Mesenata təklif və umacaq

12.02.2014 - 11:15

Mesenata təklif və umacaq

Azərbaycanlı müğənni özünü daha yaraşıqlı adlandıraraq Telman İsmayılovdan villa istədi

 

Azərbaycanlı  iş adamı İST Telman İsmayılovun rusiyalı müğənni Nikolay Baskova villa hədiyyə etməsi müğənni Həmid Sultanı da həvəsləndirib. 
Lent.az-ın məlumatına görə, H.Sultan özünün rusiyalı müğənnidən gözəl olduğunu səbəb gətirərək T. İsmayılovdan hədiyyə istəyib: “Mən özüm də rusiyalı müğənni Nikolay Baskovun pərəstişkarıyam. Amma gələcəkdə özümü ondan yuxarı zirvədə görmək istəyirəm. Onunla müqayisədə özümü daha üstün sayıram. Hətta yaşca ondan daha cavan, görünüşcə daha maraqlıyam. Düşünürəm ki, bizim milyonçularımız öz müğənnilərimizə dəstək olsalar, bizdə Rusiya və Türkiyə ulduzları kimi zirvədə ola bilərik. Çox istərdim ki, Telman İsmayılov mənə də villa hədiyyə etsin”.

Qeyd edək ki, T.İsmayılov bir sıra qadın və kişi müğənnilərə, sənət adamlarına himayədarlıq etməsi ilə ad çıxarıb.

Short URL: http://www.cumhuriyyet.net/?p=4138

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930