Türkiyə serialında İslam peyğəmbərinə sayğısızlıq

13.02.2014 - 03:04

Türkiyənin “Samanyolu” kanalında nümayiş olunan “Şefkat Tepe” serialının 166-cı seriyasında İslam peyğəmbərinə qarşı hörmətsizlik nümayiş olunub. Bu haqda anspress.com Türkiyə mediasına istinadən xəbər verir ki, filmin qəhrəmanı, “birazdan peyğəmbərimiz aramıza təşrif edəcək” – deyir. Bir müddət sonra isə göydən yerə işıq topası enir. Filmin qəhrəmanlarından biri, “vətənimizə xoş gəldin, ey Allahın rəsulu” – deyir. Bundan sonar işıq topası yük maşınına minərək uzaqlaşır, filmin qəhrəmanları isə, “bizi qoyub hara gedirsən, ey Allahın rəsulu” – deyərək maşının dalıyca qaçırlar.
Filmin bu səhnəsi din alimləri, ilahiyyatçılar və yerli ictimaiyyət tərəfindən kəskin etirazla qarşılanıb. Baş verənləri şərh edən islamçı alim Ömər Tuğrul İnançer bunu eqoistlik və tərbiyəsizlik kimi qiymətləndirib. İnançer, peyğəmbərdən danışarkən öz aramızda söhbət edirmiş kimi danışmaq “Hücurat” surəsinə ziddir deyib. Tarixçi-yazar Hümeyra Şahin isə bildirib ki, peyğəmbər filmdə nümayiş olunarkən “qırmızı xətt” keçilməməlidir. Bunun böyük məsuliyyəti olduğunu deyən Şahin, peyğəmbərin bu şəkildə nümayişinin insanlarda olan peyğəmbər təsəvvürünü dayazlaşdırdığını bildirib.
Xatırladaq ki, daha əvvəl “Samanyolu” kanalının təşkilatçılığı ilə keçirilən türkcə olimpiadasında da oxşar hadisə baş vermiş və İslam peyğəmbərinin bu olimpiadada iştirak etdiyi iddia olunmuşdu. Bu hadisə də yerli ictimaiyyət və din alimləri tərəfindən etirazla qarşılanmışdı.

Short URL: http://www.cumhuriyyet.net/?p=4172

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Yanvar 2025
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031