Benzin yenə bahalaşa bilər

11.02.2014 - 15:02

Heydər Əliyev adına Neft Emalı Zavodu benzinə olan tələbatı ödəyə bilmir.

 
Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev ölkədə Aİ-98 və Aİ-95 markalı benzinin azad satışının həyata keçirilməsi və ölkə ərazisində ancaq Aİ-92 markalı benzinin istehsal olunması təklifi ilə hökumət qarşısında çıxış edib. O bildirib ki, hazırda bu təklif nəzərdən keçirilir.
Rövnəq Abdullayev təklifi belə əsaslandırıb ki, artıq Heydər Əliyev adına Neft Emalı Zavodu benzinə olan tələbatı ödəyə bilmir. “Media forum” saytına aşıqlama verən iqtisadçı ekspert Samir Əliyev burda təhlükəli məqamın olduğunu deyib: “Rövnəq Abdullayevin açıqlaması avtomobil kreditlərinin dayandırılmasının benzin istehlakı ilə bağlı olduğu barədə fikrimizi bir daha sübuta yetirdi. Təhlükə isə ondan ibarətdir ki, Aİ-95 markalı benzinin idxalı onun bahalaşmasına gətirib çıxara bilər. Çünki Tarif Şurası, bildiyiniz kimi, Azərbaycanda istehsal olunan yanacağın qiymətini tənzimləyir. Aİ-95 markalı benzin isə idxal olunarsa, deməli, Tarif Şurası onun qiymətini tənzimləməyəcək. Necə ki, Aİ-98 markalı benzinin qiymətini tənzimləmir. Rövnəq Abdullayevin təklifi qəbul edilərsə, Aİ-95 markalı benzinin bahalaşması üçün hökumətin əlində əsas olacaq”.

Short URL: http://www.cumhuriyyet.net/?p=4090

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2025
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031