Türkiyə səfirinin telefonu müsadirə olundu
Milli Məclisdə Türkiyə səfirinin də üst-başını axtardılar.
Publika.Az-ın məlumatına görə, Türkiyə səfiri bunu təəccüblə qarşılayıb və səbəbini soruşub. Milli Məclisin mühafizə xidməti əməkdaşları isə bunu parlamentə “smartfon” və “android” tipli telefonların buraxılmasının qadağan edilməsi ilə izah edib. Daha sonra səfir İ.A.Coşqun mobil telefonunu Milli Məclisin əsas girişində mühafizə xidməti əməkdaşına təqdim edib.
Qeyd edək ki, bu, Milli Məclisdə xarici diplomatın üstünün axtarılmasına dair ilk belə hadisədir.
Short URL: http://www.cumhuriyyet.net/?p=4083