Kəmaləddin Heydərovun həbsi reallaşır

12.02.2014 - 20:08

Fövqəlnazirin qələmini Türkiyə də
“qırdı”; AKP höküməti FHN rəhbərindən niyə
narazı düşüb?

 

…AKP hökümətinin FHN
rəhbərindən narazı düşməsi və bu narazılığın onun məsuliyyətə cəlb olunmasının
tələb edilməsinə qədər gedib çıxması “fövəqlnazir”-in “Korrupsiya Əleyhinə
Böyük Əməliyyatlar”- da hədəf olması ilə yanaşı onun Suriyada və xüsusən qardaş
ölkə ilə düşmən münasibətdə olan İsraıldə rəsmi Ankaranın maraqlarına zidd
fəaliyyəti ilə bağlıdır

Fövqəlnazirin qələmini Türkiyə də
“qırdı”; AKP höküməti FHN rəhbərindən niyə
narazı düşüb?

 

…AKP hökümətinin FHN
rəhbərindən narazı düşməsi və bu narazılığın onun məsuliyyətə cəlb olunmasının
tələb edilməsinə qədər gedib çıxması “fövəqlnazir”-in “Korrupsiya Əleyhinə
Böyük Əməliyyatlar”- da hədəf olması ilə yanaşı onun Suriyada və xüsusən qardaş
ölkə ilə düşmən münasibətdə olan İsraıldə rəsmi Ankaranın maraqlarına zidd
fəaliyyəti ilə bağlıdır

Təkcə qardaş Türkiyədə deyil, dünya çapında kifayət
qədər özünə izləyici qazanmış “Kurtlar Vadisi Pusu” filminin son 2 seriyasında
Azərbaycanla bağlı çox ilginc məqamlar yer alır. Filmin ölkəmizlə bağlı
bölümündə diqqəti artıran nüans serialda “Kəmaləddin” ismidir. 

“Kurtlar
Vadisi”- ndə Kəmaləddin kimdir?

Serialın son 2 hissəsində “ixtiyarların” adamı
Karanın Azərbaycanda axtardığı, kürü fabriki və limonad sexi olan, “rusların
yeni uşağı” kimi qələmə verilən, “Hani Azərbaycanda bütün dövlət səndən sorulurdu” deyə müraciət edilən, İran və İsraılla geniş bağlantıları olan bu şəxs bir
çox xarakterlərinə görə Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun
prototipidir. Filmdə kifayət qədər mənfi xarkterizə edilən “Kəmaləddin”
türklərə düşmən kimi təqdim olunur və sonda güllələnir. Amma xatırlayırsınızsa
“Kürtlar Vadisi Pusu” teleserialının baş qəhrəmanı Polad Ələmdar rolunu oynayan
Necati Şaşmaz bir müddət öncə Kəmaləddin Heydərovun dəvəti ilə Azərbaycana
gəlmişdi. Ölkəmizdə yüksək səviyyədə FHN şefi tərəfindən qəbul olunub yola
salınan film qəhrəmanından çoxları bu hörmət- izzətin əvəzini başqa cür
gözləyirdi.

Burda haşiyəyə çıxıb önəmli bir məqamı qeyd edək ki,
artıq “Kurtlar Vadisi Pusu” filmi son zamanlar qəhrəmanlıq dastanından çıxıb
Türkiyənin maraqlarını və siyasətini həyata keçirən filmə çevrilib. Hətta
təkzib olunmaz şəkildə irəli sürülən bəzi fikirlərə görə filmin bu şəkildə
yönləndirilməsi birbaşa qardaş ölkənin hakim partiyası AKP- dən və baş nazir
Ərdoğandan qaynaqlanır. Yəni kinodakı Polad Ələmdar əslində Ərdoğanın özüdür və
o Türkiyənin xilaskar qəhrəmanı kimi təqdim olunur. Teleserialda son baş
verənləri ümumiləşdirib bu nəticəyə gəlmək olar ki, əslində Kəmaləddin
Hedyərova dostluqdan düşmənçiliyə dəyişən münasibət “Kurtlar Vadisi Pusu”
filminin yaradıcı heyətinin deyil, Türkiyə hökümətinin mövqeyidir. Maraqlıdır,
doğrudanmı qardaş ölkə rəhbərliyinin Azərbaycanda geniş səlahiyyətlərə və
imkanlara malik FHN rəhbərinə  münasibəti
dəyişib. Əgər doğrudan da dəyişiklik baş veribsə buna səbəb nədir?

17 dekabr əməliyyatlarının pərdəarxası…

Xatırlayırsınızsa ötən saylarımızda dərc
etdiyimiz və geniş rezonans doğuran “Türkiyədən İlham Əliyevə həbs tələbi” adlı araşdırma yazıda qardaş
ölkədəki mənbəmizə istinadən qeyd etmişdik ki, 17 dekabr 2013- cü ildə qardaş
ölkədə başlayan “Korrupsiya Əleyhinə Əməliyyatlar”- la bağlı AKP hökümətinin Azərbaycan
hökümətindən bəzi narazılığı və tələbləri var; “Türkiyədə korrupsiyaya və
çirkli pulların yuyulmasına qarşı başlanan böyük bir kampaniya regional mütəşəkkil
cinayət olduğundan bu cinayətin kökləri və onu həyata keçirənlərin Azərbaycanda
çox ciddi bağlantıları və himayədarları var. Verilən bilgilərə görə həmin şəxslərin
dövlətin ən üst qatlarında təmsil olunmaqla böyük çevrəyə, dövləti səlahiyyətlərə,
maddi və hərbi gücə malikdirlər. Çirkli pulların hər hansı bir formada- nəğd və
ya əmtəə şəkilində ölkədən çıxarılması Dövlət Gömrük Xidməti tərəfindən həyata
keçirildiyini, bu sahəyə uzun müddət birbaşa və ya dolayısı ilə kimin rəhbərlik
etdiyini, eyni zamanda yuxarıdaki imkanları nəzərə alsaq bu şəxsin kim olduğunu
təxmin etmək olur. Eynən mənbəmiz də bu məlumatı təsdiqləyir. Bu şəxs ölkədə az
qala 2- ci prezident statusuna malik, əvvəlcə Dövlət Gömrük Komitəsinin,
hazırda isə Fövqəladə Hallar naziri işləyən Kəmaləddin Heydərovdur. Yalnız o
müxtəlif sahələrə, çeşidlərə və mənbələr məxsus çirkli pulları və mal-
materialları bir əldə cəmləyib ölkədən ixrac və idxalına, eləcə də həmin
malların beynəlxalq dövriyyəsinə rəhbərlik edə bilər.

Türkiyədəki
qaynaqların məlumatına görə “17 dekabr operasiyonu”- da adı keçən azərbaycanlı
dövlət məmurları içində ilk sırada dayananlardan biri Fövqəladə Hallar naziri Kəmaləddin
Heydərovdur. Onun adı korrupsiya əməliyyatlarında, çirkli pulların yuyulmasında
keçir. K. Heydərov bu prosesi özünün firmaları və şirkətləri vasitəsi ilə həyata
keçirib. Daha sonra adı Beynəlxalq təhlükəsizliklə bağlı Hesabatlarda
qaçaqmalçılıq edən, PKK ilə əlaqədə olan adamlar gəlir, bunları isə biz zaman-
zaman yerli və beynəlxalq mediada eşidirik.

İlham
Əliyevdən həbsi tələb olunan 11 nəfərlik siyahı

Türkiyədəki
mənbənin “Yeni Cumhiriyyət” qəzetinə daxil olan
məlimata görə Kəmaləddin Heydərovun adı müxtəlif növ gizli  yükdaşımalarından tutmuş dini
qrupların maliyələşməsinə qədər geniş bir çətəni əhatə edir. Çox maraqlıdır ki,
bu çətənin Azərbaycandan başlayan bağlantıları nəinki Türkiyə, İran, hətta
Suriyaya qədər gedib çıxır. Bu barədə verilən bilgiləri təsdiqləyici
faktlarımız hələ ki yetərli olmadığından araşdırmalarımızı davam etdirəcəyik.
Amma bir şey faktdır ki, son zamanlar Azərbaycanlıların Suriyada peyda olması,
gizli bazarlaşmalarda iştirak etmələri, hətta döyüş meydanlarında həlak
olmaları ilə bağlı həm statsitik rəqəmlər, həm də gələn məlumatlar artmaqda və
narahatlıq doğurmaqdadır.

Mənbəmizin
verdiyi məlumata görə beynəlxalq və daxili güclərin diqtəsi ilə 17 dekabrda
qardaş ölkədə başlayan anti korrupsiya əməliyyatından sonra iqtidarının onurunu
zədələyən və hətta hakimiyyətini itirmək təhlükəsi ilə üzləşən Ərdoğan hakimiyyəti
bu ləkəni təmizləmək üçün bəzi addımlar atmaq məcburiyyətindədir. Bu üzdən
Türkiyə höküməti regional cinayətkar şəbəkəyə himayədarlıq edən, Türkiyə, İran,
Suriya və Azərbaycanda daxil olmaqla geniş bir siyahı hazırlanıb ki, həmin
siyahıda olanlar dərhal məsuliyyətə və ya istintaqa cəlb edilməlidirlər. Həmin
siyahıda Azərbaycanda vəzifə tutan 11 nəfərin adı var. Çox maraqlıdır ki,
siyahıya Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov rəhbərlik edir”

AKP höküməti FHN rəhbərindən niyə narazı düşüb?

Xatırladaq ki, bu yazı qəzetimizin təminən 1 ay
öncəki saylarından birində dərc olunub. Göründüyü və eyni zamanda “Kurtlar
Vadisi Pusu” filmində xarakterizə olunduğu kimi Türkiyə hökümətinin Əliyev
iqtidarı ilə, bir az da konkret ifadə etsək FHN rəhbəri və ona yaxın çevrəyə
qarşı ciddi etirazları var. Verlən məlumatlara görə dekabr ayında Sədərək
Gömrük İdarəsinin rəisi Mirməhəmməd Seyidovun həbs olunması da bu narazılığın tərkib hissədir. Və yenə nəzərə alaq ki,
ölkədə Gömrük xidmətinə və gömrüklə birgə çalışan Sərhəd xidmətinə K.
Heydərovun yaxın adamları və qohumları nəzarət edir.

Apardığımız araşdırmalara və Türkiyədəki mənbələrin
verdiyi məlumata görə AKP hökümətinin FHN rəhbərindən narazı düşməsi və bu
narazılığın onun məsuliyyətə cəlb olunmasının tələb edilməsinə qədər gedib
çıxması “fövəqlnazir”-in “Korrupsiya Əleyhinə Böyük Əməliyyatlar”- da hədəf
olması ilə yanaşı onun Suriyada və xüsusən qardaş ölkə ilə düşmən münasibətdə
olan İsraıldə rəsmi Ankaranın maraqlarına zidd fəaliyyəti ilə bağlıdır. Bu
fəaliyyətin nədən ibarət olması barədə bizdə müəyyən bilgilər olsa da hazırda
bu yöndə araşdırmalarımız davam etdiririk.

“Kurtlar Vadisi Pusu” filminin son 213 və 214- cü
seriallarından sonra Azərbaycanda Kəmaləddin Heydərov ətrafı çevrədə böyük
narahatlıq baş qaldırıb. Sözü gedən serialın və AKP hökümətinin əleyhinə
çıxışlar başlanılıb. Bütün bunlar da “”fövqəlnazir”ə qarşı hücumların təsadüfi
olmadığını göstərir.

Başqa bir mənbəmiz son zamanlar K. Heydərovun
Azərbaycan ictimai- siyasi həyatında kölgəyə çəkilməsini Əliyev rejiminin ona
heç də yaxşı münasibət sərgilmədiyindən qaynaqlandığını bildirir. Mənbəmiz qeyd
edir ki, ölkə içi və xarici çox ciddi dayaqlarını, eləcə də etimadları itirən
Kəmaləddin Heydərovun son zamanlar ona əks düşərgədə olan hakimiyyətin hakim
ailə komandası olan Paşayevlərə sığınması da bu narahatçılığın və çıxılmaz
durumun gösəricisidir.

Göründüyü kimi son zamanlar FHN rəhbəri Kəmaləddin
Heydərovun ətrafında müəyyən proseslər cərəyan etməkdədir. Baş verən prosesləri
diqqətdə saxlayacayıq, araşdırmalarımız davam edəcək.

 

“Yeni
Cumhuriyyət” qəzetinin araşdırma qrupu

Short URL: http://www.cumhuriyyet.net/?p=4162

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930