İlham Əliyevin son “Twitter” mesajları – FOTOLAR

28.11.2015 - 15:22
ilham11Hazırda Belarusda rəsmi səfərdə olan Azərbaycan prezidenti İlham Əliyevə məxsus “Twitter” ünvanından (@azpresident) son günlər dünyada və ölkədə baş verən hadisələrlə bağlı qısa mesajlar yayılıb. 
Cümhuriyyət.az musavat.com-a istinadən həmin mesajları təqdim edir:
“Azərbaycan çalışır ki, dünyada daha böyük anlaşma olsun, qarşıdurmaya yol verilməsin, insanlar daha rahat, sülh, əmin-amanlıq şəraitində yaşasınlar”.
“Azərbaycan dünyada multikulturalizm mərkəzi kimi tanınır. Azərbaycanda heç vaxt milli, dini zəmində qarşıdurma olmamışdır və olmayacaqdır”.
“Azərbaycan öz xalqının iradəsini ifadə edir, heç kimin işinə qarışmır, amma heç kimə imkan verməyəcək ki, onun işinə qarışsın və ziyan vursun”.
“Azərbaycan nadir ölkələrdəndir ki, miqrant böhranı ilə bağlı öz səsini ucaldır. Bu ədalətsizliyə dözmək mümkün deyil”.
“Azərbaycan Türkiyə-Rusiya münasibətlərindəki gərginliyin azaldılması və aradan qaldırılması istiqamətində səylərini göstərməyə hazırdır”.
“Azərbaycan həm Türkiyə, həm də Rusiya ilə tarixi əlaqələrə malikdir”.

Short URL: http://www.cumhuriyyet.net/?p=41677

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31