Əli İnsanovdan Cəmil Həsənliyə təşəkkür

13.02.2014 - 11:12

Əli İnsanovdan Cəmil Həsənliyə təşəkkür

Keçmiş səhiyyə naziri Əli Insanov vəkili vasitəsilə Milli Şuranın sədri Cəmil Həsənliyə təşəkkürünü çatdırıb. Bu barədə “Azadlıq”a keçmiş nazirin vəkili Toğrul Babayev məlumat verib.

Təşəkkürün səbəbinə gəlincə, vəkil bildirib ki, Əli Insanovun işi üzrə ötən məhkəmə iclasında Cəmil Həsənli də iştirak edirdi. Milli Şuranın sədri yeni kitabını Əli Insanova verib.

“O vaxtdan keçən müddətdə Əli Insanov kitabı oxuyub. Mənimlə görüşdə bildirdi ki, çox dəyərli kitabdır. Belə bir dəyərli kitabı ərsəyə gətirdiyinə görə Cəmil Həsənliyə təşəkkürünü çatdırmağımı istədi”, – deyə Toğrul Babayev bildirib.

Qeyd edək ki, sözügedən kitab Moskvada nəşr olunub və 1920-39-cu illərdə Azərbaycanın xarici siyasətindən bəhs edir.

Short URL: http://www.cumhuriyyet.net/?p=4176

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930