AFFA Cahangir Hacıyevə görə UEFA-dan ayrılan pulu “İnter”ə verə bilmir

25.11.2015 - 16:03

cahangir36 gün əvvəl “AFFA Cahangir Hacıyevin klubuna 530 min avro verməlidir!” başlıqlı yazı saytımızda işıqlandırılmışdı.

İlk dəfə Qaynar.info UEFA-nın “İnter” üçün ayırdığı 630 min avronun (AFFA-ya olan borclar çıxılmaqla – red.) klubun hesabına köçürülümədiyini ictimaiyyətin nəzərinə çatdırmışdı. Bundan sonra başqa mətbu orqanlarında da bu məsələyə yer ayrıldı.

Bu yazı işıqlandırıldıqdan bir qədər sonra “İnter”in mühasibi Elmar Qafarovla əlaqə saxlamışdıq. Onun cavabı belə olmuşdu: “Bu məsələni Azərbaycan Beynəlxalq Bankı və AFFA öz aralarında razılaşdırıblar. Bank deyən kimi pulu keçirəcəklər. Bu, texniki işdir”. Qafarov onu da bildirmişdi ki, AFFA-nın İslandiyaya çarter reysi üçün xərclədiyi məbləğ 100 mindən bir qədər çoxdur və bu pul ilin sonunadək bankın hesabına köçürüləcək.

Əldə etdiyimiz son məlumat da bu pulun köçürülməsinin gecikməsində AFFA və ya baş katib Elxan Məmmədovla heç bir əlaqəsinin olmadığını ortaya çıxarır. Doğrudan da, gecikmənin səbəbi Beynəlxalq Bankda gedən “texniki iş”lərlə bağlıdır. Bildiyiniz kimi, Beynəlxalq Bankın İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev hazırda DİN-in Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən sorğu-sual olunur. Beynəlxalq Bankdan çıxarılan pulların kredit adı ilə qanunsuz şəkildə başqalarına verməkdə suçlanan Hacıyevə görə bu qurumun hesabları ciddi nəzarət altındadır. Ona görə də Beynəlxalq Bank AFFA-ya kluba çatacaq pulu hələ köçürməməyi tapşırıb. Böyük ehtimalla, Beynəlxalq Bankda aparılan araşdırmalar gələn ay yekunlaşacaq və dekabrda həmin pullar “İnter”in hesabına köçürüləcək.

Short URL: http://www.cumhuriyyet.net/?p=41121

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31