Siyasi Repressiyalar Davam Edir
2014 may ayinin 06-i Nida vətəndaş hərəkatinin həbsdə olan üzvlərinə qarş agir məhkəmə hökmlərinin oxunmasina etiraz əlameti olaraq keçirilən aksiyada iştirak etdiyinə görə polis və mülki geyimli şəxslərin zorakiligi və təzyiqləri ilə üzləşən Suraxani rayonunun gənclər təşkilatinin sədri Elman Həsənov naməlum şəxslər tərəfindən zorla maşına basılaraq aparılmişdir Elman Həsənov barəsində bir gün keçməsinə baxmayaraq hələ də heç bir məlumat yoxdu. Elman Həsənov ailəsi ADP-nin mətbuat xidmətindən və Daxili İşlər nazirliyindən heç bir məlumat əldə edilə bilinməmişdir. Xatırladaq ki, Elman Həsənov dəfələrlə bu cür haqqsızlıqlara məruz qalmiş və bu təhtidlərdən sonra aksiyaya çixacagi təqdirdə onu oldürüləcəyi ilə xəbərdarliq edilmişdir .
Short URL: http://www.cumhuriyyet.net/?p=41751