İlham Əliyev xalq artistini bağışladı
Moldova Respublikasının xalq artisti Konstantin Moskoviçin adı Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) tərəfindən tərtib olunmuş “arzuolunmaz şəxslər” siyahısından çıxarılıb.Moldova Respublikasının xalq artisti Konstantin Moskoviçin adı Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) tərəfindən tərtib olunmuş “arzuolunmaz şəxslər” siyahısından çıxarılıb.
Xatırladaq ki, Azərbaycan XİN-in saytında yerləşdirilmiş “arzuolunmaz şəxslər” siyahısında ilkin olaraq 331 nəfərin adı olub. Onlardan bir neçə nəfər – Rusiya Dövlət Dumasının deputatı Aleksey Mitrofanov, Türkiyənin tanınmış jurnalistlərindən Nagəhan Alçı, “Amerikanın səsi” radiosu Moskva bürosunun rəhbəri Ceyms Bruk, italiyalı müğənni Al Bano, Con Hopkins Universitetinin tələbələri İvan Benoviç və Nikolas Vondra adlarının bu siyahıdan çıxarılması xahişi ilə Azərbaycan Respublikasının rəhbərliyinə yazılı şəkildə müraciət ediblər və müraciətləri müsbət cavablandırılıb.
Short URL: http://www.cumhuriyyet.net/?p=4109