İran səfiri Azərbaycanı təhdid etdi

11.02.2014 - 16:34

“Azərbaycanın tarixi iddiaları onun suverenliyini sual altına qoya bilər”.

“Azərbaycanın tarixi iddiaları onun suverenliyini sual altına qoya bilər”.
 
Bu açıqlama ilə İranın Ermənistandakı səfiri Məhəmməd Rəisi çıxış edib.

O, Azərbaycan dövlət adamlarını öz çıxışlarında diqqətli olmağa çağırıb: “Azərbaycan dövlət adamları bu kimi (Güney Azərbaycan. – red.) tarixi iddialarla çıxış edəndə çox şeyi nəzərə almalıdırlar. Onlar bilməlidirlər ki, əgər tarixi iddialar tələb olunsa, Azərbaycanla bərabər bir çox ölkələrin suverenliyi sual altında qalacaq”.
M.Rəisi həmçinin yaxın zamanlarda İran prezidentinin Ermənistana rəsmi səfər edəcəyini bildirib.
Qeyd edək ki, Məhəmməd Rəisi keçən ilin dekabrında etdiyi çıxışda Ermənistanı İranın dostu olduğunu bildirmiş və ölkə qazını rəsmi İrəvana 100 dollara satmağa hazır olduqlarını bəyan etmişdi.

Short URL: http://www.cumhuriyyet.net/?p=4102

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930