Ərdoğandan İsrailə sərt hədə

13.02.2014 - 11:23

Ərdoğandan İsrailə sərt hədə

Ankarada İspaniyanın baş naziri Mariano Rajoy ilə mətbuat konfransı keçirən Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğan İsrailə barışmaq üçün çox ciddi şərtlər qoyub. 
ANS PRESS Türkiyə mətbuatına istinadən bildirir ki, bununla da Ərdoğan daha öncə “İsraillə barışığa həddindən yaxın” olduqlarını deyən xarici işlər naziri Əhməd Davudoğlunun dediklərini təkzib edib.
Türkiyə baş naziri mətbuat konfransında deyib: “İsraillə “Mavi Mərmərə” danışıqlarında hələ müəyyən bir razılığa gəlməmişik. Bir “üzr” məsələsi vardı, bu reallaşdırıldı. Təzminat məsələsində açıqlamalar verildi. Embarqonun qaldırılması məsələsi də var idi. Embarqo qaldırılmadan heç bir şey olmaz”,- deyə Ərdoğan əsas şərt kimi Qəzza sektoruna qoyulan embarqonun aradan qaldırılmasının əsas şərt olduğunu vurğulayıb. “Qəzzaya embarqonun qalxması və bunun yazılı bir protokola təsdiqlənməsi lazımdır. Yaxşı niyyətin qeydiyyata girməsi gərəkdir”. 
Daha sonra o, 7 avqust 2010-cu il tarixdə İsrail əsgərlərinin Fələstinə humanitar yardım aparan “Mavi Mərmərə” gəmisinə hücumundan danışıb: “”Mavi Mərmərə” gəmisində kimsənin əlində silah yox idi. Amma silahlı İsrail əsgərləri beynəlxalq sularda 9 vətəndaşımızı şəhid etdilər”.
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=4177

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Noyabr 2022
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930