Sovetskidə söküntü üsyanı

11.02.2014 - 02:56

“Bura bizim şəxsi mülkümüzdür. Hər
şeyi bizimlə razılaşdırmalıdırlar. Təklif olunan 1500 manata razı deyilik. Biz
bu pula evimizdən çıxmayacağıq…



Biz “Sovetski”dən çıxmayacağıq…
Sökülən evlərimizin yerində çadır qurub yaşayacağıq…



Mən şəhərin mərkəzindən hara
gedəcəyəm? Mərkəzdə evimin sahəsi qədər ev versin, gedək…

İndi keçmiş “Sovetski” adlanan məhəllənin sakinlərindən kimi
danışdırsan, evlərinin söküləcəyindən, onlara verilən kompensasiyanın azlığından
gileylənəcək. Hamısı da təklif olunan qiymətə ev ala bilməyəcəyindən
rahatsızdır, küçədə qalacaqlarını düşününcə çox üzülürlər: “Gəlib evimizin
siyahısını tutublar. Evimin içi 15, ümumi sahə 32 kvadratmetrdir. Əslində,
həyətimlə bir yerdə 47.9 kvadratmetrdir. Həyətimi yazır, nə də divar diblərini
– 80 sm-dir – onu hesablamır. Mən 15 kvadrata neyləyə bilərəm? Mənə bir otağın
pulunu verir, 45 min manat pul eləyir. Mən o 45 min manatla gedib harada ev alacağam? Birotaqlı evlər
mikrorayonda 65-70 min manatdır”.

Qonşularını
başına yığan Tahirə Rzayeva da elə qonşularının problemlərindən danışır:
“Ata-babalarımızdan bəri burda yaşayırıq. Heç özümü demirəm, qonşularımı deyim
– bax, bu Gülbadam xanım hansı pulla gedib şəhərin mərkəzində bu şəraiti
quracaq? Ya da bu Əliheydərin evidir, niyə həyətlərini ölçmürlər? Axı biz
analoqu olmayan bir ölkədə yaşayırıq. Analoqu olmayan ölkədə xalqı bu günə
qoymaq olar?”.

“Hüquqi
Dövlət” Araşdırmalar Mərkəzinin rəhbəri Müzəffər Baxışov deyir ki, Bakıda daha
əvvəl evləri sökülənlər kimi bu məhəllənin sakinlərinin də mülkiyyət hüququ
kobud şəkildə pozulur. Hüquqşünasın fikrincə, ya gərək sakinlərə həmin əraziyə
uyğun qiymətlərə görə pul ödənsin, ya da sökülən evlərinin yerində tikilən
binalarda ev verilsin:  “Oradakı sakinlər
kommersiya şirkətləri, ya da dövlət tərəfindən razı salınandan sonra köçürülə
bilər.
Onlarla müqavilə də bağlana
bilər ki, sizin ərazilərdə çoxmərtəbəli evlər tikiləcək və orada sizə
mülkiyyətinizdə olan mənzil normasına uyğun mənzil veriləcək. Köçürülmə dövründə
də onların kirayədə yaşamaq haqqını həmin o köçürən təşkilat ödəməlidir.
Konkret dövlət tərəfindən şərt qoyub 1500 manat vermək, camaatın evini uçurtmaq
qanunsuz bir hərəkətdir və insanların mülkiyyət hüquqlarına müdaxilədir”.


Bakı şəhər, nə də Yasamal rayon icra hakimiyyətlərindən məsələyə aydınlıq
gətirən tapıldı. Ərazinin də daxil olduğu Yasamal rayon icra hakimiyyətinin
Köçürülmə Komissiyasından da dedilər ki, bu işlərlə məşğul olan şəxslər
ərazilərdədir, ona görə heç kim məlumat verə bilməz. Dövlət Şəhərsalma və
Arxitektura Komitəsinin şöbə müdiri Cahangir Qocayevin sözlərinə görə,
köçürülən ərazilərin yerində, əsasən, yaşıllıq salınması nəzərdə tutulur. Ancaq
bu uzun proses olduğundan xeyli vaxt tələb edir: “Əsasən, yaşayış üçün münasib
olmayan ərazilərin abadlaşdırılması zamanı həyata keçirilən söküntüdən sonra
ərazi yaşıllıq üçün istifadə olunacaq. Bunun da kökündə o dayanır ki, şəhərdə,
bütövlükdə Abşeronda, o cümlədən şəhərin mərkəzi hissəsində yaşıllıq normadan
xeyli azdır. Yaşıllığın təxminən 3 dəfə artırılması nəzərdə tutulur. Cənab
prezident Bakı şəhərində konfrans keçirəndə bildirmişdi ki, ictimai mərkəzlərin
yaradılmalı, yaşıllıq çoxaldılmalı, avtodayanacaqlar üçün yeni yerlər
tapılmalıdır.

Bütün
bunlar müfəssəl planda nəzərdə tutulub”. Bir çox iqtisadçının fikrincə, keçmiş
sovet məhəlləsindən 10 minə yaxın ailənin köçürülməsi planı əmlak bazarında
daha bir qiymət püskürtüsü doğuracaq.

İqtisadçı
ekspert Vüqar Bayramov bildirir ki, evlərin köçürülməsi fonunda yalnız nağd
kompensasiyaların ödənilməsi “yeni evsizlərin” mənzil axtarmasına səbəb olacaq.
Bu da 10 min alıcı deməkdir. Qısa zamanda əmlak bazarına minlərlə alıcının
daxil olması birmənalı şəkildə tələbin yüksəlməsinə və nəticədə qiymət artımına
gətirib çıxaracaq.(azadliq.org)


 

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=4080

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Noyabr 2022
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930