Müxalifətçi gənc təqib olunur

19.07.2015 - 23:16

polis11Azərbaycan demokrat partiyasının Suraxani rayonu üzre gənclər təşkilatinin sədri olan Elman Həsənov polis tərəfindən axtarılması barədə redaksiyamıza məlumat daxil olmuşdur. Beləki 2015-cü ilin İyul ayının 19-u tarixində Elman Həsənov Suraxani Rayonundaki qeydiyyatda olan ünvana iki polis işçisi gələrək Elman Həsənovu soruşmuşdular. O, Həsənovun evdə olmadığını öyrənən polis əməkdaşları bundan hiddətlənərək onun atası Gülveren Həsənov məcburi şəkildə polisə aparmışlar və oğlunun harada olması ilə bağlı onu sorğu-sual etmişlər. Məlumat üçün bildirək ki, Elman Həsənov ADP Suraxani rayonu üzrə gənclər təşkilatının sədri olmuş və keçirilən bir çox aksiyalarda fəal iştirak etmişdir. Partiyanın bir başqa fəal üzvləri olan – Nahid Qocayev və Fərid Haqverdiyev mobil və ev telefonlarına zəng edərək təhdid edilməsi barəsində ADP-nin mətbuat xidmətindən redaksiyamıza məlumat daxil olmuşdur.

Short URL: http://www.cumhuriyyet.net/?p=41748

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31