Elmira Süleymanova məhkəməyə verildi
Sabiq prokurorluq əməkdaşı Ombudsmana qarşı iddia qaldırıb
Eyni zamanda, məlum olduğu kimi, Ombudsmana çox yüksək səlahiyyətlər verilibdir, hətta o, Dövlət Qulluğu Haqqında Qanunun tələblərinə əsasən dövlər qulluqcusu kimi Birinci təsnifatdadır. Lakin, hər birinmiz yaxşı bilirik ki, onun müvəkkili 75 yaşlı, kimya-biologiya təhsilli olan, hüquq sahəsindən hec bir məlumatı olmayan yaşlı bir qadındır.Həmin şəxs bu günə dək Azərbaycanda insan hüquqların pozulması ilə bağlı aktual olan hər-hansı bir məsələlərin həlli ücün, o cümlədən yüksək səviyyədə vəzifəli şəxs , məmurlar tərəfindən insan hüquqlarının pozulması faktı üzrə hec bir şikayətə baxmayıb, bu kimi şikayətləri həll etməyib və yüksək vəzifəli şəxsə qarşı hər-hansı bir təssir-tədbir görməyibdir.
Ombudsmanın mənim insan hüquqlarımı pozmuş Baş Prokuror Qaralova qarşı öz vəzifə borcunu yerinə yetirməkdən qəti şəkildə imtina etdiyinə görə, tərəfimdən ona qarşı məhkəməyə iddia verilmişdir. Təbii ki, müstəqil olmayan, sifarişlə fəaliyyət göstərən məhkəmə hakimiyyəti də 2 ildir mənim iddiamı təmin etmir. Hazırda şikayətimə 13.02.2014-cü il tarixdə saat 11-00 Ali Məhkəmədə baxılacaqdır. Hər birinizi məhkəməyə dəvət edirəm ki, Ombudsmanın fəaliyyətsizliyini təsdiq edən faktların mövcud olmasının şahidi olasınız”.
Short URL: http://www.cumhuriyyet.net/?p=4128