ADP-çi gənclər təqib və təzyiqə məruz qalıb
ADP-nin Suraxani rayonu üzrə gənclər təşkilatının Sədri Elman Həsənov və onun ailəsi polis tərəfindən təqib və təzyiqə məruz qalmaqdadır. Polis idarəsinin əməkdaşları bir neçə dəfə Elman Həsənovun evinə gələrək anası Nailə Həsənovadan oğlunun harda olduğunu soruşublar. Polislərdən oğlunun hansı səbəbdən axtarılmasını soruşan Naile Hesenova təhqirə məruz qalıb. Xatırladaq ki, Elman Həsənov müxalifətin keçirdiyi aksiyalardan öz fəallığı ilə seçilib və təzyiqlər ona qarşı neçənci dəfədir ki, təkrarlanır. ADP –nin fəal üzvü Fərid Hakverdiyev Və Nahid Qocayev eyni hal ilə üzləşib. Xatırladaq ki, Fərid Hakverdiyev və Nahid qocayev aksiya öncəsi insanları mitinqə cəlb edərkən polislər tərəfindən vəhşicəsinə döyülərək həbs edilmişdilər. Üstündən bir neçə gün keçdikdən sonra mülki geyimli şəxslər Ferid Hakverdiyev və Nahid qocayev şəhərdə gəzərkən İçəri şəhər metrosunun qabağından maşınlara basaraq naməlum istiqamətlərə aparmışlar. Təzyiq və təhdidlərə məruz qalaraq təhqir olunan şəxsiyyəti alçaldılan gənc fəallar bir günden sonra sərbəst buraxılmışlar. Digər ADP-çilər Emin Rəhimli Hüseynli Şərəbani Altay Qasimov Məhsəti Hüseynova mitinqlərdə iştirak etdiklərinə görə qeydiyyatda olduğlari ünvanda polislər tərəfindən təhdid və təzyiqlərə məruz qalıblar. Onlarin bir daha aksiyalara çıxacağları təqdirdə haqqında proflaktik tədbirlər görüləcəyi ilə bağlı hədə-qorxu gəlinib. Hakimiyyət müxalifət fəallara qarşı represiyya siyasəti yürüdür.
Short URL: http://www.cumhuriyyet.net/?p=41738