Kriminal aləmdə yeni müharibə başladı

11.02.2014 - 16:37

Lənkəranskinin “vorzakon”u güllələməsi qalmaqal yaradıb
Tanınmış azərbaycanlı “qanuni oğru” Rövşən Lənkəranski bu yaxınlarda öldürülən digər kriminal avtoritet İlqar Çıldırlının qətlində şübhəli bilinir. Hüquq mühafizə orqanlarından olan mənbənin sözlərinə görə, Bryülovdakı son hadisələrdən sonra “Pokrov” bazarından köçmək məcburiyyətində qalan kriminal dairələr Moskvanın digər rayonuna- Kunçevoya köç edirlər. Elə bu yerləşmə də ilk “sifarişli” qətlə -avtoritet İlqar Çıldırlının güllələnməsinə gətirib çıxarır.
Mənbənin sözlərinə görə, Kunçevo bazarına köç edənlər arasında göyərti satışı ilə məşğul olan və artıq Brülovda olarkən 2009-2012-ci illərdə bu sahədə “icazə haqqı” qazanan Rövşən Canıyevin də adamları olur. 2013-cü ildə bu sahə üzrə monopoliya hüququ digər avtoritet Merab Canqveladzenin əlinə keçsə də, bu, uzun sürmür. Belə ki, Bryülov hadisələri, Merabın Avropada həbsi yenidən bu sahədə nəzarəti yenidən Lənkəranskiyə qaytarır. Çıldırlının isə yeni bazarda çalışan azərbaycanlılar, eləcə də kriminal dairələr arasında böyük nüfuzu olub. Onun “tacqoyma” mərasimi ərəfəsində öldürülməsi də buna əsas verir.
Lakin yeni bazarda onun maraqları İlqar Çıldırlı ilə üst-üstə düşür. Mənbə bildirir ki, bu, Lənkəranskinini qane etmirdi. Və bu hadisələrin fonunda fevarlın 5-də Çıldırlı öz avtomobilində öldürülür.

Short URL: http://www.cumhuriyyet.net/?p=4103

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930