Bakı üçün 8-9 ballıq zəlzələ proqnozu
“Böyük və kiçik Qafqazın Azərbaycan hissəsində Şamaxı, İsmayıllıda 9 ballıq zəlzələ ola bilər”
Ölkədəki seysmik təhlükəsizlik sistemi ilə bağlı dövlət proqramı üzərində çalışan AMEA-nın Kibernetika institutunun direktoru Telman Əliyev, həmin ərazidəki binaların bir neçəsində lokal sistemlərin quraşdırılmasını vacib hesab edir. Onun fikrincə, paytaxtdakı zəif zəlzələlərdən sonra monitorinqlər vasitəsi ilə hündür binaların seysmodayanıqlılığının dəyişməsini mümkün etmək olar. Burda isə əsas məqsəd zəlzələnin vura biləcəyi zərəri əvvəlcədən minimuma endirməkdir.
Ekspertlər isə hesab edir ki, ölkədə 8-9 bal gücündə zəlzələ baş verərsə, o zaman köhnə binaların dağılmaq təhlükəsi yüksəkdir. Ona görə yox ki, onlar yaxşı inşa edilməyib, sadəcə ona görə ki, həmin binaların o zamankı seysmik göstəriciləri 6 balla qiymətləndirilib. Müasir tikililərdə körpülərdə yol qovşaqlarında seysmik göstəricinin 8-9 bala uyğun olduğunu deyən seysmoloji xidmət mərkəzinin şöbə müdiri Tahir Məmmədli yeni binaların zəlzələyə davamlı və təhlükəsiz olduğunu bildirdi. Ölkədəki zəlzələ ocaqlarının əvvəlcədən müəyyən etmək üçün seysmoloji xəritələr yaradıldığını, vaxtaşırı müxtəlif ərazilərdə monitorinq aparıldığın deyən şöbə müdiri ölkə ərazisindəki təhlükəli zəlzələ ocaqlarından da söz açdı.
Şöbə müdiri, Telman Məmmədli: “Böyük və kiçik Qafqazın Azərbaycan hissəsində Şamaxı, İsmayıllıda 9 ballıq zəlzələ ola bilər. Yəni təhlükəli ərazilərdir. Mən düşünmürəm ki, zəlzələnin vaxtını əvvəlcədən demək mükün olsun, amma bu sahədə irəliləyişlər var ki, biz hansı ərahzilərdə yerləşən binaların 8-9 bala uyğun olduğunu üzə çıxara bilərik”.
Short URL: http://www.cumhuriyyet.net/?p=4121