Həbs olunan kollec direktoru haqda şok məlumatlar

12.02.2014 - 00:00

Sahib
Hüseynovun adı ilginc olaylarda hallandırılır

 
Ağcabədi Pedaqoji Kollecində rüşvətxorluq halı aşkarlanıb və bu fakt əsasında həbs həyata keçirilib. ANS TV-nin verdiyi xəbərə görə, Ağcabədi Pedaqoji Kollecinin direktoru əvəzedicisi Sahib Hüseynov həbs edilərək əmlakı müsadirə olunub. Onun adı rüşvətxorluqda hallanıb. Həmçinin kollecin tələbələri də bir neçə dəfə mətbuata imtahanlarda onlardan pul tələb edilməsi haqqında məlumat vermişdilər. Qeyd edək ki, Sahib Hüseynov 08.10.2013-cü ildə kollecə direktor əvəzedicisi vəzifəsinə təyin olunmuşdu. 

Həbs olunan kollec direktoru haqda cumhuriyyet.az-a ilginc məlumatlar daxil olub. Ağcabədi
Pedoqoji Kollecinin direktor əvəzi Sahib Hüseynov özünün kriminal keçmişi ilə tanınır.
Belə ki, Sahib Hüseynovun kriminal tarixçəsində qanunsız qızıl alveri,
qaçaqmalçılıq,  hətta insan alveri belə
var. Bu
barədə  cumhuriyyet.az-a  daxil olan məlumatda bildirilir ki, Ağcabədi
Pedoqoji Kollecinin direktor əvəzi Sahib Hüseynov iki dəfə həbsdə olub.
Birinci
dəfə 1993-cü ildə qızıl qaçaqmalçılığı ilə məşğul olduğuna görə o zamankı
daxili işlər naziri İsgəndər Həmidov tərəfindən Nəvai postunda saxlanılmış və
keçmiş nazir tərəfindən ayağından silahla vurularaq həbs edilib. İkinci dəfə
isə Sahib Hüseynov 1999-cu ildə Tacikistanın Düşənbə şəhərində yenə də qızıl və
palladium qaçaqmalçılığı ilə məşğul olduğuna Tacikistan hüquq-mühafizə
orqanları tərəfindən həbs olunub.

Həbsdən azad olduqdan sonra Azərbaycana dönən Sahib Hüseynov
saxta müəllim diplomu  əldə edib və bu
diplomu almaqda ona mərhum qardaşı, Ağcabədi Pedoqoji Kollecinin sabiq
direktoru  Vaqif Hüseynov yardımçı olub.
İddiaya əsasən bundan sonra Ağcabədi Pedoqoji Kollecinin indiki direktor  əvəzi qadın alveri ilə məşğul olub.
Bununla bağlı cumhuriyyet.az-a danışan mənbənin sözlərinə görə o, İrandan Azərbaycana gələn biznesmen iranlılara qadınlar
təşkil edib və Bakı şəhərində müxtəlif otellərdə onlara şərait yaradıb. Lakin
bu işdə də yanıb və həbs olunmaqdan canını zorla qurtarıb.

2007-ci ildən sonra isə “pedaqoq” Sahib Hüsyenov qardaşının
direktor olduğu Ağcabədi Pedaqoji Kollecinə sığınaraq burda qardaşının sağ
əlinə çevrilib. O, qardaşının himayəsində metodist kimi fəaliyyət göstərib.
Tezliklə Sahib Hüseynov kollecin bütün qara işlərini öz üzərinə götürüb. Qiyabi
şöbəni tam olaraq nəzarətə götürən Sahib Hüseynov burda tam özünə uyğun
qanunlar tətbiq edib. Belə  ki, məlumatda
göstərilir ki, Sahib Hüseynov qiyabi şöbənin bütün tələbələrinə aylıq qiymət
qoyub. Bundan sonra isə heç bir qiyabi şöbə tələbəsi özünə əziyyət verib nə
imtahana, nə də semestrə gəlməyib.

2005-ci ildə Ağcabədi Pedoqoji Texnikumu burada  baş verən dələduzluq hallarına görə, istər
KİV-də, istərsədə Ağcabədi hüquq-mühafizə orqanlarına olunan şikayətlərə görə
böyük ictimai müzakirələrə səbəb olmuşdu. Elə onun üçün də   bu təhsil müəssəsində  rəhmətlik Vaqif  Hüseynovun rəhbərliyi altında Ağcabədi
Pedaqoji Kolleci yaradıldı. 2005 ci ildə kohnə binadan çıxarılaraq yeni binaya
koçürülən pedoqoji texnikum (sonradan kollec), Vaqif Hüseynovun qardaşı Sahib
Hüseynovun  da şərik olduğu əvvəllər
Məişət Evi Kombinatı olmuş  3 mərtəbəli
binaya köçürülüb. Kollecin Ağcabədidə yenidən normal bir təhsil müəssəsi kimi
fəaliyyət göstərməsi üçün Vaqif müəllim öz nüfuzundan istifadə edərək, ətraf
rayonlardan və eləcədə Ağcabədidə çalışan yüksək ixtisaslı müəllim kollektivi
yaratdı. Və əvvəllər 200 dən çox olmayan tələbə kontingentinin sayı  bir il ərzində min  nəfəri keçdi.

Mənbə bildirir ki, müasir kompyuter sistemi ilə sesiyalar
zamanı imtahan götürülməsinə başlanıldı və burada  təhsil alanların dərsə davamiyyəti 95 % oldu.
Məlumatlı mənbə bildirir ki, hətta bir dəfə iş o səviyyəyə qalxıb ki, Qiyabi
Şöbənin tələbə qızları Sahibin kobud və qeyri-etik rəftarından və onun
rüşfətxorluğundan təngə gələrək o zaman ki, Təhsil Naziri Misir Mərdanova
kütləvi  teleqram vururlar.  Vaqif müəllim məcbur olub SahibiHüseynovu
pedoqoji işlərdən aralamaq istəyir. Sahib isə öz növbəsində kollecin binasının
yarısının ona məxsus olduğunu bildirərək qapıları mismarlayır.

Short URL: http://www.cumhuriyyet.net/?p=4120

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Yanvar 2025
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031