Deputat geyiminə görə qovulan aparıcını müdafiə etdi

12.02.2014 - 12:21

Deputat geyiminə görə qovulan aparıcını müdafiə etdi

“Azərbaycanda ondan daha bərbad geyim formasında efirə çıxanlar var. Onu dərhal işdən çıxarmalısınız?”. AzVision.az xəbər verir ki, milət vəkili Fazil Mustafa İctimai Televiziya “Siluet” verilişinin aparıcısı, həkim-kosmetoloq Leyla Aslanovanın işdən çıxarılmasına münasibət bildirərkən deyib.
O, vurğulayıb ki, həmin qadının işdən çıxarılması ilə bağlı qərarın bu cür təqdim olunması təqdir olunmaz bir şeydir. 
“Başqasının həyatına bu cür müdaxilə etmək olmaz. Bunu edənlər düşünməlidir ki, bu cür hadisələr sabah öz başlarına da gələ bilər”.
Qeyd edək ki, İctimai Televiziya “Siluet” verilişinin aparıcısı, həkim-kosmetoloq Leyla Aslanova ilə yollarını ayırıb. Buna səbəb Leyla Aslanovanın geyiminin sosial şəbəkələrdə və xəbər portallarında ən çox müzakirə olunan mövzulardan birinə çevrilməsi olub.
 
Müsavat.com

Short URL: http://www.cumhuriyyet.net/?p=4140

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930