Rail Rzayevin ailəsi narahatdır

12.02.2014 - 14:49

Rail Rzayevin ailəsi narahatdır

Deputat qohumu general-leytenant Rail Rzayevin qatillərindən danışdı

“Mərhum Rail Rzayevin ailəsi onun qatilinin hələ də tapılmamasından narahatlıq keçirir”. Bunu Publika.Az-a açıqlamasında Azərbaycanın sabiq hərbi komissarı, ehtiyyatda olan general-leytenant, Milli Məclisinin deputatı Əliağa Hüseynov bildirib.

Ötən gün mərhumun məzarını ziyarət etdiyini diqqətə çatdıran Ə.Hüseynov rəhmətlik Rail Rzayevlə dost olduğunu da söyləyib: “O vaxt mən keçmiş Əzizbəyov (red: indiki Xəzər rayonu) rayonunda hərbi komissar idim, Rail Rzayev isə hərbi hissə komandiri idi. Bizim dostluğumuz o vaxtdan başlayıb. Mən onu bacarıqlı və savadlı şəxs kimi tanımışam. Allah ona rəhmət etsin, onun düşmənlərinin tapılmasına kömək etsin. Ötən gün də mərhumun ildönümü idi, mən də gedib məzarını ziyarət etdim. Rəhmətlik Rail Rzayev həm də mənim qardaşım oğlunun qaynatasıdır”.

Mərhumun qatilinin hələ də tapılmamasına da toxunan Ə.Hüseynov deyib: “Təkcə mən yox, Rail Rzayevi istəyən hər kəs arzu edir ki, onun qatili tez tapılsın. Rail Rzayevin düşməni ordumuzun möhkəmliyini istəməyənlər idi. Bir generalın-hərbçinin düşməni ancaq ordunu istəməyənlər ola bilər. Hesab edirəm ki, burada da xarici düşmənlərin əli var”.   

Xatırladaq ki, Azərbaycan Respublikası müdafiə nazirinin müavini, Hərbi Hava Qüvvələrinin və Hava Hücumundan Müdafiə Qoşunlarının komandanı olmuş (1993-2009), general-leytenant Rail Rzayev  2009-cu il fevral ayının 11-də naməlum qatil tərəfindən öldürülüb.

 

(azadlıq.info)

Short URL: http://www.cumhuriyyet.net/?p=4150

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2025
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031