ATV prezidentinin qızını “Səs Azərbaycan”da bəyənmədilər

28.11.2015 - 13:41

gultekinAzad Azərbaycan Televiziya və Radio Şirkətləri qrupunun prezidenti Vüqar Qaradağlının qızı Gültəkin Qaradağlı “Səs Azərbaycan” mahnı müsabiqəsinə qatılıb.

Cümhuriyyət.az qafqazinfo.az-a istinadən xəbər verir ki, o, yarışmada İndilanın “Dernière Danse” mahnısını ifa edib. Amma ifaçı münsiflər heyətindən heç kimin diqqətini çəkməyib və növbəti tura keçə bilməyib.

Qeyd edək ki, Gültəkin Qaradağlı Youtube portalında öz ifaları ilə tanınır. Gültəkin Rihannanın Bakı konsertindən öncə səhnədə yarım saatlıq çıxış da edib.

Məlumat üçün bildirək ki, Vüqar Qaradağlı Azərbaycanın tanınmış diktorları olan Aydın və Gültəkin Qaradağlının oğludur. Onun Gültəkin və Aydın adlı iki övladı var.

Short URL: http://www.cumhuriyyet.net/?p=41667

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31