Namiq Əhməd təşkilati məsələlər üzrə müavin, Ağəli Ağəliyev siyasi məsələlər üzrə müavin, Zeynəb Rza beynəlxalq əlaqələr üzrə müavin, Nicat Kamal mətbuatla iş üzrə müavin, Vüsal Namiqoğlu ideoloji məsələlər üzrə müavin, Röyalə Məmmədova üzvlərlə iş üzrə müavin təsdiq edildilər.
Həmçinin, Nəzarət-Təftiş Qrupunun iclasında Pərviz Həsənov sədr seçilib.
Short URL: http://www.cumhuriyyet.net/?p=4073