Milyardların Qorxusu (TƏHLİL)

12.02.2014 - 16:18

Milyardların Qorxusu (TƏHLİL)

Ukrayna hakimiyyətinin guya getdikcə münaqişənin dərəcəsinin aşağı düşməsi, dövlətin nümayişçilərin tələblərini yerinə yetirməsi, konstitusiya islahatları üçün vaxtın lazım olması ilə bağlı təminatına baxmayaraq, hamı bilir ki, vəziyyət gərgin olaraq qalır, prezident Yanukoviç isə qərar qəbul etməkdən çəkinir, Mattias Neef Almaniyanın Der Spiegel qəzetinin səhifələrində yazır. Yanukoviç artıq bir-neçə həftədir ki, ləngiyir.



Bu arada səbir kasası daşacaq bir adam var, həmin adamın adı Vladimir Putindir. “Yanukoviçin Rusiyanın adamı olduğuna Qərbin inandığı bir vaxtda, Rusiyanın özü artıq çoxdandır ki, ondan cana doyub və bu gün-sabah ondan yaxa qurtarmağa hazırlaşır”, – məqalədə deyilir.



Rusiya KİV-i getdikcə daha çox “Maydanda etiraz edənləri güllələməyə başlamaq” tələbini irəli sürür, Neef iddia edir. Bu yaxınlarda Rusiya hakimiyyətinə bitərəf mövqe nümayiş etdirən yazıçı Aleksandr Proxanovu Ukraynaya turneyə göndərmişdilər. O da çatar-çatmaz saysız-hesabsız tok-şoularda Yanukoviçin “satqın” olduğunu, üsyanı yatırtmaq üçün heç bir iş görmədiyini və “qan axıtmağa qorxduğu halda inqilab dalğasının Rusiya mədəniyyətini məhv etdiyini” söyləməyə başlayıb.



“Cümə axşamına kimi bütün bunları rus ultramillətçisinin təbliğatı hesab etmək olardı, lakin cümə axşamı Ukraynanın “Kommersant-Ukrayna” qəzetində Rusiya prezidentinin Ukrayna üzrə müşaviri Sergey Qlazyevin eyni fikirləri səsləndirdiyi məqaləsi işıq üzü gördü” – , müəllif qeyd edir. “Rus siyasi xadiminin fikrincə, Ukrayna hakimiyyəti dövləti qorumaq əvəzinə qiyamçılarla danışıqlar aparır. Müşavir əlavə edib ki, ABŞ hər həftə “Avromaydan”ı maliyyələşdirmək üçün 20 milyon dollar xərcləyir, Amerika səfirliyinin ərazisində isə hərbçilərin təlimi keçirilir. Bundan başqa, Qlazyev Kiyev hökumətini həm də “öz milyardlarının qorxusundan” Qərbə xələl gətirə bilən heç nəyi qəbul etməməkdə ittiham edir”. 



Jurnalist son bənddə Qlazyevin həqiqətdən uzaq olmadığını vurğulayır, axı əvvəlki illərdə nəinki Ukrayna prezidenti Yanukoviç və ailəsi, həmçinin ətrafı da külli miqdarda var-dövlət toplamağa başladı. Belə ki, Ukraynanın keçmiş baş naziri, hal-hazırda Ali Radanın deputatı olan Nikolay Azarovun oğlu Vyanada villa və digər daşınmaz əmlaka sahiblik edir. Azarovun gəlini Vyanada qeydə alınmış Publishing Deluxe Holding GmbH nəşriyyatının səhmlərinin 50%-inin sahibidir. Elə orada Andrey və Sergey Klyuyevlərin (Andrey Kyuyev – prezident Yanukoviçin administrasiyasının rəhbəri )Active Solar GmbH şirkəti qeydə alınıb. 



Məqalədə deyilir ki, Ukraynada ən varlı insanların Olimpinə hamıdan tez Yanukoviçin ailəsi qalxdı. Böyük oğlu Aleksandr son iki ildə ölkədən 5,5 milyard dollarlıq sifariş alıb. Bundan əlavə Yanukoviç Xarkovdakı adamı vasitəsilə bir sıra maliyyə axınlarını idarə edir. Kristian Neef bildirir ki, Yanukoviç klanı bir vaxtlar Ukraynanın ən varlı oliqarxlarından olan Rinat Axmetovu ikinci yerə sıxışdıra bilib.


https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=4157

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Dekabr 2024
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031