Korrupsiya idarəsinin ikinci şəxsinə şok ittihamlar
“Əli Nağıyev
mənim də 50 milyon qiyməti olan mülkümü saxta sənədlərlə mənimsəyib”
“Əli Nağıyevin
prezidentə, hakimiyyətə etdiyi xəyanət və İranla məxfi əlaqəsi haqda əlimdə
məlumatlar var”
“Əli Nağıyev
mənim də 50 milyon qiyməti olan mülkümü saxta sənədlərlə mənimsəyib”
“Əli Nağıyevin
prezidentə, hakimiyyətə etdiyi xəyanət və İranla məxfi əlaqəsi haqda əlimdə
məlumatlar var”
Ağalarov Mirzə Əli oğlu ölkə rəhbərinə müraciət
edib. Respublika Prokurorluğu yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin
rəis müavini Əli Nağıyevdən şikayətçi olan vətəndaş ölümlə təhdid olunduğunu bildirir.
Mütaciətini həm də video lentə köçürən M.Ağalarov Ə.Nağıyevin prezidentə,
hakimiyyətə etdiyi xəyanət və İranla məxfi əlaqəsi haqda məlumatlı olduğunu
bildirir.
Vətəndaş deyir: “Əli Nağıyevin qardaşı Məhəmməd
mənə zəng edib dedi ki, sənin teleqramını qoymayacam getsin, səni də məhv
edəcəm. Əli Nağıyev ölkədə heç kimdən qorxmur deyə, yalnız sizə demək
istəyirəm. Cənab prezident, Əli Nağıyev mənim də 50 milyon qiyməti olan mülkümü
saxta sənədlərlə mənimsəyib. 1992-ci ildəki Bakı Şəhər İcra Hakimiyyətindən
sərəncamım, 1996-cı ildə isə mənim adıma texpasport olduğu haqda, köhnə tarixlə
saxta sənədlə mənimsəyib. Bu barədə Baş Prokurora dəfələrlə müraciət etmişəm,
xeyri olmayıb. Cənab prezident, dəfələrlə çıxışınızda demisiz ki, mülkünü
alırsızsa, onun hamısını ödəyin. Sizdən xahiş edirəm Əli Nağıyevi həm sizə, həm
hakimiyyətə, həm də başqasının mülkünü saxta sənədlə mənimsədiyinə görə şəxsən
özünüz cəzalandırasınız ki, başqa məmurlara da dərs olsun. Cənab prezident,
əgər siz də məni qəbul etməsəz, onsuz da Əli Nağıyev məni aradan götürmək
istəyir, artıq heç bir şansım qalmayıb”.
Short URL: http://www.cumhuriyyet.net/?p=4104