Fəllələr prezidentin yaxasından yapışdılar
İrəvanda 300 fəhlə Sərkisyandan 15 ayın maaşını tələb edir
Onlar 15 ay ərzində yığılıb qalmış əmək haqlarının ödənilməsini tələb edirlər.
Qeyd edək ki, bundan öncə zavodun əməkdaşları Nazirlər Kabineti binası önündə aksiya keçiriblər. Onlar baş nazir Tiqran Sərkisyanla görüşmək istəsələr də, buna nail ola bilməyiblər.
Etirazçıların qarşısına çıxan Nazirlər Kabinetinin idarələrinin birinin rəisi onlara energetika naziri ilə görüşməyi məsləhət görüb. Lakin bundan qəzəblənən zavod əməkdaşları “Baş nazir çıx, Tiqran Sərkisyan cavab ver” deyə qışqırmağa başlayıblar.
Onlar həmçinin müddətsiz tətil elan edərək lazım olacağı təqdirdə, açlığa başlayacaqlarını da vəd ediblər.
Etirazçıların Nazirlər Kabineti önündə energetika və təbii sərvətlər naziri Armen Movsiyanla görüşü nəticəsiz qaldığından aksiyanı Prezident Administrasiyası binası önündə davam etdirmək qərara alınıb.
Short URL: http://www.cumhuriyyet.net/?p=4163