Facebook-un Rus Analoqu V.Putinə Yaxın Şəxsin Nəzarətinə Keçib

12.02.2014 - 13:38

Facebook-un Rus Analoqu V.Putinə Yaxın Şəxsin Nəzarətinə Keçib

“Facebook-u Mark Tsukerberqsiz təsəvvür etmək çətindir, lakin, Rusiyada bir nömrəli sosial şəbəkə olan “Vkontakte” məhz eyni vəziyyətlə üzləşib. Bu barədə “Le Fiagro” -nun müxbiri Lüsi Ronfo məlumat verir. Yanvarın sonlarında onun yaradıcısı və hazırki baş direktoru Pavel Durov VK-nın (Vkontakte – red.) səhm paketindəki özünə məxsus payı satmaqla şəxsi müəssisəsindəki nəzarətini tamamilə itirdiyini açıqladı”.



“Səhmlərin alıcısı qismində “Meqafon” Şəbəkə Operatorunun baş direktoru, Vladimir Putinə yaxınlığı ilə seçilən Alişer Usmanovun uzun müddətli tərəfdaşı İvan Tavrin çıxış edib” – deyə, yazıda bildirilir. 



Yazı müəllifi xatırladır ki, “Vkontakte” 2006-cı ildə fəaliyyətə başlayıb və Rusiyada ən populyar sosial şəbəkəyə çevrilib. Onun bu populyarlığı şəbəkənin qeyri-qanuni məzmuna davamlı olması ilə izah edilir: Şəbəkə daxilində çoxsaylı film, serial və musiqi kompozisiyaları tapmaq mümkündür. 



Sosial şəbəkə, həmçinin fikirlərin sərbəst ifadə olunmasının təmin edilməsi ilə də şöhrət qazanıb. 2011-ci ildəki seçkilərdən sonra “Vkontakte”-də çoxsaylı “Anti-Putin” qrupları yaradılıb. Narazı hakimiyyətin bu cür qrupların bağlanması haqqındakı tələblərinə Pavel Durov öz Twitter hesabında dilini çıxarmış itin şəklini yerləşdirməklə cavab verib və həmin fotoya belə bir şərh yazıb: “Xüsusi Xidmət Orqanlarının qrupların bağlanması ilə əlaqədar sorğusuna rəsmi cavab”.



2013-cü ilin aprel ayında P.Durovun evinə polis əməkdaşları gəlib. Rəsmi versiyaya əsasən, “Vkontakte”-nin yaradıcısı avtomobili ilə bir polis əməkdaşını vurub. Hadisədə günahının olmasını rədd edən Vkontakte-nin rəhbəri gözdən itir və yalnız ilin sonunda smartfonlar üçün nəzərdə tutulan “Telegram” adlı yeni ünsiyyət proqramını təqdim etməkdən ötrü üzə çıxır. 



“Pavel Durovun gizləndiyi uzun zaman ərzində onun çökməsi ilə nəticələnən maliyyə dəyişiklikləri baş verdi” – deyə, jurnalist yazır: 2013-cü ilin aprel ayında VK-nın həmtəsisçiləri Vyaçeslav Mirilaşvili və Lev Leviyev şirkətin özlərinə aid səhmlərini Vladimir Putinə yaxın olan daha bir şəxs – İlya Şerboviçevin başçılıq etdiyi United Capital Partners maliyyə qrupuna aid olan bir şirkətə satıblar. 



Bir çoxları Pavel Durovun gedişinin Soçi Olimpiya Oyunlarının açılış ərəfəsinə təsadüf etdiyinə diqqət çəkir. L.Ronfo məqaləsini bu sətirlərlə tamamlayır: 



VKontakte-nin V.Putinə yaxın insanların nəzarətinə keçməsi hökümətin şəbəkələrdəki terror təhlükəsini izləmək arzusu ilə izah oluna bilər.

Short URL: http://www.cumhuriyyet.net/?p=4146

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930