Azərbaycanlılara hörmətsizlik edən iki xarici şirkət məhkəməyə verildi

11.02.2014 - 19:53
Azərbaycanlılara hörmətsizlik edən iki xarici şirkət məhkəməyə verildi 
“Azərbaycanda fəaliyyət göstərən “SOCAR CAPE” və “İntertek-Azeri” xarici şirkətləri məhkəməyə verildi”.
 

 
Azərbaycanlılara hörmətsizlik edən iki xarici şirkət məhkəməyə verildiAzərbaycanda fəaliyyət göstərən “SOCAR CAPE” və “İntertek-Azeri” xarici şirkətləri məhkəməyə verildi”.
  

Bu məlumatı virtualaz.org saytına vəkil Azər Quliyev verib.

A.Quliyev dedi ki, hər iki şirkət tabeliyində çalışan azərbaycanlı işçiləri qanunsuz olaraq işdən çıxarıb: “Artıq Səbayel Rayon Məhkəməsində “İntertek-Azeri” şirkəti ilə bağlı iddiaya baxılıb. Məhkəmə işçilərin bərpası haqqında qərar verdi”.

Vəkil qeyd etdi ki, bu şirkət neft layihələrində iştirak edir: “Şirkətin rəhbərliyi haqqında bütün məlumatlar gizli saxlanılır. “İntertek-Azeri” şirkətində də yerli işçilərlə əcnəbi fəhlələr arasında fərq qoyulur. Əcnəbi fəhlə azəribaycanlı mühəndisdən çox əməkhaqqı alır”.

Vəkil vurğuladı ki, “SOCAR CAPE” qanunsuz işdən çıxarılmalarla yanaşı əlavə iş saatlarını ödəməməkdə də ittiham edilir: “Bu şirkətdən şikayətçi olanlar da məhkəmədə iddia qaldırıb”.

Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlı virtualaz.org saytına bildirib ki, “SOCAR CAPE” şirkəti azərbaycanlı işçiləri ingilis dilini bilmədiyi üçün aşağılayıb işdən çıxarır: “Əmək Məcəlləsində göstərilir ki, əmək münasibətlərində vətəndaşlığına, irqinə, dininə, milliyyətinə, dilinə, yaşayış yeri ilə bağlı olmayan digər amillərə görə işçilər arasında ayrı-seçkiliyə yol verilməməlidir. Amma bu şirkətlərdə yerli işçilərdən ingilis dilini bilmək tələb edilir, əməkhaqları xarici vətəndaşlardan bir neçə dəfə aşağıdır. “Əmək miqrasiyası haqqında” qanunun 4-cü maddəsində göstərilir ki, əcnəbilərin haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaları üçün iş yerinin tələblərinə cavab verən peşə hazırlığına və ixtisasa malik Azərbaycan vətəndaşının iddia etmədiyi boş iş yerləri mövcud olmalıdır. Amma “SOCAR CAPE”də yerli işçilərin iddia etdiyi iş yerlərində xarici işçilər işləyirlər”.

Xatırladaq ki, “SOCAR CAPE”də şikayət ərizəsi yoxlanarkən məlum olmuşdu ki, orada çalışan 62 xaricidən yalnız 2-nin işçi kimi ölkədə çalışmaq icazəsi var.

M.Qəhrəmanlı hazırda azərbaycanlı mütəxəssislər olduğu halda xaricdən işçi gətirən xarici şirkətlərlə bağlı araşdırmalara başlayıb.

Virtualaz.org

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=4112

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Noyabr 2022
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930