Analoqu olmayan ölkədə “vaqon-məktəb”

12.02.2014 - 00:55

Yardımlının
Deman  ibtidai məktəb “binası”ndan ürəkağrıdıcı
reportaj

Sistem
orta məktəb direktorlarından, rektorlardan sədaqətli  kölə yetişdirməyi tələb edir

Sistem üçün peşəkarlıq,  savad, bilgi əhəmiyyətsizdir. Onun üçün əhəmiyyətsizdir
ki, ölkəsində mütəxəssis  yoxdur

Ötənlərdə Abbas Atilayın restoran açdığını
eşitdiyimdə, çox məyus olmuşdum.  Çünki
onu həmişə fotokamera ilə görməyə öyrəşmişdim. Başa düşürəm, burada qəribə bir
şey yoxdur. İşindən əlavə başqa bir işlə məşğul olmaq hər bir insanın xobbisi
ola bilər. Üstəlik, nəzərə almalıyıq ki, ölkəmizdə sadəcə bir işlə məşğul olub,
yaşamaq, ailəni də yaşatmaq  çətin məsələdir.
Amma  etiraf edim ki, bunlara rəğmən, məlum
restoranın Abbas bəyi fotoqrafiyadan soyuda bilmə ehtimalını  düşünərək, narahat olmuşdum.  Çünki 
daima üzərində işləyib, yaşından asılı olmayaraq, öyrənməkdə  maraqlı olan insanlara hər zaman, hər sahədə  ehtiyacımız var. Nə isə ki, Abbas bəy
fotoqrafiyanın onun üçün hər şeydən üstün olduğunu sübut etməkdə gecikmədi.
(bunların  mövzuya dəxli yoxdur, sadəcə
bildirmək istədim.)

Beləcə, Abbas bəyin növbəti, gözəl bir bir
fotosessiyasını izlədim. Çəkiliş Yardımlı rayonu Deman kəndində baş tutmuşdu.
Maraqlananlar bu ünvanda  fotosessiyanı
izləyə bilərlər. http://www.azadliq.org/media/photogallery/25256348.html. Fotolarda diqqətimi çəkən Deman kənd ibtidai sinif məktəbinin
binası oldu. Düzdür, oraya bina deməklə nə qədər böyük səhv etdiyimi
anlayıram.  Deman kənd ibtidai sinif məktəbi
balaca bir vaqonda, bəli, balaca bir vaqonda yerləşir.  Bu ibtidai məktəbi bitirəndən sonra isə kənd  şagirdləri orta məktəbi davam etdirmək üçün ən
yaxınlıqda yerləşən Avaş kəndinə getməli olurlar. Səhər tezdən  saat 6-nın yarısından yola düzələn şagirdlər,
8km-lik yolu qət edərək,  yalnız saat
11-in yarısı Avaş kənd orta məktəbinin ikinci və ya üçüncü  dərsinə çata bilirlər.

Qayıdaq, Deman 
ibtidai məktəb “binasına”. 
Bu  ibtidai məktəb binasının, yəni
vaqonunçöl görüntüsü kifayət qədər ürəkağrıdıcı, “binanın” içərisindəki mənzərə
isə bir o qədər  təəccüblü idi. (Əslində,
bəlkə də orada qətiyyən təəccüblü heç nə 
yox idi. Sadəcə mən təəccüblənmişdim.)Sosial problemlərin içində
itib-batan kəndin, içərisində köhnə partaların, balaca bir lövhənin,  tavanınını sıradan çıxarmış yağış
damcılarının qoyduğu ləkənin olduğu bu balaca 
məktəb  vaqonunundivarından asılı
portretləri görəndə,  təəccübümü gizlədə
bilmədim.Lövhənin üzərində ümummilli liderimizin, bir az aralıda isə, cənab
prezidentimizin  portretləri asılmışdı.
Başqa bir şey fikirləşməyin, məni  təəccübləndirən
bu portretlər deyildi. Məni təəccübləndirən o idi ki, nəyə görə Deman kənd
camaatı bu təhsil ocağının divarından 
birinci xanımımızın portretini asmamışdı? Bunun səbəbini axtarmağa
başladım. Sonra düşündüm ki, yəqin Deman kəndliləri birinci xanımımızdan
inciyiblər. Səbəb isə çox sadədir.  Demək
olar ki, ilin çox hissəsini yeni məktəb binası tikdirməkdə, o binaların
açılışında iştirak etməkdə olan birinci xanımımız Deman kəndliləri  üçün məktəb binası tikdirməyib. Kəndlilər də
buna etiraz olaraq, birinci xanımımızın portretiniməktəbin, daha doğrusu,
vaqonun divarından asmaqdan imtina ediblər. Təbii ki, bu, mənim tapdığım izah
idi. Əgər səbəb doğrudan da, bu idisə, onda, bütün səmimiyyətimlədemanlıları
arxayın etmək istəyirəm ki, əgər birinci xanım bu “məktəbdən” xəbər
tutarsa,  onda mütləq Deman kəndi üçün
ümummilli liderimizin adını daşıyan fonda layiq gözəl bir məktəb binası tikdirər.
Ümid edək ki, bu xəbər  ona tezlikləçatar.
Yaxşı, deyək ki, xəbər birinci xanıma çatdı, o da öz növbəsində məktəb tikilişi
üçün fəaliyyətə başladı. Bəs, sonra nə olacaq? Elə məni də sonrası
maraqlandırır.

Bir neçə il əvvəl 
Aqşin Yeniseydən müsahibə alanda, bildirdi  ki,  universitetə
qəbul olduğu ildən bəri, onların kəndindən hələ bir uşaq belə, ali məktəbə qəbul
olmayıb. O vaxt  Yeniseyin universitetə qəbul
olmasının üzərindən ən azından 10 il keçmiş idi. Amma bu 10 il ərzində  elə cənub bölgəsində yerləşən o  kənddən bir uşaq belə, ali məktəbə qəbul
olmamışdı.Elə bircə bu fakt  və Deman kənd
şagirdlərinin iztirabları hər il regionlardakıorta məktəb şagirdlərinin
imtahanlarının nəticələri ilə bağlı verilən 
statisktikaya təəccüblənməməli olduğumuzu göstərir. Heç Bakıda da vəziyyət
fərqlideyil. Ümumiyyətlə,  bizim  orta məktəblərdə  demək olar ki, dərs keçən müəllim
yoxdur.  Üstəlik, dərs keçməyi bacaran müəllim
də yoxdur. Deyək ki, elə Deman kəndində 
bir  məktəb binası tikildi. Bundan
sonra ilk olaraq o məktəbdə dərs demək üçün peşəkar müəllimlər  tələb olunacaq. Daha doğrusu, tələb
olunmalıdır. ( Daha hansısa məzundan rüşvət alıb, işə götürmək yox)İkinci bir məsələ,
peşəkar müəllimlərin  ucqar kəndlərə
gedib, müəllim işləmələrini təmin etməkdir. 
Bu problemi də həll etmək çətin deyil. Deyək  ki, dövlət büdcəsindən rayonda işləməyə gedən
hər  bir müəllim üçün yüksək məvacib  ayrıldı. Bəs, bunun qarşılığında, ölkədə
,hansısa  kənd məktəbində, elə Bakının
özündə şagirdlərə dərs deməyə hazır olan, dünya təhsil sistemindən anlayışı
olan, ən önəmlisi uşaqlarla işləməyi, insan yetişdirməyi bacaran mütəxəssislərimiz
varmı? Söhbət gedib, dərsi lağ-lağıya çevirməkdən getmir.  Əsl vətəndaş, şagird yetişdirməkdən gedir.
Ölkədə bunu bacaracaq nə qədər mütəxəssisimiz var? Rayonlarda dərs deyən elə  müəllimələr var, atasının imkanı hesabına
universitetinin qapısını belə görmədən 
müəllim diplomu alıb, gəlib, uşaqlarına dərs keçir.(belələri Bakıda da
çoxdur.)  Belə müəllimələr tənəffüs zamanı
yaşlı bir müəllimədən həmin gün keçəcəyi dərsi öyrənib, sonra sinif otağına
yollanır. Bakının orta məktəblərindəki 
müəllimlərin əksəriyyəti  daha
1-ci sinifdən (bəli,daha 1-ci sinifdən) uşağın, valideynin üzünə deyirlər  ki, uşağınızı 
yanıma məşğələyə qoymasanız,  ona
dərsi izah etməyəcəm, çünki vaxtım yoxdur. Başa düşə bilmirsən ki, bu müəllim dərs
vaxtı niyə dərsini düz-əməlli keçməməlidir ki, sonra da ona  əlavə vaxt lazım olsun?  Bizim orta məktəb müəllimləri şagirdlərə
qızları üçün çay servizi  satılan
mağazanın ünavanı yazıb verirlər. Get, o çay dəsgahını  al, sənə qiymət yazım. Nə bilim, sinfə girib,
uşaqlarla “mafia” filan oynayanlar da var.Analoqu olmayan ölkədə "vaqon-məktəb"

Əlbəttə, hər şey sistemdən asılıdır. Sistem necə
qurulubsa, nəticə də ona uyğun olmalıdır.İstənilən sahədə olduğu kimi, müəllim
yetişdirməkdə də Azərbaycan universitetləri çox geridərir. Ali məktəblərimizin  demək olar ki, sovet dövründən qalma dərslik
və müəllimlərdən ibarət olduğunu,  bu gün
dünyada çıxan yeni dərsliklərdən, kəşflərdən, yeniliklərdən xəbərsiz  qalmasını bir tərəfə qoyuram.  Ümumiyyətlə, bizim təhsil sistemimiz heç bir
müstəqil fikri olmayan, rüşvətlə qiymət alan, 
rektora,müəllimlərə yaltaqlanmağı, seçkiqabağı təşfiqat kampaniyasında
kimin mitinqinə getdiyini belə bilməyən, amma rahatca o mitinqə aparıla bilən,
prezident seçkilərində  bədənində bülletn
gizlətməyi özünə  vəzifə borcu bilən müəllimlər,
mütəxəssislər  yetişdirməklə məşğuldur.
Çünki sistem orta məktəb direktorlarından, rektorlardan sədaqətli  kölə yetişdirməyi tələb edir.  Sistem üçün peşəkarlıq,  savad, bilgi əhəmiyyətsizdir. Onun üçün əhəmiyyətsizdir
ki, ölkəsindəmütəxəssis  yoxdur. Onun
üçün əhəmiyyətli olan hüququnu bilməyən, azad olmaq istəməyən fərdlərin,kölələrin  çoxluğudur.

Analoqu olmayan ölkədə "vaqon-məktəb"Bölgələrdə ən son dünya standartlarına uyğun məktəb
binaları, diaqnostika mərkəzləri tikdirən, onların içini son texnologiya ilə bəzəyən
sistem dərk etmək istəmir ki, bu binaların içində MÜTƏXƏSSİS işləməlidir. Ölkədə
mütəxəssisin yetişməsi üçün isə  hər şey
orta məktəbdən başlayır.  Əgər bir məktəb
binasının içindəpeşəkar müəllim, bir diaqnostika mərkəzinin  içində ən son texnologiyadan istifadə etməyi
bacaran həkim, tibb bacısı olmayacaqsa, onda dövlətin bu qədər pulunu talan
edib, acgöz məmular üçün daha bir yeyinti yeri təşkil etmək, bu binaların
tikdirmək kimin üçündür?

Əslində, binaların 
kimlər üçün tikildiyi hamımıza aydındır. 
Bir şey də aydındır ki, vəziyyət 
günü-gündən daha da ağırlaşır. Bir balaca düşünməyi bacaran hökümət  öz addımlarını bir daha ölçməli,  islahatlara getməlidir. Əks halda, özünün
mütləq çöküşünü gözə almalı olacaq. 
Çünki belə davam edərsə, bu çöküş qaçılmaz olacaq.

P.S.Bütün
bunlara baxmayaraq, Azərbaycanda hələ də müəllim adının bütün şərəfini dərk edən  az da olsa, şərəfli, peşəkar müəllimlərimiz
var. Mən onların  qarşısında baş əyirəm.

İzolda
Ağayeva xüsusi olaraq “Yeni Cumhuriyyət” üçün

Fotolar Abbas Atilayındır

Short URL: http://www.cumhuriyyet.net/?p=4124

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728