Ah bu baxişlar… – HEKAYƏ
Mən pedaqoji universitetin üçüncü kursunda oxuyurdum.İki il idi ki,məktəbimizdə müəllim isləyirdim.Mən bu kənddə böyümüs,bu məktəbdə təhsil almısdım.Bu məktəblə bağlı mənim çoxlu acılı-şirinli xatirələrim vardır.Əslində,müəllimə ehtiyacı olan başqa məktəblərdə mənə işləməyi təklif etmişdilər.Mənsə uşaqlıqdan bəri məktəbimizdə müəllim işləməyi xəyal etmişdim.Ona görə də buradan ayrılmadım.
Dərs ilinin başlandığının ilk günü idi.Mən birinci dərsdən çıxdım.İlk dərsim uğurlu olmuşdu.Çox sevdiyim şagirdlərlə söhbətim kefimi açmışdı.Fikrim tamam ayrı yerdə,üzümdə xoş ifadə,gülümsəyərək müəllimlər otağına sarı gedirdim.Dəhlizdə qəfildən üz-üzə gəldiyim adamla toqquşdum.Əlimdəki kitab yerə düşdü.O,tez əyilib kitabı qaldırdı və mənə uzatdı.
Mən pərt olmuşdum.Baxışlarımı yerdən ayırıb onun üzünə baxdım.Bu, yaraşıqlı, gənc bir oğlan idi.Baxışlarından mülayim təbiətli bir adam olduğu oxunurdu.
Mən pərtliyimi biruzə verməmək üçün özümü ələ aldım.Onun mənə kitab uzatdığı əli elə uzanılı qalmısdı.Mən kitabı ondan almaq üçün əlimi uzatdım.O,baxışlarını üzümdən çəkmirdi.Sonra:
-Bağışlayın,-dedi-üzr istəyirəm.
Mən tez dilləndim:
-Yox, günah məndə oldu,mən yoluma baxmırdım.
O,yenidən gözlərini gözlərimə zilləyərək dedi:
-Mən belə bir gözəl qızı incitdiyim üçün bir daha üzr istəyirəm.
Mən daha ondan uzaqlaşdım.Bu kiçicik hadisə mənim yaddaşımda dərin bir iz buraxdı.Sonralar mən onun kim olduğunu da öyrəndim.Bu,qonşu kənddən bizim məktəbə göndərilmiş coğrafiya müəllimi İlqar idi.O,institutu yenicə bitirmişdi.Bir həftə bundan qabaq bizim məktəbdə coğrafiya müəllimi catışmadığı ücün təhsil şöbəsinə muraciət etmişdilər.Onlar da İlqar müəllimi bura göndərmişdilər.
Sonralar həmin baxışlar məni rahatsız etməyə başladı.Hara gedirdimsə onun baxışlarını üzümdə hiss edirdim.Buna çox darılırdım.Fikirləşirdim ki, doğulub-böyüdüyüm,işlədiyim bu Poladlı kəndinin məktəbində hər an mənə zillənən bu baxışlar haqqımda yarana biləcək dedi-qoduya səbəb ola bilər.Ona görə də mümkün qədər bu baxışlardan uzaq qaçmaq istəyirdim.Bəzən tənəffüsdə də sinifdən çıxmırdım.Ondan qaçırdım,gözünə görünmək istəmirdim ki,özümü ona unutdura bilim.Aramsız baxışları ilə məni təngə gətirməsin.
Bir gün iş yoldaşlarımla söhbət edəndə onun başqa bir qıza nişanlı olduğunu eşitdim.Qəlbim nigarançılıqdan qurtardı.Ancaq bir qədər sonra özlüyümdə düşünəndə ürəyimə yenidən şübhə toxumları səpildi:”Bəs nəyə görə o,mənə belə diqqətlə baxır?”Yox, buna yol vermək olmazdı.
Günlər keçdi.Mən demək olar ki, onun özünü də,baxışlarını da unutmuşdum.Heç bu barədə düşünmək belə istəmirdim.Onunla bacardiğim qədər üzləşməməyə çalışırdım.Qəlbimdə ona qarşı sadəcə olaraq bir iş yoldaşıma duyduğum hörmət vardı.
Onunsa susmaq bilməyən bu baxışlarının,hisslərinin keçici olacağına artıq özümü inandırmışdım.Düşünürdüm ki,o öz nişanlısıyla tezliklə ailə quracaq,mən də bir başqasıyla evlənəcəyəm və hər şey unudulacaq.Ancaq necə güman edəydim ki,bu ilkin baxışlar sonrakı həyatımızın ,məhəbbətimizin başlanğıcı imiş.
* * *
Onun nəsə sözlü olduğunu hiss edirdim.Mənə yaxınlaşmaq istədiyini duyur və bundan təşvişə düşürdüm.
Bir gün müəllimlər otağında yazı yazarkən o,içəri girdi.Məni görüb bir qədər ayaq saxladı,nəsə demək istədi,ancaq nə düşündüsə geri qayıtdı.
Həmin gün mən məktəbdən çıxıb evə gedirdim.Arxadan kiminsə yaxınlaşdığını hiss etdim.O idi.
-Aynurə müəllimə,bir dəqiqə ayaq saxlayın,sizə sözüm var-dedi.
Mən sərt hərəkətlə geri dönüb:
-Mənim sizinlə heç bir söz-söhbətim ola bilməz-deyə cavab verdim və tez də yoluma davam etdim.Ancaq ürəyimin guppultusu qulaqlarımı batırırdı.
Ona cavab vermek üçün geri dönəndə ani olaraq baxışlarımız toqquşdu.Mən onun gözlərində dərin bir kədər gördüm.Yol gedərkən öz-özümə:”Axı mən niyə belə etdim?Bəlkə o nəsə başqa bir söz soruşmaq istəyirdi?”-deyə düşünüb çox utandım.
* * *
Artıq qış sessiyamız baslandıği üçün mən şəhərə getmisdim.Soyuq,küləkli bir qış günü idi.Axşamüstü tələbə yoldaşlarımızla söhbət edə-edə universitet binasından çıxırdıq.Bayırda ikiaddımlıqda dayanıb gözlərini mənə zilləmiş İlqar müəllimi görüb çaş-baş qaldım.Nə yaxına gedə bildim,nə dinib-danışa bildim,nə də uzaqlaşa bildim.
O,özü mənə yaxınlaşdı.Salamdan sonra:
-Aynurə müəllimə,xahiş edirəm,bu dəfə mənə qulaq asın.
Mən ondan uzaqlaşmaq istədim,bacarmadım.
-Dayanın…
Dayandım.Ona tərəf döndüm.Özüm burda onun yanındaydımsa,fikrim-xəyalım uzaqlarda gəzirdi.Sanki yuxudaydım.
-Axı,məndən nə istəyirsiniz?
-Aynurə,mənə acığınız tutmaqda haqqınız var.Ancaq mənim bu işdə bir günahım yoxdur.
Mən mat qaldım.Təəccüblə:
-Nə işdə?-deyə soruşdum.
-Mənim bir başqasıyla nişanlı olduğumu bilirsiniz.Mənə inanın,mən sizi təmiz ürəklə sevirəm.Sizə bunu demək istəyirdim.
Mənim nitqim qurumuşdu.O isə danışırdı:
-Valideynlərimiz bizim etirazımıza baxmadılar,bizi nişanladılar.Bizi bir-birimizə bağlayan sevgi yoxdur,mən sevgini sizdə tapmışam.Mənim qəlbim öz sakinini indi tapıb.Hər zaman qəlbim sizinlədir.Mənə qarşı bu qədər qəddar olmayın,məni rədd etməyin.Sizə sübut edəcəyəm ki,məni seçsəz,yanılmazsınız.
Gözlərimi ondan ayıra bilmirdim.Sanki gözləri məni tilsimləmişdi.Danışarkən hiss etdim ki,səsim titrəyir.
-Gedin,mənə başqasının nişanlısı lazım deyil.
-Mən nişanımı geri alacağam.Mən yalnız sizinlə ailə qurmaq fikrindəyəm.
-Buna lüzum qalmır.Çünki mən sizinlə evlənmək istəmirəm.Ayrıca da,sizin nişanlınızın yerində olmaq istəməzdim.Bu elədiyiniz doğru deyil.
Həyəcandan əlim-ayağım əsirdi.Mən ilk dəfə idi ki,bu barədə danışırdım.Bir qədər susub əlavə etdim:
-Gedin,gedin İlqar müəllim,sizdən xahiş edirəm,qayıdın nişanlınızın yanına,məni də rahat buraxın.Elə hesab edin ki,mənə heç nə deməmisiniz.Unudun bu söhbəti.
O,mənə daha da yaxınlaşdı.Qətiyyətlə:
-Yox,-dedi,-ölənə qədər mən sizdən əl çəkməyəcəyəm.
O getdi.Bir qədər getdikdən sonra dönüb üzümə baxdı.Yenə həmin baxışlar!O baxışlar ki,məni təngə gətirmişdilər.O baxışlar susmaq bilmirdi.
Mən yola düzəldim.Bu görüş mənə yaman təsir etmişdi.Bütün qəlbimi,hisslərimi,arzularımı təlatümə gətirmişdi.Öz-özümə sual edirdim;bəlkə də bütün bunlar mənim ürəyimdən keçən hisslər idi,gerçəkləşirdi?Nəsə,yaman qorxurdum,onu sevəcəyimdən qorxurdum.Bu qorxu hissi altında var gücümlə onu özümdən uzaqlaşdırmaq istəyirdim.
* * *
Məktəbə dönəndə onunla qarşılaşmaqdan çəkinirdim.Qəribə bir günahkarlıq hissi bürümüşdü məni.Sonra onun nişanını geri aldığını duydum.Bu xəbəri eşidəndə sanki məni ildırım vurdu.Beynimdə fikirlər bir-birinə qarışdı.”Deməli,o.dediyini eləyir.”
O,özü mənə qarşı daha mehriban idi,baxişları isə daha amansız.Hara gedirdimsə bu baxışların təqibindən yaxa qurtara bilmirdim.Daima iki gözün əsiri olmaq dəhşət idi.Bir gün onunla qarşılaşdığım zaman daha dözməyib dilləndim:
-İlqar müəllim,daha yetmədimi,yorulmadınızmı,usanmadınızmı?Amma mən yoruldum,usandım.Baxışlarınızın təqibindən bezdim.
Həmin baxıslar eyni amansızlıqla gözlərimə zillənmişdi.O baxışlarda bir atəş vardı,məni yandırırdı,iradəmi zəiflədirdi.Mən o gözlərə baxa bilmirdim.
O,gülümsəyərək cavab verdi:
-Yox,heç vaxt yorulub-usanmaram.Səni sevmək üçün bir ömür mənə azlıq edir.
Hirsimdən ağlayacağımı duydum,gözlərim yaşarmışdı.Onun yanında ağlamaqdan çox qorxdum.O,gözlərimin yaşardığını görmüşdü.
* * *
Valideynlərim ailə qurmağımı istəyirdilər.Bu oğlan atamın köhnə dostlarından birinin oğlu idi.Onlar bir dəfə bizə gəlmişdilər.Valideynlərimin razı olduğunu görüb mən də etiraz etmədim.Onlar bu axşam bizə gələcək,atamgil razılıq əlaməti olan sirinçayı təzə qohumları ilə birlikdə bu axşam içəcəkdilər.Ancaq hadisələr tamam əksinə oldu.Gözlədiyimiz gün onlar gəlib çıxmadılar.Sonra oğlanın atası bizə gəldi,üzünə baxınca nəyinsə baş verdiyini anladıq.
Atama:
-Sizinlə qohum olmaq mənim ən çox istədiyim şeydir,-dedi,-Dünən hazırlaşmışdıq bura gələk.Ancaq o müəllim oğlan bizə gəldi.Mənimlə də,oğlumla da danışdı.Deyir,əmi,mən o qızla evlənmək istəyirəm.Kimsəyə imkan vermərəm ki,ona yaxınlaşsın.Ucunda ölüm olsa belə yenə fikrimdən daşınmaram.Yalvardı,əmi,bu işdən əl çək deyə.Neyləyəsən,cavanlıqdır də.Özü də deyirlər,pis oğlan döyül.Bizim oğlan deyir,indi ki,belədir,mən kənara çəkilirəm,qoy onlar xoşbəxt olsunlar.
Onun sözü qurtaran kimi evimizə süküt ələndi.Aman allah,deməli atamın dostu mənimçün öz oğluna yox,İlqara elçiliyə gəlmişdi.O gecə mən çox ağladım.Ancaq niyə ağladım bilmirəm:sevindiyimdənmi,qəzəbimdənmi,yoxsa nifrətimdənmi?
* * *
O özü yolumu kəsdi:
-Aynurə müəllimə,məni bağışlayın,hər şey üçün sizdən üzr istəyirəm.Ancaq neylədimsə sizi çox,lap çox sevdiyim üçün elədim.
Mən bulud kimi dolmuşdum.Ani bir hərəkət,və ya bir söz bəs edərdi ki, göz yaşlarım yaz yağışı kimi yağsın.Uzaqlaşdım ondan.Bu qərarı nə zaman verdimsə özümü rayon təhsil şöbəsində gördüm.Ərizəmi müdirin stolunun üzərinə qoyub demək olar ki,yalvarırdım:
-Xahiş edirəm,məni oradan uzaqlaşdırın.Başqa bir yerdə mənə iş verin.Ən uzaq kəndlərə belə getməyə razıyam.Mən orada işləmək istəmirəm.
Müdir isə ağır-ağır cavab verdi ki,hələlik boş yerimiz yoxdur.Həm də bu dərs ilinin yarısında məktəbdən uzaqlaşa bilməzsən.
Çox ümidsiz qayıtdım evə.İndi mənim qəlbimdə İlqara qarşı açıqdan-açığa nifrət oyanmışdı.
* * *
Mən sessiyaya getməli idim.Oxuduğum nə vardısa bir daha təkrarlayır,imtahanlara hazırlaşırdım.Dərs ilinin sonu olduğundan məktəbdə hər kəs il ərzində gördüyü işləri yekunlaşdırmağa çalışırdı.Hami həvəslə işləyirdi.Beləcə şən,qayğısız keçirdiyimiz günlərin birində dəhşətli bir xəbər hamımızı sarsıtdı.Müharibə başlamışdı!
İnsanların əli işdən soyudu. Hər kəsin üzündən dərd,kədər oxunurdu.Məktəbdə də bir dağınıqlıq,pərişanlıq vardı.Demək olar ki,dərsin yarısından çoxu ele bu məsələyə-müharibə mövzusuna həsr olunardı.
Eşitdiyim bu acı xəbərdən sonra mən,elə bil,kimə qarşısa ürəyimdə bəslədiyim kini,nifrəti unutmuşdum.Ancaq bir dərdim vardı;o da müharibə idi.
Sinifdən çıxdığım zaman dəhlizdə onunla qarşılaşdım.İndi əvvəlki tək ona da acığım tutmadı.
Universitetdə də bu əhval-ruhiyyə hökm sürürdü.Tələbələrdən çoxu cəbhəyə yollandılar.Biz qrup yoldaşlarımızı,iki nəfər oğlanı cəbhəyə yola saldıq.Hamimiz göz yaşlari içində idik.
Özləri isə:
-Biz sizi qorumağa gedirik,daha bunda kədərli nə var ki,ağlayırsınız?-dedilər.
Dərslərin birində qapıçı içəri girdi.Məni kiminsə görməyə gəıdiyini xəbər verdi.Dalğın halda dəhlizə çıxanda fikirli-fikirli dayanıb məni gözləyən İlqar müəllimi gördüm.Yox,bu dəfə mən ona elə də nifrət etmədim,onu acılamaq istəmədim.Sadəcə olaraq,onun nə üçün gəldiyini bilmək istədim.
Biz bir qədər o tərəfdə yerləşən tələbələr və onları ziyarətə gələnlər üçün ayrılmış görüş otağına keçdik.(Əslində bu boş,istifadəsiz bir otaq idi,onu tələbələr özləri görüş otağı təyin eləmişdilər)
O günü əgər mən qəmli,kədərli idimsə,məni görməyə gələn İlqar müəllim məndən də qəmli idi.Biz pəncərənin önündə durmuşduq.
-Aynurə,gəl bu qədər insafsız olma,ürəyimi qırma-dedi.O indi yaxın bir adam kimi mənə “sən”deyə müraciət edir,daha əvvəlki kimi “Aynurə müəllimə”demirdi.
-Mən o məktəbə ayaq basan gündən səni sevirəm.İnan mənə,hər gün sənin xəyalınla danışıram.Həyatdakı ən ülvi arzum sənin məni sevdiyini duymaqdır.
Mən onun qəmli gözlərinə baxdım.Dinib-danışmağa taqətim yox idi.
-Məni bura gətirən sənə qarşı olan sonsuz məhəbbətimdir.
-Axı mən sizə dəfələrlə demişəm,indi də deyirəm:sevmirəm sizi!Başa düşün
-Bilmək olarmı niyə sən bu qədər inadla məndən qaçırsan?Sənin nifrətinə səbəb ola biləcək bir hərəkət etmədim mən.
-İstəmirəm!
Baxışlarımız toqquşdu.Onun gözləri yaşarmışdı.Mən utandım.
-Bəlkə də bir də məni görməyəcəksən.Bəlkə səni görmək mənə qismət olmadı.Mən müharibəyə gedırəm.Gəldim ki,bəlkə səndən bir xoş söz eşidəm.Sən də zalımın birisən,səni sevdiyim bu müddətdə ürəyimi sındirmaqdan başqa bir şey etməmisən.
Yox,deyəsən mənim inadım qırılır,ürəyim yumşalırdı.Onun vətəni qorumağa getdiyini eşidib ürəyimə bir kədər buludu çökdü.”Yox,mən istəmirəm sən təhlükədə olasan!İstəmirəm sənə nəsə pis hadisə üz versin.Mən sənin düşündüyün qədər də zalım deyiləm.Mənim sənə ürəyim yanır”.Bu sözləri ucadan deməyi bacarmadım.Kəlmələr ürəyimdə boğulub qaldı.Bunları İlqara desəydim bilirdim ki,ona dünyalar dolu sevinc bəxş edəcəkdim.Ancaq bütün bunları ona deyə bilməsəm də onu sevindirə bildim.Yox,bu daha son nöqtəydi.
O,lap yaxına gəldi.Qara gözlərini gözlərimə dikdi. O,doğrudan da ağlayırdı.Gözləri yaşlı idi.Danışarkən qəhərdən səsi tutulurdu.Bu gözlərə baxıb :”Sən məni sevirsən!”deyə ürəyimdən keçirdim.
-Aynurə,bil ki,hara getsəm də,müharibədə,odun-alovun içində ölümlə üz-üzə dayansam da sən mənim ürəyimdəsən.Düşmən gülləsini alnıma dayasa, o son anda mən yenə özümü yox,səni düşünəcəyəm.Çünki mən səni sevməkdən doymamışam.Döyüşdə qoluma qüvvət,dizimə taqət verən yalnız sənə qarşı olan məhəbbətim olacaq.Mən səni hər zaman sevəcəyəm.Gözlərim nə qədər bu işıqlı dünyaya baxacaqsa ,o gözlərdə yalnız sənin əksin olacaq.Sən məni sevməsən də.
Nəmli gözlərini məndən çəkib uzaqlaşdı.O,addım-addım qapıya yaxınlaşdıqca ,o addımlar mənim ürəyimi əzib keçirdi.Yox!Daha dözə bilmədim.O,qapıdan çıxarkən-İlqar!-deyə səsləndim.
O geri döndü.Bir anda gözlərindəki qəm,kədər yox oldu.Nəmli gözləri sonsuz bir fərəhlə gülümsədi.O,məni bircə kəlmədən başa düşmüşdü.Daha heç nə!Biz göz yaşları içərisində bir-birimizə sarıldıq.Səbəbini indi də anlaya bilmirəm,o, birdən-birə, bircə dəqiqənin içində nə üçün mənə belə doğmalaşdı?Səbəbini bilmədiyim bu naməlum hissin təsiri altında mən hıçqıra-hıçqıra ağlayırdım.Onun da üzündə iz salmış göz yaşlarını gördüm.İndi,məhz indi anladım ki,o məni nə qədər sevirmiş!
Biz xoşbəxt idik.Bax beləcə birbirimizə sarıldığımız anda,bəlkə də özümüzü dünyanın ən bəxtəvəri sanırdıq.İstərdim ki,zaman elə burada qurtarsın,dayansın.Həyat öz axarını elə buradaca saxlasın.Saatlar,əqrəblər elə buradaca dayansın.Biz bax beləcə dayanaq.Ayrılmayaq bir-birimizdən.
Bu şirin anların ömrü, təəssüf ki,çox qısa oldu.Mən göz yaşları ilə islanmış üzümü onun sinəsindən ayırdım.Onun da qolları boşalıb yanına düşdü.İndi onun gözlərini bürümüş bəxtəvərliyi aydınca görürdüm.O,danışanda səsi titrəyirdi:
-Sağ ol,Aynurə,sağ ol ki,bu ayrılıq məqamında məni sevindirdin.Mənə hayatın şirinliyini sən anlatdın.Məhz bu dəqiqələr üçün yaşamağa dəyərdi.Ömrümün ən şirin,ən yadda qalan,ən bəxtəvər anı olacaq bu an.
O,indi mənim saçlarımı tumarlayırdı.
-Get.sənə yaxşı yol…
O getdi.Dönüb tez-tez geriyə baxırdı.İndi ona baxmaqdan doymurdum.O,universitetdən uzaqlaşdıqca mən ümidsizləşir,qəlbimi kədər bürüyürdü.Gözlərimdənsə səssizcə yaş axirdı.
Bu görüşün belə qurtaracağını heç ağlıma da gətirməzdim.
Saatlar dəqiqələri əvəz edir,günlər aylara,illərə dönürdü.Beləcə iki il ötdü.
Cəbhədən hər gün həyəcanlı xəbərlər gəlirdi.Hamı təşvişlə bu xəbərləri izləyirdi.
Hər gün yenə məktəbə gedirdim.Lakin əvvəlki kimi ruh yüksəkliyi ilə işləyə bilmirdim.Müharibə əhval-ruhiyyəsi əl-qolumuzu,beynimizi dondurmuşdu.
İlqarı döyüşə yola saldığımdan gör nə qədər keçirdi.Hər yerdə,ən çox məktəbdə onun yoxluğunu hiss edirdim.Mən elə bilirdim məktəbdə hər gün onun mənə zillənən baxışlarından bezmişəm.Yox!Sən demə,yanılırammış!İndi hiss edirdim ki,mən bu baxışlara öyrəşmişəm.Həm də elə öyrəşmişəm ki,bu baxışları hiss etmədiyim üçün özümə yer tapa bilmirəm.Fikrimin-xəyalımın sahillərində yalnız o dayanmışdı.Uzaqda da,yaxında da.
Mən ilk dəfə İlqarın yanında hisslərimi biruzə vermişdim.Canımda nə qədər can vardısa,mən ona sadiq qalacaqdım.
İlqarın getdiyindən iki il keçəndə mən qısa məzmundan ibarət bir teleqram aldım:
“Aynurə,mən sənin yanına qayıdıram.
İlqar.”
Bəli,o,öz elinə-obasına deyil,məhz mənim yanıma qayıdırdı.Bu o demək idi ki,yenə səni sevirəm.Ürəyimdə sənə qarşı dünya dolu məhəbbətlə gəlirəm.Mən öz məhəbbətimi qarşılamalıydım.
Onun gələcəyi gün mən yola çıxmışdım.Uzaqdan maşın göründü.O,maşından endi və piyada gəlməyə başladı.Tez-tez yeriyir,mənə çatmağa can atırdı.Mən yerimdən tərpənmədən ona baxırdım.Qəribə idi,həm ağlayırdım,həm gülürdüm.Məhəbbətin şirinliyini ürəyimdə bir daha təsdiq etdim.
Onun üzündə xoşbəxt bir təbəssüm vardı.Artıq aramızda iki-üç metrlik məsafə vardı.O,qollarını irəli uzatdı:
-Aynurə!
Mən onun əllərindən tutdum.Göz yaşlarına bulanmış üzümü onun sinəsində gizlətdim.Biz necə ayrılmışdıqsa,eləcə də görüşdük,sevincdən,fərəhdən ağlaya-ağlaya.
Biz heç nədən ehtiyat etmirdik.Sevgi azad idi.İndi bizi heç nə,heç nə ayıra bilməzdi!
Aytən Ağasəlimqızı. 2001.
Short URL: http://www.cumhuriyyet.net/?p=41692