Tale Heydərovun başı dərddə
İngiltərə mətbuatı Kəmaləddin Heydərovun oğlunun “qara işlərini” üzə çıxarıb

Keçən həftə Londonda Ədalət Nazirliyinə “Avropa-Azərbaycan Cəmiyyəti”lə bağlı təqdim edilən sübuta görə, bu şübhəli lobbi qrupu parlament üzvlərinin bu neftlə zəngin olan keçmiş sovet respublikasını vəsf etməsi üçün müxtəlif təəccüblü yollardan istifadə edir. Hələ 4 il əvvəl Tribunala bəlli olub ki, “Avropa-Azərbaycan Cəmiyyəti” Azərbaycanda pop musiqisinə qayğı göstərməklə, bu məqsədlərini həyata keçirmək istəyir. Amma bunun üçün özlərinə bir mükəmməl ex-reggae ulduzu tapıblar ki, bu da axırıncı hiti 1984-cü ildə ortalıqda olan Smiley Cultureni seçiblər.
2010-cu il 9 aprel tarixli müqaviləsinə əsasən, o, Dizzee Rascal, Wyclef Jean, Lady Gaga və ya top 10-luqda olan hər hansı başqa birisinin Azərbaycana gətirilməsinə söz verib. Ledy Gaganın Azərbaycanla bağlı bir tədbirdə çıxış etməsi qeyri-mümkündür, Amma “Avropa-Azərbaycan Cəmiyyəti”nin sədri LSE (London School of Economics) məzunu və həm də Azərbaycan hakimiyyətindəki güclü imtiyazlı şəxslərdən birinin oğlu olan Taleh Heydərov bu ideyanı bəyəndi. Bu ideyanı reallaşdırması üçün o, öncədən ödəniş şərti əsasında Smileyə 1 milyon funt sterlinq söz verdi. Amma pul ödənilməmişdən əvvəl London polisi haradansa peyda olaraq, Smiley Cultureni narkotik istifadəsinə görə həbsə atdı və ideya baş tutmadı.
2011-ci ildə Smiley ile bağlı planları tamam unutmaq lazım gəldi. Çünki Smiley Culture həbsdə olarkən özünü öldürdü. Amma bu intihar müstəntiqin araşdırma həvəsini öldürmədi. Həmin ilin dekabrında “Avropa-Azərbaycan Cəmiyyəti”nin işçilərindən Wayne Green, yəni Smiley Culture ilə olan müqaviləyə vasitəçilik etmiş şəxs saxta işlərlə məşğul olma şübhəsilə həbs olundu. Təbii, bundan dərhal sonra Green “Avropa-Azərbaycan Cəmiyyəti”ndən uzaqlaşdırıldı. Cəmiyyət də öz növbəsində ona qarşı intizam istintaqına başladığını bildirdi.
Greenin şəxsi poçt ünvanlarına nəzər salan “Avropa-Azərbaycan Cəmiyyəti” maraqlı bir məktublaşma üzə çıxartdı. Elə bu məktublar da onun işdən çıxarılmasının əsas səbəbi kimi göstərilirdi. Bu məktubların arasında onun bir amerikalı aşpazla sövdələşmələri vardı. Amerikalı aşpaz… kürü istəyirdi və əvəzində Greenə qalacaq məbləğ müzakirə olunurdu. Green məsələsi məhkəməyə çıxanda orada da kürü söhbəti davam etməyə başladı. Green məhkəməyə bildirdi ki, “Avropa-Azərbaycan Cəmiyyəti”nin Idarə Heyəti bir qayda olaraq, Azərbaycanda məşhur olan bu kürünün satışı ilə bağlı məsələləri müzakirə edirdi. Həm də 2009-cu ildə Xəzər dənizində Beynəlxalq Təbiəti Qoruma Qaydalarına baxmayaraq, bu qaydaların ziddinə olacaq bir həcmdə müzakirə edirdilər. (Insafən, tribunal bu son bildirişi bir qədər uğursuz hesab etmişdi).
Hakim Cəmiyyətin indiki və sabiq işçilərindən Heydərovun soyadını ən müxtəlif variantlarda eşitməli olmuşdu. Haddriyev, Hedriyev, Hadraov və s.. Qısacası, “Avropa-Azərbaycan Cəmiyyəti” 1 milyonluq, amma nəticəsi bəlli olmayan bir müqavilə imzalayıb. Lakin ticarət predmeti olan kürü mövcud deyil, üstəlik, Cəmiyyət işçiləri də Heydərovun soyadını düz-əməlli tələffüz edə bilmirlər. Amma o da maraqlıdır ki, Cəmiyyət bir neçə parlament üzvünə qonaqpərvərlik göstərmək üçün yollar tapır. Tribunala bəlli olduğuna görə, hətta Cəmiyyəti yaşatmaq üçün onun bəzi üzvlərinə də “görüm-baxım” etməyə çalışırlar.
Goran Lindbad (Isveç MEP-inin sabiq üzvü, “Avropa-Azərbaycan Cəmiyyəti”nin Brüsseldəki keçmiş əməkdaşı) tribunala Cəmiyyətin real pul mənbələrinin sübutlarını verəcəkdi, lakin “Skype”ın günahından alınmadı. “Skype” əlaqəsi baş tutmadı. Lord Gnomenin internet və “Skype”la bağlı heç bir problemi olmasa da, Lindbaldın gizli məlumatları verəcəyinə görə çox sevinirdi: “Bankdan aldığım sənəddə göstərilirdi ki, mənə ödənilən pullar Marşall adalarından keçərək, bu banka daxil olmuşdur. Lakin Marşall adalarından öncəki mənbə bəlli deyil. Mən onlara demişdim ki, Marşall söhbəti eləməsinlər, yoxsa insanlar bu pulların mənbəyilə maraqlanmağa başlayacaqlar”.
O, israrla bildirirdi ki, “Avropa-Azərbaycan Cəmiyyəti”nin Britaniyadan Isveçə ödəməni nəyə görə Marşall adaları, Sakit okeanın, hətta vergi tutmayan bölgələri və Estoniya üzərindən həyata keçirdiyinin sirləri ona bəlli deyil. Yəqin ki, bu barədə Britaniya vergi orqanları araşdırma aparacaqlar. “Avropa-Azərbaycan Cəmiyyəti” parlamentdəki partiyaları şübhəli xidmətlə təmin edir, əgər belə deyilsə də, bu Cəmiyyət başqa bir dövlət tərəfindən maliyyələşdirilirsə belə, parlament rəsmiləri bu mövzu ilə maraqlanmağa başlayacaqlar.(azadliq.info)
Short URL: http://www.cumhuriyyet.net/?p=4092