Cəmil Həsənli Əliyevi ifşa etdi

11.02.2014 - 00:33

 Rəzalət ölkəni aşağılayıb onun xalqından və beynəlxalq ictimaiyyətdən gizlin tələm-tələsik ailə inaqurasiyası keçirməkdir

 
Bunu facebook səyfəsində Cəmil Həsənli demişdir. Həmin mətni təqdim edirik:
2013-cü ilin prezident seçkilərində rəzil olan müxalifət yox, İlham Əliyevin bilavasitə özü idi. Seçki sənədlərində gəlirləri və mülkiyyəti haqqında bəyannaməni Azərbaycan xalqından gizli saxlayan müxalifət yox, bilavasitə İlham Əliyev idi. Ən böyük rəzalət Azərbaycandakı seçkilərin seçki günündən bir gün əvvəl aşkarlanması və dünyanın satirik proqramlarının gündəminə düşməsi, ölkənin beynəlxalq aləmdə rüsvay edilməsi idi. 
 Bütün bu rüsvayçılıqlardan sonra ayrı yerlərdə rəzalət axtarmağın özü rəzillikdir. Ölkəni aşağılayıb onun xalqından və beynəlxalq ictimaiyyətdən gizlin tələm-tələsik ailə inaqurasiyası keçirmək idi rəzalət. Ötən prezident seçkilərində İlham Əliyevin xalq arasında heç bir dəstəyinin olmadığını bütün millət, bütün dünya gördü. 2013-cü il seçkiləri İlham Əliyevin seçki saxtakarlığının rəzalət zirvəsi idi.

Short URL: http://www.cumhuriyyet.net/?p=4074

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Yanvar 2025
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031