Türkiyə ordusu döyüş hazırlığı vəziyyətinə gətirildi

26.11.2015 - 00:00

rrTürkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı Suriya ilə sərhəddə uçuşlar həyata keçirən hərbi təyyarələrin sayını artırıb. Türkiyə mətbuatının verdiyi məlumata görə, bundan sonra Suriya sərhədində Türkiyə Hava Qüvvələrinə məxsus 18 ədəd “F16” hərbi təyyarəsi uçuşlar həyata keçirəcək.

Baş Qərargah bütün quru və hava qoşun birliklərinə hazırlıq əmri də verib. “CNN Türk”ün məlumatına görə, bütün qoşun növlərində hazırlıq ən yüksək səviyyəyə çatdırılıb. Qeyd edək ki, Rusiya rəhbərliyi “Su-24” hərbi təyyarəsinin vurulmasından sonra Suriyadakı hərbi bazasına “S-400” zenit-raket kompleksi göndərməyi qərara alıb.

Short URL: http://www.cumhuriyyet.net/?p=41166

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31