“Aktrisa qabağa getmək üçün rejissorun yatağından keçməlidir” – Azərbaycanlı aktrisa
28.11.2015 - 15:27
Model-aktrisa Aysel Fətəliyeva big.az-a müsahibə verib. Müsahibəni təqdim edirik.
– Aysel xanım, bir neçə müddət bundan öncə siz sənətə vurğun olduğunuzu deyirdiniz. Hərçənd ki, bu peşədə çox neqativ halların olduğunu özünüz vurğulamışdınız. İndi necə? Fikriniz dəyişməyib ki?
– İnandırım sizi ki, əvvəlki fikirlərimlə indiki fikirlərim arasında dağlar qədər fərq var. İndi sənətdən iyrənmişəm desəm, yalan olmaz.
– İnsanın yaşı artdıqca kamilləşir. Fikirlərinizin dəyişməsi bəlkə də ondan irəli gəlir. Ümumiyyətlə, tez-tez fikirlər, suallar “arasında” qalırsınız?
– Bəli, mənim fikirlərim tez-tez “şaxələnir”. Hərdən heç özüm də bilmirəm ki, nə istəyirəm (gülür).
– Qayıdaq bayaqkı suala… Sizdə sənətə qarşı belə ikrah hissi yaradan nə oldu ki?
– Gördüyüm “iyərncliklər”. Bilirsiniz, rejissorların hərəkətlərini gördükcə özözlüyümdə qərar verdim ki, başımı götürüm, çəkilim dayanım kənarda.
– Hansı hərəkətləri?
– İndi Azərbaycanda seriala çəkilmək üçün, baş rol almaq üçün hansısa rejissorla “xoş münasibət” qurmalısan.
– Bunu bütün rejissorlara şamil edirsiniz?
– Xeyir, təxminən əlli faizinə.
– Bəs aktrisaların bu işə heç bir günahı yoxdur?
– Var. Elə şəraiti yaradanlar da həmin “aktrisalar”dır. Hansı ki, sənətdən zərrə qədər də anlayışları yoxdur. Küçədən kimi tutdularsa, öz mənafeyləri üçün seriala çəkirlər.
– Gözəl danışırsınız, amma bu böyük bir iddiadır. Fərqindəsinizmi?
– Mən dediyim sözün üstündə dayanmışam və axıra qədər də dayanacağam.
– Nəticə etibarilə, siz demək istəyirsiniz ki, bir aktrisanın qabağa getməsi üçün rejissorun yatağından keçməsi lazımdır?
– Bəli, tamamilə doğrudur.
– Gözəl bir xanımsınız. Sizə də “sponsorluq” etmək istəyən çoxdur, yəqin…
– Kifayət qədər elə adamlar var. Deyiblər ki, Aysel, mənə məxsus ol, sənin həyatda istədiyin hər bir arzunu yerinə yetirək.
– Razılaşmamısınız?
– Xeyir, qürurum yol verməyib.
– Maraqlıdır, bəs bir anlıq o qüruru içinizdən atıb, azad yaşamaq keçibmi ürəynizdən?
– İstəmişəm, amma alınmayıb.
– Məncə, siz ruhən azad insansınız onsuz da…
– Elədir, mən həmişə istəmişəm ki, ruhum azad olsun. Kimsə mənə hansısa qadağanı qoyanda sıxlıram. O insandan uzaqlaşıram.
– Yəqin ki, söhbət əks-cinsin nümayəndələrindən gedir…
– Elə də demək olar. Bir insanla münasibət qururamsa, ondan birinci tələbim və istəyim məni sərbəst buraxmağı olur. Əgər razı olmursa, dərhal münasibəti kəsirəm.
– İndi münasibətdə olduğunuz insan var?
– Olub… Mən, ümumiyyətlə, sevgisiz yaşaya bilmirəm.
– Sizin özünüzdə necə, qısqancliq hissi hansı dərəcədədir?
– Mən sevəndə dəli kimi qısqanıram.
– Sizi qısqanmaqları ilə səhvmi edirlər? Axı siz gözəl və cazibədar bir xanımsınız. İsətr-istəməz kişilərin diqqəti sizdə olur. Bu sizi yormur ki?
– Əslində kişilərin mənə baxmağından zövq alıram, amma bəzən bundan yoruluram, bezirəm. O ki qaldı qısqanmaqla düz edib-etməməklərinə, bəlkə də özlərinə görə haqlıdırlar, amma yenə də deyirəm ki, mən öz ruhumu azad buraxmışam. Heç kim mənin azadlığımı əlimdən ala bilməz.
– “Seksual aktrisa” ləqəbini götürərsiniz?
– Xoşum gəlmir o addan (gülür).
– Bəs evlənmək barəsində nə vaxt düşünəcəksiniz?
– Evdə hər gün deyirlər ki, bu qədər bəsdir, ailə qur!
– Siz istəmirsiniz?
– İstəyirəm, hər bir xanım kimi mən də ana olmaq istəyirəm.
– Yalnız ana olmaq üçün ərə getmək fikriniz var?
– Düşünürəm ki, məni başa düşən insan olsa, evliliyim axıra qədər davam edəcək. Amma mənimlə bir az çətindir (gülür). Mən fərqi insanam axı…

Short URL: http://www.cumhuriyyet.net/?p=41684